Tələbə anasının başqa kişi ilə yazışmasını tutdu: "Ürəyim, hardasan?.." - Ağdamda şok olay

Tələbə anasının başqa kişi ilə yazışmasını tutdu: "Ürəyim, hardasan?.." - Ağdamda şok olayAğdam rayonunda 2000-ci il təvəllüdlü Elşən qısqanclıq zəminində anası Xatirəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Elşən yaşadıqları evin yataq otağında anası Xatirənin atası Musa ilə rəsmi nikahda yaşamasına baxmayaraq vatsapda başqa şəxslə mesajlaşdığını bilib.

Buna görə mətbəx bıçağı ilə anasını bıçaqlayıb. Qadın aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən bildirib ki, Gəncə Dövlət Universitetinin qiyabi şöbəsinin Turizim və otelçilik fakültəsinin 2-ci krus tələbəsidir: "Anam Xatirənin kiminləsə mobil telefon vaistəsi ilə yazışmasından şübhələnsəm də, həmin şəxsin kimliyini müəyyən edə bilməmişəm. Anamla əvvəllər bu barədə söhbət etmişəm. O, belə bir iş görmədiyinə məni inandırdı".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə günü günorta vaxtı anasının istifadə etdiyi "Samsunq" markalı mobil telefonu ondan xəbərsiz götürüb: "Yoxlayanda anamın Elmir adlı şəxsə vatsapda "Elmirim, ürəyimmm, haralardasan" və digər mesajlar yazdığını gördüm. Bundan əsəbləşdim. Heç kimə heç nə demədən qoyun otarmağa getdim.

Həmin gün saat 21 radələrində sahədən evə qayıtdım. Yuyunmaq istəyəndə anamın özünü şübhəli aparmasından bir daha əsəbləşdim. Yazdığı mesajlara görə onu cəzalandırmaq fikirinə düşdüm. Mətbəxdə işlətdiyimiz bıçağı götürdüm və evin yataq otağında anama yaxınlaşdım. Bıçaqla bir dəfə anamın qarın nahiyəsindən vurdum. Sonra isə bıçağı hadisə yerinə ataraq evdən küçəyə çıxdım, anamın istifadə etdiyi mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, sonra atası Musa ona zəng edib: "Atama evə gələndən sonra hadisə barədə məlumat verəcəyimi bildirdim. Bir qədər sonra polis əməkdaşları yaşadığım ünvana gəldi. Mən də evimizə qayıdaraq hadisəni törətdiyimi etiraf etdim. Mənim iştirakımla hadisə yerinə baxış keçirildi. Anama xəsarət yetirdiyim bıçağı, hadisə zamanı əyinimdə olan paltarları və anama məxsus mobil telefonu təqdim etdim".

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Xatirənin sözlərinə görə, xəstəxanada tibbi bacısı işləyib: "Elmirlə təxminən hadisədən bir il əvvəl tanış olmuşam. Elmirin idarə etdiyi mikroavtobusla xəstəxanaya işə gedib-gəlmişəm. İstifadəmdə olan mobil telefon nömrəsi Elmirdə olub. O, vatsapda mənə mesaj yazdı, məndən xoşu gəldiyini bildirdi. Mən də ondan xoşlandığımı bildirdim. Aramızda xoş münasibət yarandı. Bir-birimizə müxtəlif səpgidə sevgi mesajları yazdıq. Mobil telefonla danışıqlarımız da olub. Bu barədə oğlum Elşən mənə bildirsə də, başqa şəxslə heç bir münasibətimin olmadığına inandırdım".

Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 21 radələrində evlərində oğlu Elşənlə ikisi olublar: "Elşən mobil telefonumu məndən xəbərsiz götürdü. Telefona baxanda Elmirlə mesajlaşmamı gördü. Bundan əsəbləşərək mətbəxdən götürdüyü bıçaqla yataq otağında ayaq üstündə olan anda qarın nahiyəmdən vurduqdan sonra evdən həyətə qaçdı. Mən isə evdə qaldım. Təxminən 20 dəqiqə sonra ərim və polis əməkdaşları yaşadığım evə daxil oldu. Həmin vaxt huşumu itirdim".

Xatirə ifadəsinin sonunda oğlu ilə barışdığını, ondan heç bir şikayətçi olmadığını deyib. Şahid qismində ifadə verən Musanın sözlərinə görə, Xatirə ilə 1998-ci ildə ailə qurub və onların iki oğlanları var.

Hadisə günü toyuqlara yem almaq üçün Ağdam rayonu, Zəngişalı kəndinə getdiyini deyən şahid bildiribn ki, arvadı ilə oğlu Elşən evdə qalıblar: "Elşən saat 21 radələrində Xatirənin istifadəsində olan nömrədən mənə zəng etdi və məni evə çağırdı. Nə baş verməsini evə gələndən sonra biləcəyimi dedi.

Evə çatanda həyətdə Ağdam rayon polis şöbəsi əməkdaşlarını gördüm. Polislər mənə bildirdilər ki, Elşən 102 xidmətinə zəng edərək anasına bıçaqla xəsarət yetirməsi barədə məlumat verib. Polis əməkdaşları ilə birlikdə evə daxil olanda Xatirəni mətbəxdə su ilə üzünü yuduğunu gördüm.

Xatirənin qarın nahiyəsindən qan axdığı üçün onun qoluna girdim, mətbəxdən çıxaranda huşunu itirdi. Polis əməkdaşlarının köməkliyi ilə Xatirəni Ağdam rayon Mərkəzi Xəstəxanasına apardıq".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə Elşənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1129   Tarix: 11 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Muzeylər bu agentliyin tabeliyinə verilir

Muzeylərin fəaliyyətinə nəzarət Mədəniyyət Nazirliyinin birbaşa tabeliyindən çıxarılaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilir. APA-ya istinadən xəbər verir ki, hazırda bununla bağlı Dövlət Xidmətində müvafiq işlər görülür. Yaxın günlərdə muzeylərin adıçəkilən xidməti

06.04.2026 245
.

SEPAH terror təşkilatı ABŞ gəmisini bombaladı

İran Silahlı Qüvvələri ABŞ-ın USS Tripoli (LHA-7) desant helikopterdaşıyan gəmisinə zərbə endirib. Nəticədə gəmi Fars körfəzinin cənub sularına doğru geri çəkilməyə məcbur olub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirir ki, gəmidə 5 mindən çox dənizçi və dəniz piyadası yerləşirdi və gəmi it

06.04.2026 281
.

Şəmkirli 22 yaşlı gənc "1001 Sevinc"dən avtomobil qazandı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın təşkil etdiyi "1001 Sevinc" lotereyasının növbəti tirajının qalibləri müəyyənləşib. Bu dəfə şans 22 yaşlı Şəmkir sakini Eltun Qurbanovun üzünə gülüb. Ona aldığı 19 biletdən biri lotereyanın supe

06.04.2026 295
.

Nigar həmkarına söz atdı: "Ərinin orasını-burasını yuyan…"

Nigar Camal maraqlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, sənətçi "Maska şou" proqramında etdiyi təxminlər zamanı izləyiciləri güldürməyi bacarıb. Belə ki, o, aktrisa Ofelya Şabanovanın adını xatırlaya bilməyib və bunu qeyri-adi şəkildə ifadə edib. Nigarın səsləndirdiyi sözlər studiyad

06.04.2026 550
.

Rusiya-Ermənistan gərginliyi: İrəvan seçim qarşısında - POLİTOLOQDAN AÇIQLAMA

Son dövrlər Cənubi Qafqaz regionunda geosiyasi dinamika daha da mürəkkəbləşir və diqqət mərkəzində duran əsas xətt Ermənistan ilə Rusiya arasında artan gərginlikdir. Moskvanın İrəvana "Qərblə Rusiya arasında seçim etməlisiniz" mesajı verməsi, eyni zamanda enerji məsələlərinin siyasi təzyi

06.04.2026 397
.

NATO-nun ləğvi real deyil: ABŞ üzvlüyü təşkilat üçün açardır

"ABŞ, İran və İsrail arasındakı münaqişənin NATO-nun ləğvinə səbəb olacağını düşünmürəm. NATO-nun ləğvini qeyd edənlər yəqin ki, bunu Donald Trampın təşkilatı dəstəkləməməsi ilə əlaqələndirirlər". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, bu ciddi fakt AB

06.04.2026 213
.

"Papanin" hospitalında nüfuz alveri - Polkovnikə cinayət işi açıldı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik A.Paşayev nüfuz alverində ittiham olunur. Hazırda həmin vəzifədə xidmət edən A.Paşayev istintaq müddətind

06.04.2026 252
.

Keşlədə tamamilə sökülən evin - Fotoları

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diamertri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb. "Qafqazinfo" xəbər verir ki, Xətai rayonu, Rəşid Bağırov küçəsində

06.04.2026 448
.

Məişət zorakılığına qarşı sərt addımlar: Cəzalar artırılmalı, İstanbul Konvensiyası gündəmdə - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Ölkədə məişət zorakılığı və qadınlara qarşı törədilən cinayətlərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur və bu istiqamətdə daha sərt hüquqi tədbirlərin görülməsini zəruri edir. Mövcud reallıq göstərir ki, bu tip cinayətlərə görə cəzaların ağırlaşdırılması artıq alternativ yox, zərurətə çevrilib

06.04.2026 285
.

TOP MP3