"İran televiziyaları terrorçudan müsahibə almaqla onun günahsız olduğunu sübut etmək istədilər" - ŞƏRH

"İran televiziyaları terrorçudan müsahibə almaqla onun günahsız olduğunu sübut etmək istədilər" - ŞƏRH"Tehranda Azərbaycan səfirliyinə qarşı həyata keçirilmiş terror hadisəsi dövlətə qarşı müdaxilə cəhdi kimi dəyərləndirilir və ciddi narahatlıq doğurur. Bu cür hadisələrin diplomatik orqanlara qarşı həyata keçirilməsi həm də beynəlxalq hüququn kobud şəkildə pozulması anlamına gəlir".

Bunu ötən gün Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu Oxu.Az-a şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib.

Politoloq hesab edir ki, Azərbaycan səfirliyinə qarşı törədilmiş bu terror hadisəsi bir çox məqamları ortaya qoyub:

"İlk olaraq yayılan videogörüntülərdən aydın olur ki, bir neçə şəxsin iştirakı ilə həyata keçirilmiş bu hadisəyə polis çox loyal münasibət göstərirdi və onun qarşısını almaq üçün heç bir tədbir görmədi. İkincisi, hadisədən sonra İran rəsmiləri bunu məişət zəminində baş verən insident kimi izah etməyə çalışdılar. Üçüncüsü, İran televiziyaları terrorçudan müsahibə almaqla onun günahsız olduğunu sübut etməyə cəhd göstərdilər.

Qeyd olunan bu və bu kimi məqamlar bir daha hadisənin məqsədyönlü, planlaşdırılmış və birbaşa sistemli şəkildə yuxarıdan idarəolunan terror aktı olduğunu deməyə əsas verir. Silah gəzdirməyin və ondan istifadənin mümkünsüz olduğu İran kimi bir ölkədə bir neçə şəxsin səfirlik önündə terror hadisəsi törətməsinin təsadüfi olmadığı məlum olur. Deməli, bu terror aktı həm də beynəlxalq ictimaiyyətin İran barədə irəli sürdüyü ehtimalların, şübhələrin əsassız olmadığını bir daha göstərir. Məhz son günlərdə İranla Azərbaycan arasında müxtəlif formada gərginliyin müşahidə olunması və İranın Azərbaycanı təhdid etməsi, güc nümayiş etdirməsinin heç bir nəticə verməməsi, görünür, İranı Azərbaycanı terrorla hədələməyə sövq edib".

Həmsöhbətimiz onu da əlavə edib ki, Azərbaycanın Ermənistanla münasibətlərdə prinsipiallıq nümayiş etdirməsi, güzəştə getməməsi, habelə İranın özünə düşmən hesab etdiyi dövlətlərlə münasibətlərini daha da möhkəmləndirməsi ona qarşı mübarizənin İran üçün uyğun olan yolla həllinə təkan verib:

"Azərbaycan isə İranla münasibətlərin hər zaman beynəlxalq hüquq normaları və qarşılıqlı anlaşma şəraitində həllinə tərəfdar olduğunu bəyan edib və buna tərəfdar olduğunu göstərib. Düşünürəm ki, hazırkı məqamda bu terror hadisəsinin həyata keçirilməsi qəbuledilməzdir və münasibətlərin sonrakı taleyinə kölgə salacaq. İranın bu addımı beynəlxalq ictimaiyyətin, onsuz da, ona qarşı yaxşı olmayan münasibətlərinin daha da pisləşməsinə, beynəlxalq imicinin, nüfuzunun daha da zədələnməsinə, dövlətlərin ona qarşı hücumlarına rəvac vermiş olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 791   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 172
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 86
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

00:21 80
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.