Bahalaşan məhsulların SİYAHISI
2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar ayına nisbətən 113,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 112,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,7 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) Metbuat.az-a verilən məlumata görə, 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz təşkil edib.
Bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, unun, peçenyenin, qoyun və toyuq ətinin, balıq konservlərinin, südün, xamanın, pendirin, narın, almanın, heyvanın, naringinin, bananın, xiyarın, pomidorun, soğanın, kartofun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, mərcinin, günəbaxan yağının, portağalın, limonun və kələmin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz təşkil edib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma işıq lampalarının, sintetik yuyuсu vasitələrin, diş pastalarının, sabunların, şampunların, dərman vasitələrindən analginin, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, yağlı boyaların, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz təşkil edib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mobil telefonlarla danışıq haqlarında, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1305 Tarix: 12 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
00:31 97 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs
07.11.2026 194 Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
00:10 133 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl
07.11.2026 199 Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
00:11 128 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183 65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
00:13 109 Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
00:25 88