Sonun başlanğıcı - Axırını tezləşdirən Tehran rejimi

Sonun başlanğıcı - Axırını tezləşdirən Tehran rejimiİran hakimiyyəti 1979-cu ildən bəri buraxdığı səhvlərin cavabını alır. Molla rejimi iqtidara gələndən nəinki bölgə, eləcə də dünya üçün təhlükə mənbəyi olub. İslam inqilabının ilk illərində bu rejim az qala dünyanın yarısına ölüm elan etmişdi: "Amerikaya ölüm!", "İsrailə ölüm!", "İngiltərəyə ölüm!". Bir müddət sonra isə daha da irəli gedərək Kərbəla və Nəcəfi azad etmək iddiası ilə İraqa qarşı müharibəyə başladı.

Bunun ardınca isə Qüdsü (Yerusəlim-red) də azad edəcəyi ilə bağlı iddia qaldırdı.

Molla rejimi inqilabdan sonra Livanda yaratdığı "Hizbullah" vasitəsilə bu gün də İsraili və region ölkələrini təhdid edir. Hətta 2006-cı ilin iyul-avqust aylarında bu silahlı qruplaşma Tehran rejiminin hərbi, maliyyə və siyasi yardımı ilə İsrailə qarşı 34 gün müharibə apardı.

Tehran rejimi başqa dövlətlərin daxili işinə müdaxilə edib pozuculuq fəaliyyəti göstərmək, Xomeyninin leninizməoxşar "islam inqilabı doktrinasını" yaymaq və reallaşdırmaq məqsədilə xaricdə İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) "Qüds" adlı qoşununu saxlayır. "Qüds" qoşunu Yəmən, İraq və Suriyada faktiki olaraq pozuculuq fəaliyyəti ilə məşğul olur, iğtişaşlar törədir.

Beləliklə də, bu hakimiyyət mövcudluğu ilə dünyanı terrorla hədələyir. Avropa, ABŞ, Afrika, bir sözlə dünyanın hər yerində İran ya terror aktı törədib, ya da bu cinayəti törətmək təhlükəsi var.

Bu azmış kimi, İran öz daxilində xarici ölkələrin diplomatik missiyalarına qarşı da terror aktları həyata keçirir. Səudiyyə Ərəbistanı, ABŞ, Azərbaycan və başqa dövlətlərin səfirlik, eləcə də konsulluqlarına qarşı hücumlar bunu əyani şəkildə sübut edir.

İranın molla rejimi Böyük Britaniya, İsrail, ABŞ, NATO-ya qarşı mübarizə aparsa da, bu dördlüyə gücü çatmır, bu səbəbdən onların müttəfiqlərinə qarşı müxtəlif formada hücumlar edir, zərbə vurmağa çalışır.

Tehran rejimi öz vətəndaşlarına münasibətdə də təhlükə mənbəyidir. Sentyabrın 27-dən İranı bürümüş etiraz aksiyalarının iştirakçılarına qarşı hərbi-polis və başqa qüvvələrlə hücumlar təşkil etməsi, qətllər törətməsi ölkə əhalisinin də terrora məruz qalmasını göstərir.

Rusiyanın Ukaynaya qarşı təcavüzkar müharibəsi də İrandakı rejimin əsl simasını bir daha ortaya qoydu. Çünki Tehran rejimi Rusiyaya hərbi texnika və silah yardım edir.

Son günlər isə Qüds (Yerusəlim-red) mütəmadi olaraq atəşə tutulur. İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin iclasında bu hücuma sərt və ağır şəkildə cavab verəcəklərini bildirmişdi. Ötən gecə İsrail dronlarının İranın hərbi obyektlərini vurmasına dair xəbərlər yayılıb. Bu, həmin obyektlərin vurulmasına dair yayılan ilk xəbər deyil. Bundan əvvəl 2022-ci ilin yayında Rusiya Prezidenti Vladimir Putin İranda səfərdə olanda belə xəbər yayılmışdı. Ötən ilin payızında da İsrailin Tehran rejiminin 223 PUA-sını məhv etdiyi bildirilirdi.

İranın hərbi obyektlərinə İsrailin zərbə endirməsinə dair xəbərlərin yayılması birincinin buraxdığı səhvlərin məntiqi nəticəsi kimi görünür. Regional və qlobal təhlükə mənbəyi olan, öz vətəndaşlarını qorxu altında saxlayan bir rejimin siyasi səhnədə qalıb-qalmaması hazırda dünya gündəminin başlıca mövzusudur. Törətdiyi cinayətlərlə Tehran rejimi öz sonunu günbəgün yaxınlaşdırır. Necə deyərlər, baş verənlər sonun başlanğıcıdır.

"Report" İnformasiya Agentliyi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1045   Tarix: 29 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

07.11.2026 122
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 207
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 172
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.