Medvedev Kiyevə xəbərdarlıq etdi: "Krıma zərbələr endirilərsə, bütün Ukraynadan qisas alınacaq"

Medvedev Kiyevə xəbərdarlıq etdi: "Krıma zərbələr endirilərsə, bütün Ukraynadan qisas alınacaq""Ukrayna Krıma zərbələr endirəcəyi təqdirdə danışıqlar olmayacaq, ancaq Kiyevin nəzarətində olan bütün ərazilərə qisas zərbələri endiriləcək".

Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev jurnalist Nadana Fridrixsona yazılı müsahibəsində bildirib.

Müsahibə jurnalistin "Telegram" kanalında dərc olunub.

Medvedev Ukraynanın Krıma zərbələr endirməklə Rusiyanı danışıqlara məcbur edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

"Bu halda hər hansı danışıqlar olmayacaq, yalnız qisas zərbələri olacaq. Kiyevin hakimiyyəti altında olan bütün Ukrayna yanacaq", - deyə Medvedev suala cavabında qeyd edib.

"Biz istənilən cavabı verə bilərik. Rusiya Prezidenti bunu qəti şəkildə deyib", - deyə Dmitri Medvedev əlavə edib.

O bildirib ki, Rusiya öz qarşısında heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq bütün növ silahlardan istifadə etməyə hazırdır. O bildirib ki, hətta doktrinal sənədlərə uyğun olaraq, nüvə silahlarından da istifadə mümkündür.

"Mən sizi əmin edə bilərəm: cavab tez, sərt və inandırıcı olacaq", - deyə siyasətçi vurğulayıb.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 848   Tarix: 04 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

2000-ci illərin dəbli yaşıl şalvarları trendə qayıdır

"Vogue" jurnalının redaktorları 200-ci illər üslubunda yaşıl şalvarları yayın yeni trendi adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalın rəsmi saytında məlumat verilib. Dəbdə zeytun və xaki kimi yaşıl çalarlarında olan modellər olacaq. Redaktorlar xüsusilə kargo şalvarlarını ön

16:29 60
.

Hikmət Hacıyevin mesajı: Sülhün açarı Ermənistan Konstitusiyasındadır

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Haber Global" televiziya kanalına müsahibəsində Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasını

14:29 138
.

Bakıda qısamüddətli yağış yağacaq, külək əsəcək

Bakıda və Abşeron yarımadasında avqustun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək

12:39 190
.

Ceki Çan İçərişəhərdə

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi "Tanrının zirehi 4: Ultimatum" ("Armour of God 4: Ultimatum") filminin bəzi səhnələri Azərbaycanda lentə alınır. Axşam.az-ın məlumatına görə, aktyor ötən gündən Bakıdadır. Ceki Çan bu gün İçərişəhərdə görüntülənib

16:29 87
.

Keyfiyyətli insan kapitalı iqtisadiyyatın əsas dayağıdır

"Doğum səviyyəsinin azalmasını avtomatik şəkildə iqtisadi fəlakət kimi qiymətləndirmək düzgün yanaşma deyil. Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi təkcə əhalinin sayı ilə deyil, insan kapitalının keyfiyyəti, innovasiya potensialı və əmək məhsuldarlığı ilə müəyyən olunur. Buna görə də əsa

14:40 116
.

Müəllimlərin yataqxana ərazisində yanğın - Video

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimlər üçün nəzərdə tutulan yataqxana ərazisindəki açıq sahədə yanğın olub. "Qafqazinfo"nun məlumatına görə, hadisə Ozan küçəsində qeydə alınıb. Ümumi sahəsi 1.5 ha olan ərazinin 500 kv.m-ə yaxın hissəsində quru ot, kol və 20 ağac yanıb. Hadis

15:27 114
.

Aptekdə dava silahlı insidentlə nəticələndi

Rusiyanın Novosibirsk şəhərində aptekdə atəş açmaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki, bu barədə -ya Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk vilayəti üzrə regional idarəsi məlumat verib. Məlumata görə, hadisə Dovatora küçəsində yerləşən aptekdə baş verib

11:41 176
.

Tokayev, Rəhmon və Mirziyoyevdən Paşinyana təbrik mesajı

Qazaxıstan, Tacikistan və Özbəkistan prezidentləri Qasım-Jomart Tokayev, Emoməli Rəhmon və Şavkat Mirziyoyev Ermənistanın Baş naziri Nikol Paşinyanı yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik ediblər. xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti - Aqorda "Telegram"

11:11 164
.

Tibbdə süni intellekt: Diaqnoz qoyan yox, həkimə kömək edən texnologiya

"Tibb sahəsində süni intellektin Azərbaycanda tətbiqi mümkündür və bunun üçün zəruri rəqəmsal infrastruktur tədricən formalaşır. Təsadüfi deyil ki, ölkədə qəbul olunmuş 2025-2028-ci illər üzrə Süni İntellekt Strategiyası çərçivəsində səhiyyədə tibbi məlumatların vahid informasiya mühitində inteqrasiyas

15:43 109
.

TOP MP3