Deputat: "Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikincidir"

Deputat: "Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikincidir""Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları Azərbaycanın Avropaya enerji ixracı ilə əlaqədar yeni bir dönəmin başlanğıcı hesab edilə bilər. Bu iclaslarda müzakirə edilən məqamlar gələcək perspektivlər, bir çox dövlətlərlə enerji sahəsində genişləndirilmiş əməkdaşlıqlar, xüsusilə də yaşıl enerji ilə əlaqədar imkanlar vəd edir".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, Azərbaycan Avropanın enerji təminatını həyata keçirmək və eyni zamanda yaxın 100 il üçün özünün enerji təhlükəsizliyini prioritetdə saxlamağı hədəfləyib:

"Bu günlərdə ölkəmizdə səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevlə görüşdü. Həmin müzakirələrdə bir daha aydın oldu ki, Rumıniya ilə ticari-iqtisadi əlaqələrimiz, həmçinin enerji sahəsində əməkdaşlığımız yaxşı səviyyədədir. Bu, həm də Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın göstəricisidir. Azərbaycan Avropanın enerji təminatında əhəmiyyətli ölkəyə çevrilir. Hazırda Rumıniyada 70-ə qədər yanacaqdoldurma stansiyamız, bir sıra enerji obyektlərimiz fəaliyyət göstərir. Rumıniya ilə Azərbaycan arasında siyasi münasibətlər yüksək səviyyədədir və enerji sahəsi ilə də əlaqələrimiz bundan sonra genişləndiriləcək.

Bakıda keçirilən Cənub Qaz dəhlizinin Məşvərət Şurası nazirlərinin 9-cu görüşü və ilk dəfə yaşıl enerji ilə bağlı görüş Azərbaycan üçün enerji sahəsi ilə əlaqədar yeni imkanlar vəd edir.

Məlumdur ki, biz TANAP layihəsi ilə Avropaya ixrac edilən qazın həcmini 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər artırmağı düşünürük. Bu o deməkdir ki, Azərbaycanın qaz ehtiyatları kifayət qədər böyükdür. TAP layihəsinin ixrac həcmi isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər qaldırılacaq. Bütün bu addımlar bir daha sübut edir ki, Avropanın enerji təchizatı baxımından Azərbaycan önəmli ölkəyə çevrilir. Halbuki vaxtilə Azərbaycan bununla bağlı layihələri, boru kəmərlərini təklif edəndə Avropa bunu o qədər real qəbul etmirdi. İndi isə Avropa özü xahiş edir ki, belə layihələr artırılsın, qaz ixracı genişləndirilsin".

Komitə sədri vurğulayıb ki, Azərbaycanın irəli sürdüyü yaşıl enerji layihələri də bu cür önəmli olacaq. Çünki ölkəmizin həm günəş, həm külək enerjisi ilə əlaqədar kifayət qədər yüksək potensialı var:

"Bununla bağlı ölkəmizin bütün bölgələrində, həmçinin Şərqi Zəngəzur və Qarabağda da böyük potensial var. Hətta xatırlatmaq istəyirəm ki, bu ərazilər yaşıl enerji zonası elan edilib. Burada günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Yaşıl enerji ilə bağlı müzakirələrdə gələcək perspektivlər haqqında da məlumat verildi. Qeyd edildi ki, azad edilmiş ərazilərdə tikilməsi planlaşdırılan 30-dan artıq orta və kiçikhəcmli su elektrik stansiyasından 5-i artıq istismara verilib.

Azərbaycan xüsusilə külək enerjisinin istehsalı ilə əlaqədar yüksək potensiala malikdir. Hətta Bakının "küləklər şəhəri" adlandırılması da təsadüfi deyil və xalq arasında səslənən bu deyim Xəzər dənizi sahillərinin nə qədər küləkli olduğunu bir daha göz önünə gətirir. Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikincidir. Ehtimal ki, enerji şirkətləri bp kimi addım atacaqlar və nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar.

Biz gələcəyə baxırıq. Ölkə prezidentinin siyasəti həm ekoloji cəhətdən təmiz enerji ixrac edilməsi, həm də ölkəmizin enerji təminatı baxımından gələcəyini düşünməsidir. İmkanımız var ki, həm günəş, həm külək, həm də su elektrik stansiyalarının sayını artırıb, enerji təchizatımızı təhlükəsiz həyata keçirək.

bp-nin Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq. Zəngəzur dəhlizindən eyni zamanda elektrik enerjisi ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir.

İnanıram ki, Azərbaycanın enerji sahəsində əməkdaşlıq etdiyi ölkələrin sayı getdikcə artacaq. Azərbaycan yaşıl enerjisini də xaricə satmaq imkanı əldə edəcək. Enerjinin satılması dövlət büdcəsinə xeyli fayda gətirir. Bu gəlirlər isə xalqın gələcəyinə, sosial rifahına sərf edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 627   Tarix: 04 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 86
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir

Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma

07.11.2026 173
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 0
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır

07.11.2026 236
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.