"Əsas hədəf Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyona çatdırmaqdır" - TƏHLİL

"Əsas hədəf Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyona çatdırmaqdır" - TƏHLİLKoronavirus pandemiyası tüğyan edən dönəmdə bütün dünyada turizm sahəsi çöküş yaşayırdı. Qapanmalar səbəbindən Azərbaycanda da turizmin inkişafı durğunluq içərisində idi. 2022-ci ildə isə, nəhayət, pandemiyanın təsirlərinin minimuma enməsi, qadağaların aradan qalxması, xüsusi karantin rejiminin yumşalması Azərbaycana turist axınının güclənməsinə səbəb olub.

Dövlət Turizm Agentliyinin (DTA) hər ilin sonu açıqladığı statistikaya görə, 2022-ci ilin yanvar-dekabr ayları ərzində ölkəyə 1 602 600 nəfər turist gəlib. Bu göstərici 2021-ci illə müqayisədə 103 faiz artım deməkdir. Bu il ölkəmizə səfər edən xarici vətəndaşlar içərisində ilk yerlərdə ardıcıl olaraq Rusiya, Türkiyə və İrandan gələnlər qərarlaşıblar. Sonrakı sıralamada Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Pakistan və Özbəkistan turistləri növbələşirlər.

2022-ci ilin sonunda keçirilən Azərbaycan Turizm Sammitində 2023-cü il üçün turizm hədəfləri açıqlanıb, bu sahədən daxil olan gəlirin artırılması planlaşdırılıb. Turizm Agentliyinin sədri Fuad Nağıyev növbəti 4 ildə turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflərin müəyyənləşdirildiyini bildirib. Bu hədəflər həm də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirməkdir.

Agentlik sədri qeyd edib ki, əsas hədəflərdən biri 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır. Təkcə 2023-cü ildə daxili turistlərin sayında keçən illə müqayisədə 30 faizdən çox artımın olacağı proqnozlaşdırılıb.

2026-cı ildə turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaq.

2022-ci ilin əvvəlində turizm sahəsi ilə əlaqədar yeni Turizm qanunu müzakirəyə çıxarılıb və parlament tərəfindən qəbul edilib. Qanunda Turizm reyestri, mülki məsuliyyət sığortası, hotellərin ulduzlaşması və digər bir sıra vacib məqamlar öz əksini tapıb. 2023-cü ildə turizmin inkişafı istiqamətində yeni qanun layihəsinin də müsbət rol oynayacağı, daha bir sıra tənzimləmələrin həyata keçiriləcəyi gözlənilir.

Azərbaycan Turizm Sammitindəki çıxışı zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun azad etdiyi ərazilərin turizm potensialının öyrənilməsi, reallaşdırılması və tanıdılması üçün həyata keçirilən çoxistiqamətli tədbirlərdən bəhs edən Fuad Nağıyev turizmin Qarabağda və Şərqi Zəngəzurda insanların yaşayışını təmin etmək üçün aparıcı sahələrdən biri olacağını vurğulayıb. Həmin bölgənin turizm destinasiyası kimi inkişaf etdirilməsinə başlanması 2023-cü ildə əsas istiqamətlərdən biri olacaq.

Agentlik tərəfindən "Qarabağ Zəfər Marşrutları" konsepsiyası çərçivəsində "Yolumuz Ağdama", "Füzuli və Xocavəndə" birgünlük turların layihəsi işlənib, Şuşa şəhərinin və Daşaltının turizm inkişaf planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bütövlükdə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb.

Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə isə turizm səfərlərinin təşkili üçün işlər yekunlaşmaq üzrədir və 2023-cü ildə bu şəhərimizə geniş turizm səfərlərinin şahidi olacağıq.

Ümumilikdə, 2023-cü il Azərbaycan üçün turizm sahəsində önəmli inkişaf mərhələsi kimi gözlənilir. Həm daxili turizm səfərlərinin çoxaldılması, həm xaricdən ölkəmizə gələn turistlərə yeni destinasiyaların tanıdılması, həm də azad olunmuş ərazilərin turizm potensialının gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından bu il əhəmiyyətli addımların şahidi olacağıq. (oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 760   Tarix: 04 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 86
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir

Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma

07.11.2026 173
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 0
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır

07.11.2026 236
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.