3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEO

3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEOBritaniyanın Portished şəhərindən olan 3 yaşlı Teddi Hobbs ana dilindən əlavə, 6 xarici dildə 100-dək saymağı öyrənib və "Mensa" beynəlxalq vunderkindlər klubunun ölkə üzrə ən gənc üzvü olub.

BiG.AZ xəbər verir ki, bu barədə "The Mirror" yazır.

Teddi oxumağı hələ 2 yaşında, "COVİD-19" pandemiyası dövründəki qapanma zamanı öyrənib.

Onun 31 yaşlı anası Betin sözlərinə görə, valideynlər kitaba həvəs göstərən Teddini çoxlu kitabla təmin ediblər və artıq 2 yaş 2 aylığında uşaq sərbəst şəkildə kitab oxumağı bacarıb.

3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEOMilad bayramında valideynləri ona oynamaq üçün planşet hədiyyə ediblər. Lakin Teddi oyun əvəzinə, planşetlə mandarin çincəsində 100-dək saymağı öyrənib.

Övladlarının istedadını görən Bet və Uill cütlüyü nəhayət "Mensa" vunderkindlər klubuna müraciət ediblər. Həmin vaxt 3 yaş 7 aylıq olan uşaq təşkilatın ekspertləri ilə bir saatlıq onlayn-müsahibədən uğurla keçib. O, 160-dan 139 bal toplayıb. Məlum olub ki, Teddinin İQ (İntellekt əmsalı) səviyyəsi 99,5-dir.

3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEO3 yaş 8 aylığında bu uşaq hərf və sözləri 8 yaş 10 aylıq uşağın səviyyəsində ayırd edə bilib.

Teddi "Mensa" sertifikatını alaraq bu ölkədə təşkilatın ən gənc üzvünə çevrilib. Hazırda o, uşaq bağçasına gedir, sentyabr ayında isə məktəbə getməyi planlaşdırır.

3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEOTeddi 6 xarici dildə 100-dək saymağı bacarır. Bura mandarin çincəsi, valli, fransız, ispan və alman dilləri daxildir.

Uşağın anası istedadlı uşaqlar üçün xeyriyyə təşkilatı olan "Potential Plus" ilə əlaqə saxlayaraq burada konsultasiyadan keçib. Betin özü 4 yaşında oxumağı öyrənib.

Təhsildən əlavə, Teddi üzgüçülük və gimnastika ilə maraqlanır. O, 15 aylıq bacısı Pippa üçün kitab oxumağı sevir. Böyüyəndə həkim olmağı düşünən vunderkind hazırda ölkələrin bayraqlarını öyrənməyə başlayıb.

"Teddinin yaxşı bir insan olmasını və həyatdan zövq almasını istəyirik. Hər bir valideynin istəyi də elə budur", - deyə Bet vurğulayıb.

3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEO3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEO3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEO3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEO3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEO3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEO3 yaşlı bu uşaq 7 dildə 100-dək sayır - FOTO-VİDEONatəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1910   Tarix: 25 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.