Yevlaxda 2 Fevral Gənclər günü münasibətilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib

Yevlaxda 2 Fevral Gənclər günü münasibətilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilibYevlaxda 2 Fevral Gənclər gününə həsr edilən tədbir keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti, YAP Yevlax rayon təşkilatı, Ağsaqqallar Surası rəhbərlərinin, rayonun idarə və təşkilatlarında çalışan gənclərin nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzmüş və Ulu Öndərin əziz xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Xalqımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Toplantıda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qeyd etdi ki, bu gün qeyd etdiyimiz əlamətdar gün məhz Ulu Öndərimizin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir. Böyük tarixi şəxsiyyət dahi Heydər Əliyevin 2 fevral 1997-ci il tarixli Sərəncamı ilə 2 Fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Əvvəlki dövrün gəncliyi də, xüsusən 90-cı illərin əvvəllərinin gəncliyi də çox vətənpərvər, fədakar, dövlətinə və xalqına sıx bağlı insanlar idi. Onlar Vətən yolunda düşünmədən qəhrəmancasına ölümə doğru gedirdilər. Ancaq onların potensialını realizə edən, onlara düzgün yol göstərən, onların gücündən sui-istifadə etməyən rəhbər, lider yox idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dönüşü ilə başlayan Qurtuluş missiyası Azərbaycan gəncliyinin taleyində də inqilabi dönüş yaratdı. Gənclərimiz müdrik Liderinin sayəsində həm himayədar və qayğıkeşini tapdı, həm də ona düzgün yol göstərən, onu ümidsizlikdən xilas edən bir şəxsiyyət gördü. Azərbaycan gəncliyini, o cümlədən Yevlax gəncliyini bu gün qürurlandıran əsas səbəb onun Zəfər gəncliyi olmasıdır. Tarixi vəzifəsini, milləti və dövləti qarşısında borcunu böyük ləyaqət və vicdanla yeninə yetirən gəncliyimiz möhtəşəm qələbənin müəllifi oldu. Bu günkü Azərbaycan gəncləri Prezident İlham Əliyev dövrünün yetişdirdiyi vətənpərvər, məsuliyyətli gənclərdir və onlar məhz cənab İlham Əliyevin Müzəffər Komandanlığı ilə Qarabağda və Şərqi Zəngəzurda şanlı Zəfər bayrağını dalğalandırmışdır. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aparılan işlər Ulu Öndərin irsinə ümummilli ehtiramı daha da artırır, onun əbədiyaşarlığını təmin edir. Xalqımızın böyük ümid mənbəyinə, dayağına çevrilən Heydər Əliyev Fondunun timsalında Ulu Öndər bu gün də yaşayır, sabah da yaşayacaq, Azərbaycan durduqca var olacaq! Sonda Anar Tağıyev Azərbaycan gənclərini ürəkdən təbrik edərək onlara sağlam və xoşbəxt gələcək arzu etmişdir.
Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, Vətən Müharibəsi veteranı Hikmət Kazımlı müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu, müasir gəncliyin ölkəmizin hər tərəfli inkişafına öz nümunəvi fəaliyyətləri ilə əvəzsiz töhfə verdiyini diqqətə çatdırmış, bu əlamətdar gün münasibəti ilə bir araya gəlmiş yevlaxlı gənclərə səmimi təbriklərini çatdırıblar. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin ölkənin gəncləri üçün geniş imkanlar açıb. Azərbaycan gəncliyi böyük qüvvə kimi dəyərləndirməklə onlara göstərilən hərtərəfli diqqət və yüksək etimadı fəaliyyətlərində yeni-yeni uğurlar qazanmaqla doğruldur və şanlı bayrağımız bu gün beynəlxalq kürsülərdə qürurla dalğalanır.
Tədbir zamanı " 2 Fevral - Azərbaycan Gəncləri Günü" - nə həsr edilən video çarx nümayiş etdirildi. Rayonun ictimai-siyasi həyatında yaradıcılığı və yüksək fəallığı ilə seçilən bir qrup gəncə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olundu.

Yevlaxda 2 Fevral Gənclər günü münasibətilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilibYevlaxda 2 Fevral Gənclər günü münasibətilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilibYevlaxda 2 Fevral Gənclər günü münasibətilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilibYevlaxda 2 Fevral Gənclər günü münasibətilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilibYevlaxda 2 Fevral Gənclər günü münasibətilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilibYevlaxda 2 Fevral Gənclər günü münasibətilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilibYevlaxda 2 Fevral Gənclər günü münasibətilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilibYevlaxda 2 Fevral Gənclər günü münasibətilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilibYevlaxda 2 Fevral Gənclər günü münasibətilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 673   Tarix: 02 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 207
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

00:31 97
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

07.11.2026 174
.

ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb

ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini

07.11.2026 175
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 133
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.