Gediş haqqı artdı: Sərnişindaşımada hansı dəyişikliklər olacaq? - AÇIQLAMA

Gediş haqqı artdı: Sərnişindaşımada hansı dəyişikliklər olacaq? - AÇIQLAMA"Elə bir şəraitə yaranmışdı ki, gediş haqqının artırılması vacib idi. Çünki sərnişindaşımada yaxud da metroda maya dəyərinə görə hesablandıqda bir adamın daşınması xərci nisbətən 30 qəpikdən yuxarı səviyyədə idi. Ona görə gediş haqqının artırılması müəyyən qədər həmin o sahələrə təsir edəcək. Amma onu deyə bilərəm ki, inqilabi dəyişikliklər baş verməyəcək. Çünki bunlar bir nəqliyyatdan asılı deyil".

Bunu BiG.AZ-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, texnika elmləri üzrə fəlsəfə doktoru dossent Fərhad Eyyubov ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı danışarkən deyib.

O bildirib ki, ictimai nəqliyyatda qiymət artımı sərnişindaşımada keyfiyyətə müəyyən qədər təsir edəcək:

"Nəqliyyatın sərnişin xidmətinin keyfiyyət göstəriciləri var. Bura 4 əsas göstərici daxildir. Birincisi, nəqliyyat vasitələrinin tutumu, yəni dolma əmsalı. Nəqliyyat vasitələrinin dolma əmsalı marşrutda olan nəqliyyat vasitələrinin sayından asılıdır. Əgər o, çox deyilsə, tutum məsəl üçün səhər-axşam pik vaxtlarda çox olur. Yəni insanlar bu vaxt çox əziyyət çəkirlər. İkinci göstərici müntəzəmlikdir, yəni marşrutlararası intervaldır. Müntəzəmlik, yəni bir dayanacaqdan eyni marşrutlu avtobusların bir-biri arasındakı vaxtdır. Müntəzəmlik pozulmamalıdır. Bu müntəzəmliyin pozulmaması üçün tıxacların aradan qaldırılması lazımdır.

Avtobus marşrutları üçün əlavə zolaq var. Bu zolaqların olması vacibdir. Tıxac olsa, deməli, müntəzəmlik pozulur. Müntəzəmlik məsələsi bəzən avtobuslardan asılı deyil. Bu nöqteyi-nəzərdən bu, kompleks məsələdir. İndi gediş haqqı 40 qəpik oldu və həmin dəqiqə yollar açılmadı, tıxaclar dəyişmədi, avtobus zolaqları tamamilə axıra qədər çəkilmədi deyə deyimlər var. Üçüncü məqam isə keyfiyyət məsələsində bir sərnişinin təyinat yerinə, yəni səhər evdən işə, işdən evə yaxud digər yerlərə getmə müddətidir. Ona görə göstərici deyirəm ki, çünki qiymət artan kimi bunlar düzələcəyi çətin məsələdir. Nəhayət 4-cüsü təhlükəsizliyin təmin olunmasıdır. Çünki insanlar bəzi vaxtlarda avtobuslarda başqa yerdə zədələnirlər, travma alırlar və s. Bu da keyfiyyətin əsas göstəricilərindən biridir. İndi bizdə avtobuslarda o qədər çox təhlükə yoxdur.

Deməli avtobusun tutumundan istifadəsi, müntəzəmlik, insanların nəqliyyata sərf etdiyi vaxt və təhlükəsizlik məsələləri bir yerdə hərəsinin ayrıca əmsalları var. Qiymət artırılanda da bunların hər birinə ayrıca baxılmalıdır. Bunların hamısını düzəltmək üçün bu qiymət artımına görə mümkün deyil. Yalnız bu qiymət artımı avtobusların müəyyən qədər dəyişməsinə, parklarda müəyyən qədər xərclərin ödənilməsinə, sürücülərin maaşlarına və s. kömək edər. Amma buna kompleks yanaşılmalıdır. Mənim fikrimcə, bu qiymət artımı müəyyən qədər təsir edəcək. Amma böyük formada təsiri olmayacaq. Çünki müntəzəmliyi düzəltmək üçün tıxaclar aradan qaldırılmalıdır, həmin zolaqlar axıra qədər çəkilməlidir.

Bunun çox az faizi aradan qalxacaq. Tam düzəlməyəcək. Lakin indiki vəziyyətdə daha da geri gedirdi. Əgər qiymət artmasaydı, bu vəziyyət daha da pisləşəcəkdi. Bu nöqteyi-nəzərdən qiymətlərin artırılması vacib idi. Amma məsuliyyəti böyük olmalıdır. Nəqliyyat müəssisələrinin və bu işlə məşğul olanların məsuliyyəti böyük olmalıdır. Çünki gediş haqqı artdı və vətəndaşlar da gözləyir ki, qiymət artanda keyfiyyət artmalıdır, müəyyən qədər yaxşılaşma getməldir. Ona görə indi insanların tələbatı daha çox olacaq ki, ictimai nəqliyyatda 33 faiz qiymət artım oldusa, sizdə öz üzərinizə düşən vəzifəni yerinə yetirin. İndi onlar da müəyyən qədər bunu yerinə yetiricəklər.

Hazırda obyektiv səbəbləri olan məsələlər var. Yəni bəzi məsələlər nəqliyyatçıların işindən asılı deyil. Ona görə də bu, kompleks məsələdir. Bunları araşdırmaq və elmi cəhətdən analiz etmək lazımdır. Harada çətinliklər, nisbətən çatışmayan cəhətlər varsa onları düzəltmək lazımdır. Nəqliyyat sahəsində sabit və dəyişən xərclər deyilən anlayış var. Yəni biri var ki, ümumi əməkhaqqı, avtobusların alınması və s. Bir də var ki, sürücülərin əməkhaqqısı, yanacaq, istismar xərcləri, şinlərdir. Bunların hamısını ödəyəcəklər. Amma keyfiyyətli daşıma və sərnişinlərə keyfiyyətli xidmət üçün dediyim 4 göstərici dəyişdirilməlidir. Harada çatışmayan cəhətlər varsa bunlar bilinməlidir. Qiymət artısa və dediyim keyfiyyət məsələsi üçün də nəqliyyat işçiləri güclü çalışmalıdırlar".

Ekspert bildirib ki, metroda hər bir nəfərin gedişi üçün verilən ödənişin məbləği daha çoxdur:

"Metroda bütün göstəricilər qayda-qanunla yerinə yetirilir. Çünki metronun özünün əsaslı vəsait qoyuluşu çoxdur, yəni orada həddindən artıq xərclər çoxdur. Metronun bir adamın gediş haqqısı 80-85 qəpik arasında dəyişir. Ona görə də dövlət oraya dotasiya verir, onu ödəyir. İndi 10 qəpik artanda müəyyən qədər o ödəmələr azalacaq. Gərək yerüstü nəqliyyat vasitələri, avtobuslar yaxşı işləsin ki, metroya da gərginlik, insanların axını nisbətən onların götürə biləcəyi yük qədər olsun. Səhər-axşam pik saatlarda çətinlik yaranır. Metroda nizamlama da yaxşıdır. Ümumiyyətlə, orada müəyyən prinsiplər yerinə yetirilir, çünki onlara əlavə kənardan müdaxilə yoxdur. Amma avtobus yollarda gedir, tıxaclar var. Yəni başqa maşınların təsiri avtobusların müntəzəmliyinə maneə olur".

Qeyd edək ki, bu gündən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minir. Yeni tariflərə əsasən, metro və şəhərdaxili avtobuslarda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik olub.
Gediş haqqı artdı: Sərnişindaşımada hansı dəyişikliklər olacaq? - AÇIQLAMANuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1088   Tarix: 03 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nümayəndələr Palatası uğrunda mübarizə: Trampı nə gözləyir?

ABŞ-da noyabrın 3-də keçirilməsi planlaşdırılan aralıq Konqres seçkiləri Prezident Donald Trampın Nümayəndələr Palatası üzərində nəzarəti itirməsi ilə nəticələnə və prezidentliyinin ikinci yarısını Demokratlar Partiyası ilə siyasi qarşıdurma şəraitində keçirməsinə səbəb ola bilər. xarici KİV-ə istinadə

13:00 149
.

Çinin Ay missiyasında ilk dəfə Afrika da təmsil olunacaq

Afrika ilk dəfə öz elmi avadanlığı ilə Çinin Ay proqramında iştirak edəcək. xəbər verir ki, bu barədə "Global Times" (GT) qəzeti məlumat yayıb. Cənubi Afrika Radio Astronomiya Rəsədxanasının Africa2Moon missiyasının direktoru və regional proqram meneceri Karla Mitçell bildirib ki, Afrika Kosmo

12:36 150
.

Azyaşlı qızla bağlı cinayət: İki miqrant həbs olundu

Rusiyanın Ulyanovsk vilayətində məhkəmə 20 və 22 yaşlı iki miqrant barəsində azyaşlı məktəbli qıza qarşı cinsi zorakılıq ittihamı ilə həbs qətimkan tədbiri seçib. xəbər verir ki, bu barədə -ya Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə regional idarəsi məlumat yayıb. İstintaqın məlumatına görə

11:34 188
.

55 saat dayanmadan üzüb tarix yazdı - Video

Polşalı üzgüçü Bartlomey Kubkovski inanılmaz uğura imza ataraq Baltik dənizini tam şəkildə üzərək keçən ilk insan kimi tarixə düşüb. "Qafqazinfo" xəbər verir ki, Kubkovski təxminən 160 kilometrlik məsafəni qət edərək İsveçin Koseberqa şəhərindən Polşanın Djnuv sahilinə çatıb. O, bu çətin səyahət

04.08.2026 372
.

NASA və Roskosmos arasında yeni razılaşma hazırlanır

NASA Beynəlxalq Kosmik Stansiyaya (BKS) astronavt və kosmonavtların çarpaz uçuşlarının davam etdirilməsi məqsədilə Roskosmos Dövlət Korporasiyası ilə əməkdaşlıq müqaviləsini uzatmağı planlaşdırır. xəbər verir ki, bu barədə RİA Novosti NASA-nın BKS proqramının rəhbəri Dana Vayqelə istinadən məlumat yayıb

12:06 155
.

Ermənistan Aİ miqrantları üçün saxlama mərkəzi yaradacağı iddialarını təkzib etdi

Ermənistana Avropa İttifaqından qeyri-qanuni miqrantlar üçün müvəqqəti saxlama mərkəzinin yaradılması ilə bağlı hər hansı müraciət daxil olmayıb. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan Armenpress agentliyinə açıqlamasında bildirib. "Daha əvvə

11:18 146
.

Ukraynaya gecə hücumu: Zelenski son vəziyyəti açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və ətraf bölgələrə gecə saatlarında həyata keçirilən kütləvi hava hücumu ilə bağlı açıqlama verib. xəbər verir ki, o, bununla bağlı Telegram kanalında paylaşım edib. Zelenskinin sözlərinə görə, hücum zamanı Ukrayna ərazisinə 24 ballistik raket, 4 "Tsirkon"

12:50 189
.

"Bakı İstanbuldan gözəldir"

Türkiyəli jurnalist və aparıcı Fülya Öztürk Bakıya gəlib. Axşam.az xəbər verir ki, aparıcı paytaxtda gəzərkən insanlarla söhbət edib və təəssüratlarını bölüşüb. O, Bakı haqqında xoş sözlər deyərək sakinlərə müraciət edib:. "İstanbuldan daha gözəldir Bakı. Gəlin buraları görün, gəzin. Xəzər dənizin

14:11 156
.

Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi

Ötən il sentyabrın 25-də Xaçmazın Mürşüdoba kəndində 1973-cü il təvəllüdlü İlham Hüseynovu öldürən Orxan Hacıbəlyevin məhkəməsi yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 34 yaşlı O.Hacıbəlyevə hökm oxunub. Məlum olub ki, Orxan qayınatasını bir yumruq zərbəs

11:52 198
.

TOP MP3