Seysmoloq: "Bakıda binalar o qədər yaxındır ki, zəlzələ olsa, domino daşı kimi hamısı yerlə bir ola bilər"
"Türkiyədə fasiləsiz zəlzələlərin hamısı bir ocaqdan qidalanır. Bunun səbəbi isə nəhəng Afrika platformasının bizim yerləşdiyimiz Avrasiya materikini şimala doğru sıxmasıdır. Uzun müddət davam edən və millimetrlə müşahidə edilən prosesin ölçüləri böyüyərək metrlərə çatdı, nəhayət, güclü təkana çevrildi".
Bunu Oxu.Az-a açıqlamasında ekoloq, seysmoloq Ənvər Əliyev deyib.
O bildirib ki, uzun müddət yığılan enerji yeraltı təkanlar formasında özünü göstərir:
"Heç kim yeraltı təkanlardan sığortalanmayıb. Dünyanın ən seysmik zonası Aralıq dənizi ətrafı hesab olunur. Bütün dünya geoloqları, seysmoloqları Türkiyədə yeraltı təkanların olacağını gözləyirdilər. Təəssüf ki, gözləntilər reallaşdı. İnşallah, daha bu zəlzələ təkrarlanmaz. Əslində, yeraltı təkanların İstanbulda olacağı düşünülürdü, lakin ətraf rayonlarda, bölgələrdə müşahidə edildi.
Bu səbəbdən Azərbaycanda da zəlzələ ola bilər. Bunu əhalini qorxutmaq üçün demirik. Uzun illər əvvəl müxtəlif vaxtlarda Naxçıvanda, Gəncədə, eləcə də Göygölün əmələ gəlməsi ilə nəticələnən güclü zəlzələlər baş verib. 1192-ci ildən 2002-ci ilə qədər Şamaxını yerlə bir edən təxminən səkkiz zəlzələ olub. Bəzi məlumatlara görə, 1667-ci ildə Şamaxıda baş verən zəlzələdə 80 minə yaxın adam ölüb. Yəni bu yeraltı təkanlar min illər ərzində olub, yenə də ola bilər. Bunların qarşısını almaq, öncədən bilmək mümkün deyil. Lakin maariflənmək olar. Bina inşa edərkən, körpü salarkən bu nüanslar düşünülməlidir".
Ə.Əliyev qeyri-rəsmi mənbələrə görə, dörd milyona yaxın əhalisi olan, seysmoloji xəritə üzrə səkkiz ballıq zəlzələyə dözəcəyi düşünülən paytaxt Bakı ilə bağlı narahatlıq keçirdiyini qeyd edib:
"Ölkə əhalisinin 40 faizi Bakıda cəmləşib. Bu gün bu qədər əhalisi olan şəhərdəki bütün binaların səkkiz ballıq zəlzələyə dözəcəyinə inanmıram. İnşa edilən binalar o qədər bir-birinə yaxındır ki, zəlzələ anında binalardan biri silkələnib digərinə dəysə, domino daşı kimi hamısı yerlə bir ola bilər. Allah eləməsin ki, belə bir hadisə olsun, amma bu məsələdə diqqətli olmaq lazımdır. Köhnə, qəzalı binalar çoxdur, yeni tikilənlərin də hamısına etibar yoxdur. Heç kim zəmanət vermir ki, bu binalar standarta uyğundur və səkkiz ballıq zəlzələyə dözəcək. Belə başa düşürəm ki, biz yeraltı təkanlara hazır deyilik. Zəlzələnin müddəti 2000-ci illərdə olduğu kimi, bəlkə, 10-13 saniyə olmaz, 30-40 saniyə olar. Qorxmaq yox, hazır olmaq lazımdır. Camaatı başa salmaq lazımdır. Yenə deyirəm, heç kim heç nədən sığortalanmayıb".
"Azərbaycanlı seysmoloqların 1977-ci ildə apardıqları araşdırmalar nəticəsində tərtib etdikləri seysmoloji xəritəyə əsasən ərazilərin bölgüsü aparılıb. Qafqazın cənub yamacından Balakən, Şamaxıya qədər olan ərazilər 8-9 ballıq, Bakı 7-9 ballıq zəlzələyə dözümlüdür. Bu xəritədə hansı regionun neçə ballıq zəlzələyə dözə bildiyi üzrə rəqəmlər qeyd edilib", - deyə seysmoloq əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2428 Tarix: 07 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183 Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki
07.11.2026 147 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
07.11.2026 173 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı
Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır
07.11.2026 236 İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
01:19 0 PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
00:31 97 65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
00:13 109 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 186 Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
00:11 128