Rusiyadan gəlmiş kişi bacısından şübhələndi: "Əncirin altında..." - Şok təfərrüat

Rusiyadan gəlmiş kişi bacısından şübhələndi: "Əncirin altında..." - Şok təfərrüatAğsu rayonunda 1963-cü il təvəllüdlü Vüqar tanışı Faiqi (adlar şərti verilib - red.) 2015-ci ilin iyun ayında qətlə yetirib.

BiG.AZ bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, həmin il hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin üstünü aça bilməyiblər.

Bu səbəbdən qətl üzrə başlanan istintaq dondurulub.

2021-ci ildə Baş prokuror illərlə üstü bağlı qalan cinayətlərin yenidən araşdırılması barədə göstəriş verib. Bu zaman həmin qətl hadisəsinin də yenidən araşdırmasına başlanılıb.

Araşdırma zamanı Faiqin qısqanclıq zəminində Vüqar tərəfindən qətlə yetirildiyi müəyyən olunub.

İttihama görə, Vüqar həmin gün bacısı Elmiranın evinə gəlib, orada Faiqi əncir ağacının altında oturan görüb. O, Faiqin bacısı ilə münasibəti olmasından şübhələnib.

Vüqar əvvəlcə Faiqlə mübahisə edib, axşam saatlarında bacısının evinin yaxınlığında gözləməsi və ora gəlməsi səbəblərini soruşub. O, cavabların ağlabatan olmadığını fikirləşərək Faiqin sifət nahiyəsinə şillə vuraraq yerə yıxıb.

Faiqin başı daş hasarı dəyib və huşsuz vəziyyətə düşüb. Onun daha müqavimət göstərmək imkanının olmadığını görən Vüqar yaxınlıqda "ot kipi" bağlamaq üçün istifadə olunan sintetik ipi götürüb, Faiqin boğazına keçirib və hər iki əli ilə saxaraq onu öldürüb.

"Etiraf etməyə məcbur qaldım"

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Faiqin ölümü ilə heç bir əlaqəsi olmayıb:

"Faiqi itkin düşməmişdən 10-15 gün əvvəl görmüşəm, onunla normal münasibətim olub. İbtidai istintaq zamanı inzibati qaydada məhkəmə qərarı ilə həbs olunduqdan sonra Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparıldım.

Orada işgəncəyə, təsir və təzyiqə məruz qaldım. Eyni zamanda oğlum da həmin idarəyə gətirildi. Oğluma deyildi ki, əgər atan cinayəti boynuna almasa, onda sənə çox pis olacaq. Belədə törətmədiyim cinayəti etiraf etməyə məcbur qaldım".

"Həqiqəti əks etdirməyib"

Təqsirləndirilən şəxs qeyd edib ki, ifadəsi hadisə yerində yoxlanılarkən də müstəntiqin istiqaməti üzrə danışıb: "Əslində mənim qeyd edilən cinayətlə heç bir əlaqəm olmayıb. İfadəmdə göstərdiyim hərəkətləri həmin vaxt etməyim qeyri-mümkündür. Çünki qabırğam sınıq olduğundan düz əməlli hərəkət edə bilməmişəm. Ona görə də mərhumu sellofan torbaya qoyub daşımağım barədə ifadəm həqiqəti əks etdirməyib".

Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinin özünü müdafiə xarakteri kimi qəbul edib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunub.

Vüqar ibtidai istintaqa bildirib ki, 1981-1983-cü ildə Qazaxıstanın Astana şəhərində yerləşən Daxili qoşunlarda hərbi xidmət edib, türmələrin mühafizəsində əsgər kimi postlara çıxıb: "1983-1985-ci illərdə Stepnaqorski şəhərində ciddi rejimli cəzaçəkmə müəssisəsində nəzarətçi (nadzor) işləmişəm. Xidmətdən imtina etdiyim üçün cinayət məsuliyyətinə cəlb edilərək 1985-ci ildə Qazaxıstanda hərbi tribunal tərəfindən məhkum edilmişəm. Bundan sonra işdən azad edilmişəm".

"Rusiyada 17 il yaşamışam"

Təqsirləndirilən şəxs qeyd edib ki, 1988-ci ildə Lalə ilə ailə həyatı qurub: "Birgə nikahdan 2 övladımız var. Qızım Səbinə ailəsi ilə birlikdə Ağsu şəhərində, oğlum Musa isə ailəsi ilə bizim yanımızda yaşayır. Tarixini dəqiq xatırlamıram, 90-cı illərdə oğurluq cinayətinə görə məhkum edilmişəm, şərti cəza almışam.

1998-ci ilin noyabrında Rusiyanın Surqut şəhərinə getmişəm. Orada 17 il yaşadıqdan sonra 2015-ci ilin martında Ağsu rayonuna qayıtmışam.

Surqut şəhərində avtomobil təmiri sexlərində rəngsaz işləmişəm. Oğlum 2011-ci ildə Surquta gəldi və mənimlə işləyərkən avtomobillə nəqliyyat hadisəsi törətdiyi üçün 2014-cü ildə Rusiyadan deportasiya edildi. Rusiyada şəxsiyyəti təsdiq edən sənədlərim olmadan 17 il müddətinə yaşamışam".

"Şəxsiyyət vəsiqəsi almamışam"

Vüqarın sözlərinə görə, təxminən 2001-ci ildə SSRİ pasportundan istifadə etməklə bir dəfə Ağsu rayonuna gəlib: "2014-cü ilin oktyabrında atam vəfat etdikdən sonra Ağsu rayonuna geri qayıtmağı qərarlaşdırdım. Sverdlovski şəhərində Azərbaycan konsulluğundan aldığım arayışdan istifadə etməklə Ağsu rayonuna gəldim. Hazırda Azərbaycan vətəndaşı olsam da, şəxsiyyət vəsiqəm yoxdur".

Vüqar bildirib ki, 2015-ci ilin martında Ağsu rayonuna qayıtdıqdan sonra həmin rayonun Külüllü kəndində yaşayıb: "Həmin kənd Ağsu şəhərindən 20 kilometr aralıda, İsmayıllı rayonu istiqamətində yerləşir. Rusiyadan qayıtdıqdan sonra oğlumla Ağsu şəhərində avtomobil təmiri sexində rəngsaz işləmişik. Sexdə bizdən başqa kənar şəxslər işləməyib.

Oğlumla birlikdə avtomobil sexində 2016-cı ilin payız aylarına qədər işləmişik. Obyektin icarə pulunu ödəyə bilmədiyim üçün sexi təhvil verdik".

"Hansı təsərrüfatımız olmayıb"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2015-ci ilin martından 2016-cı ilin payız aylarına qədər Külüllü kəndindən rayon mərkəzinə gedib-gəlməkdə çətinlik çəkdiyi üçün Ağsu şəhərində kirayədə yaşayıblar: "Ev bacım Səbinənin evinin yaxınlığında yerləşirdi. Oğlumla hər gün saat 9 radələrində işə gedib, saat 20-21 radələrinə qədər işləyirdik. 2015-ci ilin martında "VAZ-2106" markalı avtomobil aldım və 2017-ci ildə tanımadığım şəxsə satdım. Sürücülük vəsiqəm olmasa da, bəzi vaxtlarda həmin avtomobili sürürdüm.

Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən kirayədə qaldığımız evi geri qaytardıq. Bizim Külüllü kəndində hər hansı təsərrüfatımız olmayıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2015-ci ilin may ayının sonlarında Külüllü kəndində qardaşı Vahidin ot preslərinin yığılmasına köməklik edərkən yıxılıb və bel nahiyəsindən xəsarət alıb: "Ağsu rayon xəstəxanasına müraciət etdim, tibbi müayinədən keçdim. Hər hansı qabırğa sınığı və daxili orqanlarmın zədələnməsi aşkar edilmədiyi üçün ambulator müayinə edildim, evə buraxıldım".

"Yaxın münasibətləri olmasına əmin oldum"

Vüqarın sözlərinə görə, 2015-ci ilin martında Rusiyadan qayıtdıqdan sonra Faiqi tanıyıb: "Onunla aramızda heç bir ədavət və düşmənçilik olmayıb. O, özünün avtomobil yuma sexində oğlu ilə birlikdə işləyirdi.

Bacımın əri vəfat etdikdən sonra oğlu ilə Külüllü kəndindən Ağsu şəhərində yerləşən və hazırda yaşadığı evə köçdü. Bacım tibb bacısı işləyirdi. Faiqin bacımla tez-tez görüşüb, intim münasibətdə olduğunu hiss etdiyim üçün onları izləməyə başladım. Sonradan Faiqlə bacımın arasında yaxın münasibət olduğuna əmin oldum".

"Telefon danışıqlarına görə qısqandım"

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 18-də günün ikinci yarısında Külüllü kəndindən Ağsu şəhərinə gəlib: "Axşam piyada bacımın evinə getdim. Həmin gün bacım Ağsu şəhərindən Bakıya gedərək kredit götürüb qızına vermişdi, daha sonra geri qayıtmışdı. Bacım mənimlə telefon vasitəsi ilə danışarkən "Bakıya gedirəm, axşama qayıdıb gələcəm" demişdi.

Axşam saat 21 radələrində bacımın evinə gəldim. Açıq vəziyyətdə olan qapıdan həyətə keçdim. Bacımla həyətdə 15-20 dəqiqə söhbət etdim. O, Bakı şəhərinə gedib-gəlməyindən danışdı. Daha sonra Faiqlə telefon vasitəsi ilə danışığını bildirdi.

Bu söhbətdən sonra sağollaşıb kirayədə qaldığım evə getdim. Faiqlə bacımın telefonla danışdıqlarına görə qısqandım".

"Mübahisəmizi kənar şəxslər eşitməyib"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, saat 22 radələrində bacısının evinin qarşısına gəlib: "Küçə tərəfdən hasarın açıq yerindən "Köhnə dəyirman"ın ərazisinə keçdim, hamamın arxa divarının sonuna gəldim. Orada dəyirmanın ərazisində bitmiş "Əncir" ağacının altında daşın üzərində oturmuş Faiqi gördüm. Faiqdən "burda nə gəzirsən, neynirsən?" soruşdum. Ona bir şillə vurdum.

Bir qədər söhbət etdikdən sonra yenə ona bir şillə vurdum. Faiqin başı hasara dəydiyi üçün huşu başından çıxdı və daşın üstündən oturdu. Bizim aramızdakı mübahisə təxminən 5-10 dəqiqə davam etdi. Mübahisəmizi kənar şəxslərdən eşidən olmadı".

"Hərəkətsiz olduğunu gördüm"

Vüqar qeyd edb ki, onun Faiqi öldürmək fikri olmayıb: "Lakin qayıdıb getmək istəyərkən hasarın yaxınlığında yerə atılmış press ipini gördüm. İpi götürüb Faiqə tərəf getdim. Arxa tərəfinə keçdim, ipin hər iki kənarlarından tutaraq orta hissəsini onun boğaz nahiyəsinə saldım. Daha sonra sol dizimi Faiqin kürəyinə dirədim, ipi boğazında öndən arxaya doğru çəkdim, təxminən 3-4 dəqiqə sıxılı vəziyyətdə saxladım.

Faiqin hərəkətsiz qaldığını gördüm, ipi boşaltdım. İpi onun yanına atdım və oranı tərk edərək evimizə getdim".

"Meyiti un torbasına qoydum"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Faiqi öldürdükdən bir neçə gün sonra bacısı və həmin ətrafda yaşayan şəxslərdən "Köhnə dəyirman"ın ərazisindən kəskin qoxu gəldiyini eşidib:

"Qoxunun öldürdüyüm Faiqin meyitindən gəldiyini, meyit aşkar edildiyi halda bacımın biabır olacağını, hamının diqqətinin bizim üzərimizə gələcəyini fikirləşdim. Ona görə də meyiti cığaraya bükərək torbaya salmaq, çay dərəsinə atmaq qərarına gəldim.

Bu məqsədlə hadisədən bir neçə gün sonra, gecə saatlarında işlədiyim avtomobil təmiri sexinə getdim. Oradan çığara və əlcək götürdüm, "Köhnə dəyirman"ın ərazisinə gəldim. Faiqi cığaraya bükdüm, zibillikdən götürdüyüm un torbasına qoydum, sürüyərək giriş hissəsinin yaxınlığına gətirdim".

"Meyiti çay kənarına atdım"

Vüqar bildirib ki, növbəti gün saat 6-7 radələrində yuxudan oyanıb: "Oğlum yatmışdı, arvadım isə oyaq idi. Arvadım məndən hara gedəcəyimi soruşdu. İşimin olduğunu, sexə dəyərək qayıdacağımı bildirdim. Pəncərənin çərçivəsinə vurulmuş mismardan asılı açarı götürdüm və oğlumun idarə etdiyi "Vaz 2106" markalı avtomobillə dəyirmanın ərazisinə getdim.

Meyiti avtomobilin baqajına qoydum, oğlumla işlədiyimiz sexin yanına apardım. Torbanı baqajdan çıxararaq, sexdən təxminən 150 metr aralı çay kənarına atdıqdan sonra avtomobillə evə qayıtdım".

"Xəbərim olmayıb"

Cinayət işində Faiqlə intim münasibətdə adı keçən, təqsirləndirilən şəxsin bacısı Səbinə qeyd edib ki, Faiqin qətlə yetirilməsi ilə bağlı heç bir məlumatı olmayıb.

Onun sözlərinə görə, mərhumla sağlığında telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlayıb, lakin onunla heç bir yaxınlığı olmayıb: "Faiq sağlığında evimə cəmi bir dəfə gəlib. Amma mənimlə intim münasibəti olmayıb. Evdə su krantı xarab olduğundan onun düzəldilməsində mənə kömək edib. Faiqlə aramızda olan telefon danışıqlarına görə qardaşım mənə heç bir irad bildirməyib. Faiq itkin düşən ərəfədə evimin ətrafında pis qoxu olub. Lakin bu qoxu cəsəd qoxusu olmayıb".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 12 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 752   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 172
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 86
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

00:21 80
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.