Çavuşoğlu: "Yaxşı qonşu belə günlərdə bəlli olur"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələlərdən sonra bu gün ölkəyə gələn Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə Hatayda görüşündən sonra mətbuata açıqlama verib.
"Zəlzələdən dərhal sonra Türkiyəyə zəng edib yardım təklif edən ilk ölkələrdən biri Yunanıstan olub. Onlar dərhal axtarış-xilasetmə qrupları göndərərək çoxlu sayda təyyarə ilə Türkiyəyə humanitar yardım gətiriblər. Yunanıstanın göndərdiyi axtarış-xilasetmə qrupları ilə görüşdük və onlara təşəkkür etdik. Gəldikləri andan gecə-gündüz burada səy göstərdilər. Hər bir insan sağ-salamat xilas edildikdən sonra biz burada təkcə Yunanıstan komandasının deyil, bütün Yunan xalqının necə xoşbəxt olduğunu gördük", - deyə Çavuşoğlu bildirib.
O, qeyd edib ki, yaxşı qonşu belə günlərdə bəlli olur.
"1999-cu ildə həm Türkiyədə, həm də Yunanıstanda təxminən bir ay fasilə ilə zəlzələ baş verdi. Əvvəlcə Yunanıstan köməyimizə qaçdı, sonra Türkiyə Yunanıstanın köməyinə tələsdi. Çətin anlarda bir-birimizə kömək etməyimiz vacibdir. Amma deyim ki, münasibətlərimizi yaxşılaşdırmaq üçün başqa bir fəlakət gözləmək lazım deyil. Ümid edirəm ki, fikir ayrılıqlarımızı səmimi şəkildə dialoq yolu ilə həll etmək üçün səy göstərəcəyik. Mən dostum Nikos Dendiasa və şəxsən Yunanıstan hökumətinə və bütün Yunan xalqına bu çətin zamanda göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm", - nazir yekunlaşdırıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 990 Tarix: 12 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814