Bakıda yeni metrostansiya bu ərazidə tikilir

Bakıda yeni metrostansiya bu ərazidə tikilirCəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə yerləşəcək şərti adı "B-04" olan Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən 5-ci stansiyasında daha bir mərhələ üzrə inşaat işləri tamamlanıb.

Bu barədə Modern.az-a Bakı Metropolitenindən məlumat verilib.

Qeyd edilib ki, tikinti işləri "Qruntda divar" üsulu ilə aparılır. Buna qədər xəttin "Memar Əcəmi" və "8 Noyabr" stansiyaları da eyni üsulla inşa olunub. "Qruntda divar" ekoloji cəhətdən daha səmərəli, yaşayış sahəsinin xüsusiyyətlərinə uyğunluğu ilə fərqlənir, inşaat işlərinin məhdud məkanda effektiv aparılmasına imkan verir. Burada istifadə olunan konstruksiyalar daha etibarlı, sukeçirməzdir, həmçinin material və işçi qüvvəsinin sərfiyyatı baxımından qənaətcildir. Bu üsulun tətbiqi ilə aparılan tikinti zamanı torpaqda dinamik titrəyişlər törənmir, səs-küy yaranmır. Yeraltı suların kənarlaşdırılması və səviyyəsinin aşağı salınması üçün xüsusi texniki qurğulara ehtiyac qalmır.

"Məlumat üçün bildirək ki, "B-04" stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir. Onun dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla dörd səviyyədə inşa edilir. Ən üst qatda - birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya dörd girişdən qəbul olunacaq. Zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində üç eskalator üçün yer ayrılıb. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator quraşdırılacaq.

İkinci səviyyə keçid funksiyası daşıdığından keçid səviyyəsi adlanır. Bura platforma səviyyəsinə eniş üçün nəzərdə tutulub. Keçid adı bu səviyyəyə həm də oradan Sarı xəttə keçidin yaradılacağına görə verilib. Konseptual inkişaf sxeminə görə gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybət qəsəbəsini birləşdirəcək Sarı xəttin şərti adı "S-06" stansiyasına keçmək buradan mümkün olacaq.

Qeyd edək ki, inşaaat zamanı əvvəlcə səviyyədən səviyyəyə enmək üçün qazıntı işləri aparılaraq torpaq qatı çıxarılıb. Sonra səviyyənin döşəməsi hamarlanıb. Dəmir-beton konstruksiya qurularaq betonlanma işi aparılıb. Bu qayda ilə üç zonaya bölünmüş ikinci səviyyə tam betonlanıb. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si burada, biri isə kassa zalında quraşdırılacaq.

Mezonin adlanan 3-cü səviyyə tam texniki səciyyə daşıyır. Burada xidməti otaqlar, 4 havalandırma kamerası tikiləcək. Artıq döşəmə konstruksiyasının betonlanması başa çatdırılıb.

İnşaat işləri platforma səviyyəsində gedir. Torpaqqazma və tikinti quraşdırma işləri başlanıb, 55-60 m sahədə sağ və sol tunellərin dəmir-beton tübinqləri dağıdılıb. Bu mərhələdə qrunt sularının inşaat işlərinə təsirini minimallaşdırmaq, həmçinin stansiya istifadəyə veriləndən sonra məhz bu məqsədlə istifadə olunması məqsədilə müvafiq qurğulardan birinin inşasına da başlanılıb.

Bununla yanaşı, "8 Noyabr" və "B-04" stansiyaları arasında tunellərin sərt özül betonu qoyulub. Hazırda sağ mənzil tunelində yolun üst quruluşu betonu qoyulur, dəmir-beton şpallar düzülür, hərəkət relsləri quraşdırılır.

Yeddivaqonlu qatarları qəbul edəcək 144 m uzunluqda platformanın tikintisi bu işlərdən sonra başlanacaq", - rəsmi məlumatda deyilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 9182   Tarix: 27 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

07.11.2026 152
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 185
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

00:19 92
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

07.11.2026 172
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

07.11.2026 194
.