İran səfiri Azərbaycan XİN-ə çağırılıb
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkəmizin İrandakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə BiG.AZ-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və "Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası"ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub.
Görüşdə habelə, son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb.
İran səfiri Seyid Abbas Musəvi Azərbaycan Səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib.
Səfir görüşdə habelə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 954 Tarix: 27 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQanunsuz balıq ovlayan saxlanıldı
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. xəbər verir ki, Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşlarının keçirdikləri ekoloji xarakterli tədbirlərlə Xəzər rayonu Zirə qəsəbəsi yaxınlığında qanunsu
19:15 141 2000-ci illərin dəbli yaşıl şalvarları trendə qayıdır
"Vogue" jurnalının redaktorları 200-ci illər üslubunda yaşıl şalvarları yayın yeni trendi adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalın rəsmi saytında məlumat verilib. Dəbdə zeytun və xaki kimi yaşıl çalarlarında olan modellər olacaq. Redaktorlar xüsusilə kargo şalvarlarını ön
16:29 192 Niyə kiçik itlər daha aqressiv olur?
Bir çoxları müşahidə edib ki, kiçik cins itlər iri itlərlə müqayisədə daha çox hürür, daha tez qıcıqlanır və insanlara və ya digər heyvanlara qarşı aqressiv davranış nümayiş etdirirlər. Baytarlar bildirirlər ki, bunun arxasında bir neçə mühüm səbəb dayanır. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar
20:00 122 Çimərliklərdə hava necədir?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, avqustun 6-da çimərliklərdə mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26
15:43 181 400 manat maaşla MİDA mənzili almaq nə dərəcədə realdır?
"MİDA mənzillərinin güzəştli ipoteka şərtlərinə əsasən, ilkin ödəniş minimum 10 faiz, illik faiz dərəcəsi isə 4 faizdən başlayır. Kreditin maksimal müddəti 30 ilədək nəzərdə tutulur. Məsələn, 72 min manat məbləğində kredit götürüldükdə aylıq ödəniş təxminən 533 manat təşkil edir". Bunu BİG.AZ-
15:07 235 Sabah internet birdəfəlik kəsilsə, həyatımız necə dəyişər? - ARAŞDIRMA
Bir səhər gözünüzü açırsınız. Adət etdiyiniz kimi, əliniz telefona gedir. Ekranı yandırırsınız, amma heç nə açılmır. WhatsApp işləmir, Instagram yenilənmir, bank tətbiqi cavab vermir, xəbər saytları açılmır. "Yəqin internet zəifdir", - deyib modemi söndürüb-yandırırsınız. Bir neçə dəqiqə sonr
20:45 90 Peşə təhsilini ikinci seçim olmaqdan çıxarmağın vaxtıdır
"Cəmiyyətimizin uzun illərdir daşıdığı ən böyük psixoloji yüklərdən biri ali təhsil diplomunu uğurun yeganə açarı hesab etməsidir. "Ali təhsili olsun, ixtisasının fərqi yoxdur" düşüncəsi minlərlə gəncin real bacarıq və potensialını kölgədə qoymaqla yanaşı, əmək bazarında da ciddi disbalan
14:21 189 Peşə yoxsa YouTube? Gənclərin qarşısındakı vacib seçim
"Son illər bir çox gənc karyerasını yalnız YouTube, TikTok, Instagram və digər sosial media platformaları üzərində qurmaq istəyir. "Video çəkim, məşhur olum və pul qazanım" düşüncəsi cəlbedici görünsə də, bu yanaşma kifayət qədər risklidir və əksər hallarda uzunmüddətli uğur vəd etmir"
15:23 166 Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz - Hikmət Hacıyev
Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir. Türkiyənin "Milliyet" qəzeti xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikas
18:45 139