Fırça və diş məcununu marketdən özbaşına almaq olmaz
Fırça və diş məcunu hər bir pasiyentə fərdi şəkildə həkim tərəfindən təyin olunmalıdır. Çünki hər kəsin fərdi diş quruluşu və diş əti var. Bunların həkim tərəfindən təyin olunmağı məsləhət görülür. İnsanlar çox zaman market və satışdan fırçanı, diş məcununu özü seçir, gözünə xoş gələni alır.
Bu fikirləri həkim stomatoloq Ramil Yusubov "medicina.az"-a açıqlamasında bildirib.
"Bəzi pasiyentlərdə dişin emalı normal, qalın, bəzilərində isə həssas, incə və zədəli olur. Fikir versəz, istehsalçılar diş fırçasını 3 müxtəıif formada buraxır: yumşaq, orta və sərt.
Məsələn, sərt fırça ilə yuduqda diş əti geri çəkilə bilər, emal qatında aşılanma gedə bilər. Amma bəzi pasiyentlərə əksinə daha sərt fırça lazımdır ki, diş daşları qalmasın.
Pasiyentlərdə diqqət etdiyim digər problem dişlərin düzgün fırçalanmamasıdır. Normal diş fırçalama müddəti 3- 5 dəqiqə olmalıdır. Bu 5 dəqiqə ərzində dişin bütün səthləri ön hissə, dil üstü, çökək səthlər hamısı fırçalanmalıdır. Lakin çoxları yalnız ön bölgəni təmizləyir, digər bölgələrə isə vaxt sərf etmək istəmirlər. Nəticədə dişlərin üzərində kariyes, çürük əmələ gəlir və diş daşları yığılır."
Həkim insanları ən çox narahat edən diş daşları ilə mübarizəyə də toxunub:
"Diş daşlarının yığılmasını ən çox aşağı ön dişlərdə müşahidə edirik. Bunun nəticəsində də diş əti xəstəlikləri yaranır. Diş əti xəstəliklərindən ilk növbədə gingivit çox yayılıb.
Məhz bu xəstəlik diş ətində diş daşlarının yığılması nəticəsində meydana gəlir. Beləliklə, diş əti qızarır, şişkinləşir və toxunduqda qanaxma baş verir. Pasiyentlərin ən çox şikayətlərindən biri fırçalama zamanı dişin qanamasıdır.
Müayinə zamanı diş daşları varsa, həkim tərəfindən təmizlənməlidir. Bunu pasiyentin özünün təmizləməsi mümkün deyil. Çünki diş daşları sərt olur. Nə qədər sərt fırça seçilsə belə təmizlənməsi çətindir. Ağız gigiyenası üçün diş məcunu seçimi də vacibdir. Bəzi diş məcunlarının içərisində mina aşılayıcı maddələr var ki, bunlar diş daşlarının yaranmasının qarşısını alır. Yenə təbii ki, həkim tərəfindən ağız boşluğu müayinə olunmalıdır. Ağız boşluğunda diş daşlarının yaranması maddələr mübadiləsi və ya digər səbəblərdən yaranırsa, həkimin ona aşılayıcı tərkibli ağardıcı məcun təyin etməyi daha məsləhətdir.
Mina qatı zəif olan pasiyentlərdə diş daşlarının yaranması daha az olur. Onlara diş ağardıcı, mina aşılayıcı diş pastalarından istifadə etmək məsləhət deyil. Çünki dişlər həssaslaşır və gələcəkdə dişlərin isti-soyuqdan ağrıma halları baş verə bilər. Bu halda biz pasiyentə ftor tərkibli pastalar məsləhət görürük. Ağız boşluğunun gigiyenası üçün ağız yaxalayıcılardan da istifadə olunmalıdır.
Tərkibində xlorheksidin olan ağız yaxalayıcıları var ki, ağız boşluğundakı patogen mikrofloranı məhv edir. Bunun nəticəsində ağız boşluğunda yaranan pis qoxuların, diş daşlarının, diş əti xəstəliklərinin və digər problemlərin yaranmasının qarşısını alır. Diş ətinin sağalmasını sürətləndirir və ya proses gedirsə qarşısını almağa kömək edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 731 Tarix: 26 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
07.11.2026 152 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 185 PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
00:19 92 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
07.11.2026 172 Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
00:09 117 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 186 Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
00:25 88 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
07.11.2026 194