Yeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildi

Yeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildiBakı şəhəri, JW Marriott Absheron Baku otelində HONOR şirkəti yeni cihazlarını təqdim etdi. Belə ki, bu gündən etibarən yeni HONOR Xa seriyasının satışları start verildi. Yeni seriya öz seqmetində ən yaxşı material keyfiyyəti və performans təqdim edir.
Yeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildiYüksək keyfiyyətli HONOR X9a modeli geniş baxış bucaqları və 120Hz yeniləmə tezliyi olan əyri OLED displeyi, uzunmüddətli batareya ömrü və yüksək performanslı Qualcomm® Snapdragon® 695 5G çipi ilə seçilir. Bütün bunlar premium dizayna malik gözəl korpusla tamamlanır. Bu yaxınlarda təqdim edilmiş smartfonlar silsiləsinin orta seqmenti sayılan HONOR X8a cəlbedici dizayna malik, böyük 6.7 düym HONOR FullView displeyi və 100 meqapiksellik üçlü kamerası olan, bu seqmentdə performansı və fotoçəkilişi yüksəldən universal smartfondur. Bu silsilənin kiçik modeli hesab edilən HONOR X7a avtonom rejimdə yeni sənaye standartını müəyyən edir. Bir tam enerji saxlama müddəti 2.5 gün təşkil edir, dəstdə sürətli batareya doldurma cihazı var. Honor X7a güclü kamera, geniş yaddaş tutumu və böyük ekrana malikdir. Bütün bunlar hər gündən maksimum dərəcədə səmərəli istifadə etmək istəyənlər üçün əla imkanlar yaradır. Münasib qiymətli HONOR Xa seriyalı smartfonlar texnologiyanı Azərbaycan istifadəçiləri üçün daha əlçatan etmək üçün nəzərdə tutulmuşdur.
Yeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildi"Biz texnoloji yeniliklər sayəsində müştərilərimiz üçün ən yaxşı istifadəçi təcrübələrini davamlı təqdim etməyə çalışırıq." deyə HONOR-un Azərbaycandakı icraçı direktoru Şon Mao bildirib. O, həmçinin brendin Azərbaycanda sonuncu buraxılışdan sonrakı 6 ay ərzində ölkədə əldə etdiyi yüksək nəticələrindən də danışıb. Xatırlatmaq istərdik ki, sentyabr ayında şirkət Azərbaycanda flaqman smartfonunun rəsmi təqdimatını keçirib.
Yeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildiTəqdimat mərasimində şirkətin nümayəndəsi, biznes-təlimçi Fərid Ağalarov diqqəti seriyadakı ən böyük model olan HONOR X9a üzərində cəmləyərək qeyd etdi ki, bu modelin premium displeyi və cəlbedici dizayn xüsusiyyətləri var, eləcə də sözügedən smartfonun münasib qiyməti orta qiymət kateqoriyasından olan smartfonlar üçün yeni standartı müəyyən edir.
Xa seriyasının missiyası yüksək texnologiyaları daha əlçatan etmək üçündür. HONOR X9a bu vəzifənin öhdəsindən uğurla gəlir. Bu smartfon HONOR Magic 4-ün əsas flaqman kamerasının dizaynını miras almışdır. Kamera xüsusiyyətləri də flaqman səviyyəsindədir. HONOR X9a-nın əsas kamerası 64MP əsas obyektiv, 5MP geniş bucaqlı obyektiv və 2MP makro obyektiv daxil olmaqla güclü üç sensorlu sistemə malikdir. Onlar hamısı birlikdə görüntünün əla keyfiyyətini təmin edir və istifadəçilərə sadəcə bir düymə toxunuşu ilə gündəlik həyatlarını əlavə parametrlər və ya tənzimləmələr olmadan foto və videolara çəkərək həkk etməyə imkan verir.
Yeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildiHONOR Xa seriyalı smartfonlarını fevralın 9-dan etibarən İRŞAD və digər elektron mağazalarında əldə etmək olar. HONOR X9a üç əlamətdar rəngi ilə 749.99 AZN-ə satışa çıxacaq : Titan Gümüşü, Zümrüd Yaşılı və Gecəyarısı Qara. Fevralın 9-dan martın 26-dək alıcıları gözəl bonus hədiyyə gözləyir: HONOR Choice Earbuds X3 Lite qulaqcıqları. Kampaniyada iştirak edən cihazların sayı məhduddur. Cihaz alarkən satıcıdan mövcudluğu dəqiqləşdirin.
HONOR X8a smartfonunu 549.99 AZN-ə birdəfəlik ödəniş etməklə və ya hissə-hissə ödəniş etməklə almaq olar. Mövcud olan rənglər bunlardır: Titan Gümüşü, Göl Mavisi və Gecəyarısı Qara.
HONOR X7a smartfonunu 449.99 AZN-ə birdəfəlik ödəniş etməklə və ya hissə-hissə ödəniş etməklə almaq olar. Smartfonun mövcud olan rəngləri bunlardır: Titan Gümüşü, Dəniz Mavisi və Gecəyarısı Qara.
Təqdimatda qonaqların cihazları işlək vəziyyətdə sınaqdan keçirmək imkanı oldu. Qonaqlar HONOR X9a smartfonu ilə böyük məmnuniyyətlə selfi çəkdilər, həmçinin yeniliyin foto imkanlarını da yüksək qiymətləndirdilər. Bir çoxları smartfonda çəkilmiş fotoşəkillərin yüksək detallarının olduğunu qeyd etdi.

Yeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildiYeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildiYeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildiYeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildiYeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildiYeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildiYeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçirildi


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4451   Tarix: 13 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 613
.

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Axşam yeməyi hazırlayarkən dondurucudan çıxarılan qiymənin gec əriməsi mətbəxdə ən çox qarşılaşlan problemlərdəndir. Dondurulan ətin mərkəzinə istilik gec çatdığı üçün ərimə prosesi saatlar çəkir. Lakin dondurucuya qoymazdan əvvəl tətbiq ediləcək sadə bir üsulla bu müddəti dəqiqələrə endirmək mümkündür

01.11.2026 599
.

Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən

01.11.2026 441
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 409
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 177
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 582
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 166
.

Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb

Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın

01.11.2026 449
.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 561
.