Viza almaq üçün ərizə-anket portalı istifadəyə verildi
Bu gün Azərbaycana səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə "Viza almaq üçün ərizə-anket portalı" (www.visaapplication.mfa.gov.az) Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilib.
BİG.AZ-ın məlumatına görə, bu barədə XİN-dən bildirilib.
Qeyd olunub ki, Azərbaycanın Miqrasiya Məcəlləsinin 37-ci maddəsinə və Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nın 1.1.-ci bəndinə uyğun olaraq yaradılmış sözügedən elektron informasiya resursu vasitəsilə ölkəmizə səfər etmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər viza almaq üçün ərizə-anketi elektron qaydada doldurub və daha sonra təsdiq edərək, baxılması üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına göndərmək imkanına malik olacaq: "Yeni elektron informasiya sisteminin tətbiqi əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin viza müraciətlərinin baxılması və işlənməsi üçün sərf olunan müddətin minimuma enməsi, viza almaq üçün nəzərdə tutulan ərizə-anketin tam olaraq elektron doldurulması, vizanın rəsmiləşdirilməsi üçün tələb olunan bəzi sənədlərin elektron qaydada təqdim edilməsi və bununla müvafiq dövlət xidmətin göstərilməsində səmərəliliyin artırılması imkanını yaradacaq.
İstifadəyə verilmiş "Viza almaq üçün ərizə-anket portalı" Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları, o cümlədən Xarici İşlər Nazirliyi vasitəsilə qəbul olunan viza müraciətlərinə aid olacaq.
Elektron vizaların rəsmiləşdirilməsi "ASAN Viza" sisteminin portalı vasitəsilə həyata keçirilir və Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilmiş elektron informasiya sistemindən fərqləndirilməlidir.
İlkin mərhələdə Azərbaycanın Xarici İşlər Nazirliyi, o cümlədən ölkəmizin Almaniya Federativ Respublikasındakı və Gürcüstandakı səfirlikləri tərəfindən portal vasitəsilə elektron qaydada doldurulan ərizə-anketlər qəbul ediləcəkdir. Növbəti mərhələdə Azərbaycan Respublikasının digər diplomatik missiyalarının mərhələli şəkildə portala qoşulmasının təmin edilməsi nəzərdə tutulub.
"Viza almaq üçün ərizə-anket portalı" barədə əlavə məlumat www.visaapplication.mfa.gov.az internet səhifəsindən əldə oluna bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 608 Tarix: 25 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBir gündə 13 nəfəri ildırım vurub öldürdü
Hindistanın Carxand ştatında ildırım vurması nəticəsində azı 13 nəfər həyatını itirib. xarici mediaya istinadla bildirir ki, həlak olanlardan 8-i Giridih, 3-ü Dumka, daha 2-si isə Latehar dairəsində qeydə alınıb. Hadisələr güclü leysan və ildırımla müşayiət olunan bir gündə baş verib. Bölgə rəhbərliy
05.08.2026 157 Müəllimlərin yataqxana ərazisində yanğın - Video
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimlər üçün nəzərdə tutulan yataqxana ərazisindəki açıq sahədə yanğın olub. "Qafqazinfo"nun məlumatına görə, hadisə Ozan küçəsində qeydə alınıb. Ümumi sahəsi 1.5 ha olan ərazinin 500 kv.m-ə yaxın hissəsində quru ot, kol və 20 ağac yanıb. Hadis
05.08.2026 178 İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri
Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma
05.08.2026 117 Bu marşrutun hərəkət sxemi dəyişdirildi
Paytaxtın Təbriz küçəsində, metronun "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, təmir işlər
05.08.2026 166 Çinin Ay missiyasında ilk dəfə Afrika da təmsil olunacaq
Afrika ilk dəfə öz elmi avadanlığı ilə Çinin Ay proqramında iştirak edəcək. xəbər verir ki, bu barədə "Global Times" (GT) qəzeti məlumat yayıb. Cənubi Afrika Radio Astronomiya Rəsədxanasının Africa2Moon missiyasının direktoru və regional proqram meneceri Karla Mitçell bildirib ki, Afrika Kosmo
05.08.2026 172 Avropa sahillərində sunamilər artır: Bəzi şəhərlər yeni təhlükələrə hazırlaşır
Fransanın Lazur sahili boyunca sunami təhlükəsi zamanı insanları dənizdən uzaq istiqamətə yönləndirən təxminən 800 xəbərdarlıq nişanı quraşdırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazır. Buna səbəb UNESCO-nun yaxın 30 il ərzində Aralıq dənizində güclü sunami baş verm
05.08.2026 127 Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq
"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq". "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasınd
05.08.2026 162 Güclü külək əsəcək - Xəbərdarlıq
Avqustun 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva
05.08.2026 320 Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı CƏRİMƏLƏR
Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"
05.08.2026 138