"İran 44 günlük müharibənin nəticələrini qəbul edə bilmədi" - ŞƏRH

"İran 44 günlük müharibənin nəticələrini qəbul edə bilmədi" - ŞƏRHFars molla rejimi müstəqilliyin ilk illərindən başlayaraq, Azərbaycana düşmən münasibəti bəsləyib, burada özünün casus şəbəkəsini formalaşdırmağa çalışıb. Müxtəlif dini, ideoloji çətirlər altında özünün təsir zonasını yaradıb. İndi həmin şəbəkədən dövlətimizə qarşı istifadə etmək planları var.

İran qonşu ölkələrə qarşı heç vaxt dürüst davranmayıb və yeri gəldikdə müxtəlif yollarla onlara təsir etmək niyyətini açıq şəkildə göstərib. Bu siyasət Azərbaycana münasibətdə də həmişə hiss olunub. Fars molla rejimi müstəqilliyin ilk illərindən başlayaraq, Azərbaycana düşmən münasibəti bəsləyib, burada özünün casus şəbəkəsini formalaşdırmağa çalışıb. Müxtəlif dini, ideoloji çətirlər altında özünün təsir zonasını yaradıb. Bu işlər "müsəlman qardaş", "yaxın qonşu" maskası arxasında edilib. Xeyli sayda Azərbaycan vətəndaşı da bu tələyə düşüb, İran maraqlarının təmsilçisinə çevrilib. Elə sosial şəbəkələri izləməklə də bunu hiss etmək mümkündür.

İkinci Qarabağ müharibəsində və ondan sonra baş verənlər artıq İranın bu maskalarının hamısının cırılması, iç üzünün açılması ilə nəticələnib. Hamımız Vətən müharibəsi dövründə və ondan sonra İranın işğalçı Ermənistanın yanında olduğunu aydın şəkildə gördük. Buna görə də Azərbaycanla İran arasında diplomatik münasibətlər getdikcə gərginləşməyə başlayıb. Sonda İranın molla rejimi "çıxış yolu"nu terrorda görüb. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı təşkil edilən xain terror hücumu nəticəsində bir zabitimiz şəhid olub, iki nəfər yaralanıb.

Yırtıcı mahiyyət daşıyan İran rejimi paralel olaraq özünün Azərbaycanda vaxtilə formalaşdırdığı şəbəkəni aktivləşdirməyə çalışıb. Təbii ki, bunun qarşısı alınmalı idi və artıq bu proses başlayıb. Ötən həftə boyu Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən İranın Azərbaycandakı casus şəbəkəsinə qarşı müxtəlif əməliyyatlar keçirilib. Son bir neçə gündə Daxili İşlər Nazirliyi tərəfindən keçirilən xüsusi əməliyyatda 39 nəfər saxlanılıb. Saxlanılanlar arasında "SalamNews" informasiya agentliyi və "İnteraz" telekanalının rəhbəri "Hacı Mətləb" kimi tanınan Mətləb Bağırov da var.

Azərbaycan cəmiyyəti də bu casus şəbəkələrinin aşkar olunması və zərərsizləşdirilməsi istiqamətində atılan addımları dəstəkləyir.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

"Vətəndaşlarımız daim ayıq-sayıq olmalıdırlar"

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin deputatı, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev bildirib ki, İran xüsusi xidmət orqanlarının Tehranda törətdiyi cinayət birmənalı şəkildə terror hadisəsi idi:

"Avtomat və digər vasitələrlə silahlanmış bir terrorçunun Azərbaycanın İrandakı səfirliyinə hücumu və nəticədə bir əməkdaşın şəhid edilməsi birmənalı şəkildə İranın Azərbaycana qarşı münasibətidir və gərginliyin pik həddə çatdırılmasıdır".

"İran 44 günlük müharibənin nəticələrini qəbul edə bilmədi"

A.Nağıyev vurğulayıb ki, hələ 90-cı illərin ortalarında İran Azərbaycanda islam rejiminin yaradılması istiqamətində çalışıb:

"İran 44 günlük müharibənin nəticələrini qəbul edə bilmədi. Eyni zamanda, 140 kilometrlik sərhəd bağlandı, hansı ki, bu nəzarətsiz zonadan öz maraqları üçün yararlanırdı. Azərbaycanın öz sərhədlərində nəzarəti bərpa etməsi ilə bu zonadan narkotik vasitələrin keçirilməsinin qarşısı alındı. İran bu gün də çalışır ki, Zəngəzur dəhlizinin açılmasına mane olsun. İran Azərbaycanın nüfuzunun artmasından qorxduğundan, yürütdüyü müstəqil siyasətdən çəkindiyindən bu hərəkətləri edir. Son günlər din adı ilə pərdələnmiş agentlərə qarşı hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar, casus şəbəkəsinə aid şəxslərin həbsləri bəzi məqamları ortaya qoymuş oldu. Onlar Azərbaycan haqqında məlumatların toplanması və İrana göndərilməsi ilə məşğul olublar. Burada Tehrandan gələn tapşırıqların icrası ilə gərginlik yaratmağa çalışıblar. Lakin onlar məqsədlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycanda tam şəkildə əməliyyat şəraitinə nəzarət olunur. Azərbaycanın xarici və daxili siyasəti dönməzdir. Burada ölkəmizin ərazi bütövlüyü, suverenliyi, hər bir vətəndaşın rifahı əsas meyardır. Bu durumda vətəndaşlarımız da daim ayıq-sayıq olmalı və düşmənin məkrli niyyətinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına dəstək verməlidirlər".

"Bu məsələ birdəfəlik, kökündən həll olunmalıdır"

Millət vəkili Ceyhun Məmmədov da bildirib ki, Azərbaycanda İrana məxsus casus şəbəkələrinin ifşa olunması və zərərsizləşdirilməsi üçün atılan addımlar çox önəmlidir:

"Çünki İran Azərbaycanda böyük bir şəbəkə yaradıb. Bu şəbəkə irançılığı, farsçılığı təbliğ edir və gənclərimizin beyinlərini yumağa çalışır. Ona görə də hüquq-mühafizə orqanlarının bu cür əməliyyatlar keçirmələri önəmlidir. Dövlət qurumlarının da bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Hesab edirəm ki, bizim bu istiqamətdəki fəaliyyətimiz davamlı xarakter almalı və bu məsələ birdəfəlik, kökündən həll olunmalıdır".

"Əgər bu gün bunu etməsək..."

C.Məmmədov qeyd edib ki, İran qurduğu şəbəkələr vasitəsi ilə Azərbaycan əleyhinə təbliğat aparmağa çalışır:

"Təbii ki, onların əsas hədəfi və məqsədi Azərbaycan dövlətini zəiflətmək və yıxmaqdır. Bu baxımdan, dövlət qurumlarımızın üzərinə böyük bir vəzifə düşür. Biz bu təxribatların qarşısını çox qətiyyətlə almalıyıq ki, dövlətimizin təhlükəsizliyini, müstəqilliyini və suverenliyini ən yüksək formada qoruyaq. Əgər bu gün bunu etməsək, növbəti mərhələdə bizi çox ciddi problemlər, çətinliklər gözləyə bilər. Ona görə də casus şəbəkələrinin ifşası və zərərsizləşdirilməsi istiqamətində işləri davam etdirməliyik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl

07.11.2026 199
.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

07.11.2026 122
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.