"Əqrəb mövsümü"ndəki obrazını tənqid edənlərə cavab verdi

"Əqrəb mövsümü"ndəki obrazını tənqid edənlərə cavab verdi"Sonuncu oynadığım rol haqqında feminist bir xanım fikir bildirib. Onun düzgün olmayan analizi haqqında fikrimi özünə də yaza bilərdim. Amma buradan yazmağı lazım bildim. Roluma yanaşmanız və analiziniz başdan sona səhvdir, xanım. Sizin təbirinizcə desək, seks işçisi adlandırdığınız qadınla, ərinə (və ya keçmiş ərinə) xəyanət edən qadın arasında heç bir fərq yoxdur. Eyni məhzəbə xidmət edirlər, düşünürsüz. Hətta mənə məsləhət verirsiz ki, belə rol oynadığınız üçün sizi bu səpkili rola çağırırlar. "Bu səpkili" deyəndə nəyi nəzərdə tutursuz? Onda siz mənim düşmən tərəfindən zorlanan qadın roluma da baxsanız, eyni səpkili rol deyecəksiniz? Zorlanıb və əri onu zorlanmış halda qəbul edir deyə...".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova sosial şəbəkədə yazıb. Sənətçi "Əqrəb mövsümü" serialında oynadığı obraza görə onu tənqid edən ictimai fəal Nərmin Şahmarzadəyə cavab verib:

"Videodakı analiz özfəaliyyət səviyyəsindədir. Mən bir peşəkar olaraq hansı rolu, hansı filmi, hansı serialı qəbul edib-etməyəcəyim barədə icazəni nə sizdən, nə də bir başqasından alan xarakterik xüsusiyyətlə malik biri deyiləm. Bilinir ki, siz seriala ve rollara dəqiqliklə baxmamısınız. Əmin olun, mən yaradıcılığımı və özümü hər kəsin məni düşündüyündən artıq düşünüb, analiz, tənqid edib, sevib irəlilədirəm..

Hər rolun həyat hekayəsi, xarakterik xüsusiyyətini, özülünü qoyacaq, içini dolduracaq lazımi şeyləri olur. Siz bunu peşəkar analiz edə, hətta bir-birindən ayıra bilmirsizsə, onda analiz eləməyin. Məncə, yeni söz danışmaq xətrinə, mən də analiz edirəm. Fikri yaratmaq üçün eləməyin. Siz hətta doğru analiz edə bilən tamaşaçı kimi də edə bilməmisiniz. Mən qəlibə salınmış, sadəcə adı dəyişdirilərək eyni xarakterik xüsusiyyəti daşıyan, eyni həyat tərzi yaşayan rolları oynamış olsaydım, özümə aktrisa kimi heç bir əziyyəti verməzdim. Adı dəyişdirilmiş bir-birinin təkrarı olan standart rollar oynayardım. Mən jestimi, gözümün içindəki ifadəni belə rollarda təkrar eləmirəm. Yox, dəyərli insanlar fikir yaza bilər, normaldır. Amma rolu başa düşməyən, anlamayan, analiz edə bilməyən, hətta artıq o qənaətə gəldim ki, diqqətlə baxmayan birinin fikir bildirməsi düzgün deyil. Qeyd edilib ki, bəs, bu səpkili rol oynayıb deyə rejissorlar eyni tərzli qadın rolu görəndə Zülfiyyəni çağırırlar. İşlərini asanlaşdırsınlar deyə. Hətta mənə məsləhət də verilib. Təxmini buna bənzər fikir. Onda belə çıxır ki, nəticə olaraq eyni taleyi yaşayan, həbsxanaya düşən insanlar (heç kəs heç nədən sığortalanmayıb) hamısı eyni hadisələrlə üzləşib, eyni səbəbdən məhkum olublar".

Qeyd edək ki, Z.Qurbanova serialda Elnarə obrazını canlandırır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2268   Tarix: 26 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Məni silkələyən ikinci belə hadisə olmayıb"

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın

29.09.2026 438
.

3 il aradan sonra seriala çəkilir

Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha

19.09.2026 274
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20.09.2026 551
.

10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl

27.09.2026 546
.

Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi

Aktrisa Zarina Qurbanova uşaqlıq arzusunu gerçəkləşdirib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, uşaqlıqdan müəllim olmaq istədiyini və arzularının ardınca getdiyini bildirib:. "Mən uşaqlıq arzularımı reallaşdıran bir fərdəm. Uşaqlıqda arzum va

26.09.2026 310
.

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə

16.09.2026 587
.

Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."

Əməkdar artist Münəvvər Əliyeva mərhum Xalq artisti Aygün Bəylərlə illər əvvəl yaşadığı küsülülüyün səbəbini açıqlayıb. Qaynarinfo xəbər verir ki, aktrisa Aygün Bəylərlə Elçinin "Qatil" tamaşasında yaratdığı müəllimə obrazına görə incik düşdüklərini bildirib. Münəvvər Əliyevanın sözlərinə görə

23.09.2026 519
.

"Birlikdə keçdiyimiz anlar bizi bu günə gətirdi"

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Ayselin doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında birlikdə olan videolarını yayımlayaraq ona sevgi dolu sözlər yazıb. "Birlikdə keçdiyimiz hər yol, hər çətinlik, hər gülüş bizi bu günə gətirdi. Arzum budu

26.09.2026 290
.

Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb

Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük

19.09.2026 248
.