Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA
Lent.az-ın "Bir sual, bir cavab" rubrikasının bu günə olan mövzusu "BakıKart" ödəmə aparatlarında qəpiklərin bəzən çətinliklə yüklənməsi ilə bağlıdır.
Bəzi "BakıKart" ödəmə aparatlarında qəpiklə ödəniş zamanı çətinlik yaşanır. Belə ki, manatı rahatlıqla götürən aparat, qəpiyi hərdən götürmür. Ödəniş üçün ya gərək qəpiyi bir neçə dəfə təkrar daxil edəsən, yaxud digər sikkə ilə dəyişəsən. Bu da xüsusən səhər saatlarında, hamının işə, universitetə və s. tələsən vaxtı yaranan növbə zamanı qeyri-mümkündür. Etiraf edək ki, səhər saatlarında izdihamın yüksək olduğu metrostansiyalarda "BakıKart"da çox vaxt itirmək növbədəkilər qarşısında adamı rəzil edir. Digər tərəfdən kağız əskinası başa düşdük, cırıla bilər, əski kimi ola bilər. Hansı ki, bunu aparat qəbul etmir. Bəs görək, qırılmayan, adi qəpikləri aparatlar niyə qəbul edə bilmir?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Lent.az-a bildirdi ki, belə hallarda çox vaxt problem metal qəpiklərdə olur:
"Bildiyim qədər metal qəpikdə problem varsa qəbul etmir. Kağız pulda olduğu kimidir. Bəzən yüklənməsi üçün 2-3 dəfə cəhd olunur. Əgər qəbul edirsə, demək problem qəpikdədir. Kağız, ya metal fərq etmir. Hər ikisinin müvafiq təhlükəsizlik və s. nişanlanma tələblərinə əməl olunur. O standartların hamısı qəpikdə də var. Metal pulların səthi, kənarları, radiusunu, qəpikdən-qəpiyə fərqi belə aparat özü müəyyən edə bilir. Yoxsa istədiyin eyni ölçülü metalı salıb, gediş yükləmək olar. Aparatlarda problemin ola biləcəyi də istisna deyil. Təbii ki, problem bir qəpiklə bağlıdırsa, demək aparatlıq bir şey yoxdur. Sərnişinlər belə problemlərlə üzləşdikləri halda, BakıKartın metrostansiyalarda olan nümayəndəsinə müraciət edə bilər. Nümayəndə olmadıqda isə metro əməkdaşına məlumat vermək mümkündür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 573 Tarix: 29 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəkidə VAZ-2107 ilə vurulan piyada öldü
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad
07.11.2026 172 Qızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
07.11.2026 181 Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
00:25 88 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə
07.11.2026 206 Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
07.11.2026 183 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu
07.11.2026 171 Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"
"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak
07.11.2026 147 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
07.11.2026 168 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl
07.11.2026 199