Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLAR
Qazaxıstanın Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib.
Forum Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu, Yessenov Universitetinin və Azərbaycan Mərkəzinin tərəfdaşlığı ilə "Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulu vəzifəsini icra edən Elçin Məmmədov forumda qazax dilində çıxış edib. O Azərbaycan - Qazaxıstan münasibətlərindən danışıb, iki ölkənin dostluğundan bəhs edib.
Milli Məclisin üzvü, deputat Vüqar İskəndərov çıxışında bildirib ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir:
"Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir. Gənclərimiz bütün sahələrdə, istər elm, istər idman, istər hərbi və digər sahələrdə həmişə Azərbaycanın bayrağını zirvələrə daşımağı bacarırlar. Əlbəttə onlar üçün bu şəraitin yaradılması da həmin gənclərin üzə çıxmasında mühüm rol oynayır".
Tədbirdə çıxış edən Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov da öz növbəsində Azərbaycan və Qazaxıstan münasibətləri haqda danışıb. O bildirib ki, Azərbaycan gəncləri Qazaxıstanda aktiv şəkildə proseslərdə iştirak edir, hər iki ölkənin həqiqətlərinin dünyaya çatdırılmasına yardımçı olur.
Daha sonra çıxış edən Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov forumun keçirilməsində dəstək olan Azərbaycan Gənclər Fondunda təşəkkür edib.
Gənclər Fondunun şöbə müdiri Faiq Məmmədov çıxışında fondun fəaliyyəti və beynəlxalq layihələr verdiyi dəstək haqda danışıb.
Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhər Məsləhətinin üzvü Şəmsəddin Hüseynov, Yessenov Universitetinin prorektoru Əskər Seyidəliyev, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Qazaxıstan - Azərbaycan əlaqələrindən danışıblar.
Forum daha sonra panel şəklində davam edir.
Azərbaycan - Qazaxıstan əlaqələri "dünən, bu gün, sabah" və "Azərbaycan - Qazaxıstanın gənclər siyasəti" müzakirə edilib.
Gənclər Fondunun şöbə müdiri Faiq Məmmədov və "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqda məlumat verib.
Sonda forum iştirakçılarına sertifikatlar təqdim edilib.















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 824 Tarix: 02 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
07.11.2026 133 ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 207 PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
00:31 97 "Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
07.11.2026 174 ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb
ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini
07.11.2026 175 Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
07.11.2026 223 Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
00:10 133 Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
00:09 117 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175