Qəbələdə qadını amansızlıqla öldürən rəfiqələr hökmdən narazıdırlar
Qəbələdə 23 yaşlı Aytac Əliyevanın qətli ilə bağlı təqsirləndirilən Kemale Maksumbekova və rəfiqəsi Rufanə Nəbiyeva barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsinə müraciət edən məhkumlar cəzalarının yüngülləşdirilməsini istəyirlər.
Şikayət hakim Xəqani Səmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 30-na təyin edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kemale Maksumbekova 18 il, Rufanə Nəbiyeva isə 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Qeyd edək ki, hadisə ötən ilin mart ayında Qəbələ rayonunda qeydə alınıb. Belə ki, rayon prokurorluğunun məlumatına görə, Qəbələ rayonu ərazisində Kemale Maksumbekova 2008-ci il təvəllüdlü oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyəsini bağlaması nəticəsində sonuncu boğularaq ölüb.
Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Davam edən araşdırmalarla Kemale Maksumbekovanın qətl törədərkən rəfiqəsi ilə əlbir olduğu müəyyən edilib.
İstintaqla 1993-cü il təvəllüdlü Rufanə Nəbiyevanın Aytac Əliyevanın əri ilə altı ilə yaxın münasibətdə olduğu müəyyən edilib. Onun boşanaraq Rufanə Nəbiyeva ilə ailə quracağına söz verməsinə baxmayaraq, sözünə əməl etməməsinə görə R.Nəbiyeva Aytac Əliyevanın ərinə guya xəyanət etmək məqsədilə evi tərk etməsi görüntüsü yaratmaq üçün rəfiqəsi Kemale Maksumbekova və onun azyaşlı oğlu ilə cinayət əlaqəsinə girib. Onlar Aytacı oğurlayıb Şəkidə yaşadıqları evə aparmaq üçün razılığa gələrək Aytac Əliyevanın həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediblər.
Daha sonra isə Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxaraq Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rufanə Nəbiyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məhkəmənin qərarı ilə Kemale Maksumbekova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə), Rufanə Nəbiyeva isə Cinayət Məcəlləsinin 29, 144.2.3 (adam oğurluğuna cəhd - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri üzrə nəzərdə tutulan əməlləri törətməkdə şübhəli bilinərək barələrində həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1048 Tarix: 28 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı
07.11.2026 172 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 141 Qızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
07.11.2026 181 Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
00:25 88 Əməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 86 Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
00:27 99 Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
00:21 80 65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
00:13 109