Ermənistanın müdafiə nazirinin sabiq müavini müharibədə məhv edilən əsgərin anasını aldadıb

Ermənistanın müdafiə nazirinin sabiq müavini müharibədə məhv edilən əsgərin anasını aldadıbErmənistan ordusunun 44 günlük müharibədə Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş əsgəri Hayk Melikyanın anası Naira Melikyan ölkəsinin müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan və ona yaxın adamların fırıldağı ilə üzləşib.

"Report"un məlumatına görə, Naira Melikyan bu barədə "NEWS.am"a müsahibəsində bildirib.

Naira Melikyanın sözlərinə görə, ona oğlunun guya sağ olması və Azərbaycan həbsxanalarından birində saxlanıldığı bildirilib. Qadın söylənilənlərə inanıb və oğlunu geri qaytarmaq üçün 7 min ABŞ dolları verib. Lakin oğlu geri qayıtmayıb, bir il sonra övladının şəxsiyyəti Rusiya sülhməramlıları tərəfindən çıxarılan meyitlər və qalıqlar arasında DNT testləri ilə təsdiqlənib.

Bundan sonra Naira Melikyan Milli Təhlükəsizlik Xidmətinə (MTX) müraciət edib. Hazırda iş məhkəmədədir. Qadının sözlərinə görə, bu işin arxasında uzun illər əvvəl tanıdığı şəxs, müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan dayanır. Naira Melikyanın sözlərinə görə, hazırda iş üzrə təqsirləndirilən şəxs olan Qraat Mxeyan keçmiş yüksək vəzifəli məmur vasitəsilə dələduzluq yolu ilə ondan pul ala bilib.

"Oğlumun yoxa çıxmasından telefon danışığı zamanı xəbər tutan Şirxanyan iş yerimə baş çəkdi və kömək təklif etdi. Dedi ki, övladımın öldürülməsi ilə barışmamalıyam, çox güman ki, dustaq kimi Azərbaycan həbsxanalarından birindədir. Dedi ki, oğlumun taleyini öyrənməyə çalışacaq", - Naira Melikyan bildirib.

Qadınla sabiq nazir müavini arasında əlaqə vatsap vasitəsilə həyata keçirilib. Qadının dediyinə görə, Şirxanyan növbəti görüşə Qraat Mxeyanı da özü ilə gətirib, onu əməliyyatçı və müdafiə nazirinin xüsusi köməkçisi kimi təqdim edib.

"Uşağımın taleyini öyrənməyi təklif etdi və gəlişləri yenə davam etdi. Bu prosesdə övladımın taleyini öyrənmək üçün bəzi yerlərə, o cümlədən Rusiya Federasiyasına, Suriyaya getməli olacağı haqda xəbərlər yayıldı. Həmin səfərlər üçün ona xərc lazım idi və mən həmin şəxsə hissə-hissə pul verdim, ümumi məbləği 7 000 dollardır", - Naira Melikyan deyib.

Qadının oğlu, 19 yaşlı Haykın qalıqları 2021-ci ilin noyabrında ona təhvil verilib. Naira Melikyanın sözlərinə görə, Qraat Mxeyan aldığı pulla dincəlməyə gedib, sonra geri dönüb və oğlunun bu həbsxanada olmadığını bildirib:

"O, şübhəsiz ki, detektiv deyil, sadəcə başqa bir cəsur Nazardır. Şirxanyan faktoru olmasaydı, mən bu adama heç vaxt inanmazdım".

Nairanın iş yerinə növbəti səfəri zamanı Qraat Mxeyan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, hazırda həbsdədir.

Naira Melikyan müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyanın da məsuliyyətə cəlb olunmasını tələb edir. Qadının dediyinə görə, sabiq nazir müavini əyani üzləşdirmə prosesində görünmür, hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyətsizlik nümayiş etdirirlər.

"Report" xatırladır ki, bu, Ermənistan müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyanın adının hallandığı ilk fırıldaqçılıq işi deyil. O, hələ 2015-ci ildə ölkədəki mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqə saxlamaqda şübhəli bilinərək tutulub. Həmin il noyabrın 25-də Ermənistan MTX ölkə ərazisində 19 nəfərlik silahlı qruplaşmanı aşkarlayaraq üzvlərini həbs etmişdi. Nazir müavini həmin dəstə ilə əlaqə saxlamaqda şübhəli bilinir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1035   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl

07.11.2026 199
.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

07.11.2026 122
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.