Dağıntı altında ən çox neçə saat qalmaq olar? - Ən uzun qalanların SİYAHISI

Dağıntı altında ən çox neçə saat qalmaq olar? - Ən uzun qalanların SİYAHISIBu günə qədər dünyada baş verən dağıdıcı zəlzələlərdə yüz minlərlə insan həyatını itirib və ya evsiz qalıb.

Yaşanan böyük ağrılara baxmayaraq, möcüzəyə imza ataraq dağıntılar altından xilas edilən bir çox insan zəlzələlərin simvoluna çevrilib.

Bəs dağıntılar altında neçə gün sağ qalmaq olar?

AZXEBER.COM bununla bağlı araşdırma edib.

Məlum olub ki, qəza zamanı yer, hava və suya çıxış, iqlim, hava şəraiti, dağıntı altında olan şəxsin fiziki və psixoloji vəziyyəti kimi amillər onların nə qədər sağ qala biləcəyinə təsir göstərir.

Uçmuş binanın altında qalanda sağ qalmaq üçün hava və suya çıxış vacibdir. Ancaq bu, həm də zədənin səviyyəsindən asılıdır. Qanamanın olması, sağ qalma şansınızı 24 saatdan çox uzatmağı çətinləşdirir.

1995-ci ildə Cənubi Koreyada baş verən zəlzələdə dağıntılar altından qalan bir nəfər 10 gün sonra sağ çıxarılıb. Onun yağış suyu içərək və karton qutu yeməklə sağ qaldığı bildirilir. O, zehnini aktiv saxlamaq üçün oyuncaqla da oynayırdı.

2008-ci ildə isə Çində baş verən Siçuan zəlzələsində 80 yaşlı qismən iflic olmuş Xiao Zhihu 11 gün sonra dağıntılar altından xilas edilib.

Ərzincanda 1992-ci il martın 13-də baş verən zəlzələdə işlədiyi SSK Xəstəxanada qalan Nurcan Eraslan 8 gün sonra dağıntılar altından çıxarılıb. Üçüncü mərtəbədə qapalı qalan və dağıntı boşluqlarından sızan hava ilə nəfəs ala bilən Nurcan Eraslan səhiyyə işçisi olma təcrübəsi ilə sidiyi və sızan yağış damcılarını içərək sağ qalıb.

Banqladeşdə 2013-cü ilin may ayında bir qadın fabrikin çökməsindən 17 gün sonra dağıntılar altından sağ çıxarılıb. Xilas ediləndən sonra "Bir neçə gün xilasedicilərin səsini eşitdim. Onların diqqətini cəlb etmək üçün çubuqlar və dəmir barmaqlıqlarla dağıntıları vurdum. Heç kim məni eşitmədi. 15 gün quru yeməklə qidalandım. Son iki gündə sudan başqa heç nəyim yox idi", - deyə bildirmişdi.

2010-cu ilin yanvarında Haitidə 220.000-dən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Riko Dibrivell bir mağazanın dağıntıları altında 14 gün sağ qalıb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1449   Tarix: 12 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.