"Ərzaq məhsullarının qiymətinə təsir edən amillərdən biri də gömrük rüsumlarıdır" - TƏHLİL

"Ərzaq məhsullarının qiymətinə təsir edən amillərdən biri də gömrük rüsumlarıdır" - TƏHLİL2022-ci ildə Azərbaycana 108 milyon 181 min dollar dəyərində 18 min 562 ton kərə yağları idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında məlumat verilib.

2021-ci ildə Azərbaycana 78 milyon 856 min dollar dəyərində 15 min 34 ton kərə yağları idxal olunub. Kərə yağlarının idxalı dəyər ifadəsi ilə 37,1%, miqdar ifadəsi ilə 23,5% artıb. Bir ton kərə yağının orta idxal qiyməti 2021-ci ildə 5 min 245 dollardan 2022-ci ildə 5 min 828 dollara yüksəlib. Qeyd edilən illəri müqayisəli təhlil edəndə məlum olur ki, idxal olunan yağların qiymətindəki bahalaşma ilə ölkədə satılan yağların qiyməti kəskin fərqlənir.

Marketlərdə yağın satış qiymətində 2,3 dəfəyədək artım müşahidə olunur. Pandemiyanın və Rusiya-Ukrayna müharibəsinin yaratdığı bahalaşmanın fonunda bazarda süni qiymət artımı ailələrin büdcəsinə mənfi təsir göstərir. Bahalaşma təkcə yağ məhsullarında deyil, digər istehlak mallarında da sürətlə artır. Bəziləri sahibkarların süni olaraq piar aparıb bahalaşmaya zəmin hazırladıqlarını da söyləyirlər.

Bəs görəsən, bahalaşmanın əsas səbəbi nədir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, ölkəmizdə inflyasiya 40 faizdən artıq məhsullar üzərində müşahidə olunur:

"Statistik məlumatlardan da göründüyü kimi, bizdə süni qiymət artımı çoxdur. Bu tək yağ və yağ məhsullarında deyil. Statistika da bu tezisin real olduğunu bir daha sübut etdi. Qiymət bahalaşmasına təsir edən amillərdən biri inhisarçılıqdır, İnhisarçılığın təsiri daha çoxdur. Bu da rəqabət mühitinə və bazar münasibətlərinə mənfi təsir göstərir. Nəticə olaraq öz növbəsində süni qiymət artımına şərait yaranır".

E.Kərimli qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsinə ehtiyac var:

"Bütün bunların qarşısını almaq üçün Rəqabət Məcəlləsinin qəbul edilməsinə ehtiyac var. Ərzaq bazarında inhisarçılıq meyillərinin və təsirlərinin azaldılması üçün ciddi nəzarət həyata keçirilməlidir.

Təbii rəqabətin artırılmasına şərait yaradılmalıdır. Şəbəkə marketlərində monitorinqlər aparılmalıdır. Çünki süni qiymət artımları şəbəkə marketləri vasitəsi ilə daha çox həyata keçirilir".

Ekspert əlavə edib ki, ərzaq məhsullarının qiymətinə təsir edən amillərdən biri gömrük rüsumlarıdır:

"Ərzaq məhsullarının qiymətinə təsir edən amillərdən biri gömrük rüsumları, gömrükdə olan özbaşınalıq və süründürməçilikdir. Həmçinin digər amillər də təsir edir. Ərzaq sektoruna digər orqanların da müdaxiləsi var. Bu da öz növbəsində bahalaşmaya səbəb olur".

Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, bəzi kərə yağları mütəmadi istifadə olunmadığı üçün qiymət artımı təsir etmir:

"İdxal olunan kərə yağının həcmi ilə onun dəyəri arasında fərqin olması birbaşa ona bağlıdır ki, bütövlükdə 2021-2022-ci ildə daha yüksək inflyasiya regional bazarda müşahidə olundu. Bu da təbii ki, birmənalı şəkildə dəyər ifadəsində idxalın həcminin artmasına gətirib çıxardı. Bu baxımdan kərə yağında da özünü göstərdi.

Əhalinin daha çox istifadə etdiyi kərə yağının da növləri var. Bəzi kərə yağ növləri var ki, onların qiymətində artım olsa da, mütəmadi istifadə olunan deyillər".

V.Bayramov əlavə edib ki, hər bir marka üzrə qiymətlər elan olunmalı idi:

"Kərə yağının statistikasında istehsal ölkəsinin və şirkətin göstərilməsi daha yaxşı olardı. Bu da dünya bazarındakı qiymətlər arasında daha münasib müqayisənin aparılmasına imkan verərdi.

Kərə yağının qiymətinin fərqli növləri var. Çünki fərqli ölkələrdən gəlib. Və orta ton olaraq götürülməsi ümumi təhlilin aparılmasına imkan vermir. Lakin bütün hallarda təbii ki, yalnız kərə yağı deyil, bir sıra ərzaq məhsullarında süni qiymət artımını müşahidə etdik. Konkret olaraq istehsal ölkəsi və istehsal olunan kərə yağının növünün müəyyən olunması vacibdir ki, süni artımın olub-olmamasını müəyyənləşdirə bilək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 04 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 86
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir

Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma

07.11.2026 173
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 0
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır

07.11.2026 236
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.