Faciədən bir neçə saat əvvəl bu fotonu çəkiblər...

Faciədən bir neçə saat əvvəl bu fotonu çəkiblər...Yanvarın 21-nə keçən gecə "Park Qusar" hotelindəki koteclərdən birində baş vermiş dəhşətli yanğında ailə üzvləri ilə birgə həyatını itirən Emin Babayevin son fotosu üzə çıxıb.

"Qafqazinfo"nun əldə etdiyi fotoda E. Babayev oğlu Raufla birgə yer alıb. Xanımı Zülfiyyə Babayevanın lentə aldığı şəkildə fəciəyə səbəb olan kamin də kadra düşüb.

Foto ilə bağlı daha bir təsirli məqam isə E.Babayevin illər sonra vatsap profilində sözügedən şəkildən istifadə etməsidir. Yaxınlarının sözlərinə görə,o, uzun müddət sonra yanvarın 21-nə keçən gecə vatsapdakı şəklini dəyişərək oğlu ilə olan bu fotosunu paylaşıb.

Qeyd edək ki, hadisədə vəfat edən Rauf Babayev ADA-nın tələbəsi olub. O, universitetə 670 balla qəbul olunubmuş.

Xatırladaq ki, hadisə nəticəsində E.Babayev, onun həyat yoldaşı Zülfiyyə Babayeva və ailənin yeganə övladı, 2005-ci il təvəllüdlü Rauf da dünyasını dəyişib. Həmçinin kotecin digər mərtəbəsində olan 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov da yanğında vəfat edib. Bundan başqa, 6 nəfər - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova isə xəsarət alıb.

Prokurorluğun açıqladığı ilkin məlumatda yanğının istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi qeyd edilib.

Faciədən bir neçə saat əvvəl bu fotonu çəkiblər...Faciədən bir neçə saat əvvəl bu fotonu çəkiblər...Faciədən bir neçə saat əvvəl bu fotonu çəkiblər...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1978   Tarix: 24 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

00:19 92
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 185
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.