Braziliyada korluq yaradan saç düzəldici məhsulların satışı qadağan edilib
Braziliyada təsadüfən gözlərlə təmas nəticəsində korluq hallarına görə saç düzümü və düzəldici məhsulların satışı, istifadəsi qadağan edilib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Sanitar Nəzarət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, artıq ölkə üzrə bir neçə nəfər bu kosmetik vasitədən istifadə etdikdən sonra müvəqqəti görmə qabiliyyətinin itirilməsi, şiddətli yanma, qaşınma, gözlərdə qızartı və şişkinlik, həmçinin baş ağrısı şikayətləri ilə həkimlərə müraciət edib.
Əksər hallarda dənizdə, hovuzda və hətta yağış damcıları ilə təmas nəticəsində saç məhsulları gözə daxil olduqdan sonra sağlamlıq üçün mənfi təsirlər baş verir.
Bununla belə, söhbət fərdi ticarət adlarından və ya istehsalçılardan getmir. İnsidentlərin coğrafi əhatə dairəsinin genişliyi və xəsarət alanların müxtəlif markalı məhsulların istifadəsi səbəbindən yerli bazarda saç düzümü üçün məhsulların bütün çeşidinə qadağa qoyulub.
Qadağanın müddəti dəqiqləşdirilməyib. Bildirilib ki, hadisə ilə bağlı faktlar üzrə yoxlama aparılacaq, o cümlədən kosmetik məhsulların özləri də yoxlanılacaq.
Qeyd edək ki, ABŞ-da İllinoys federal məhkəməsində "L'Oréal USA Inc", "Godrej SON Holdings Inc" və "Dabur International Ltd" şirkətlərinə qarşı 60-a yaxın iddiaya baxılacaq. Həmin şirkətlərin saç düzləşdirici məhsullarında xərçəng və digər sağlamlıq problemlərinə səbəb olan maddələr aşkarlanıb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1218 Tarix: 11 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704