Verilişlərdəki fantastik həkim qiymətləri

Verilişlərdəki fantastik həkim qiymətləriSon vaxtlar yerli televiziya kanallarında maarifləndirmə ilə ucuz reklamın sərhədləri qarışıb.

BiG.AZ Medicina.az-a istinadən xəbər verir ki, müəllif proqramlarında əhalini maarifləndirmək adı altında hansısa "ekspert" və "mütəxəssislər" reklam edilir. Manipulyativ xarakterli bu özfəaliyyət tamaşaçıya "tibbi maarifləndirmə proqramı" tipli verilişlərdə daha qabarıq şəkildə diqqəti çəkir. Əgər əvvəllər telekanallar müxtəlif xəstəliklər, tibbi məsələlər, səhiyyə sahəsində mövcud olan problemlərlə bağlı az-çox sanballı verilişlər hazırlayırdısa, son dövrlər tamamilə başqa tendensiya diqqəti çəkir: hansısa həkimlər canlı yayıma və ya tibbi məzmunlu verilişlərə çağırılır, aparıcı isə qonaqla ciddi mövzuda söhbət etməkdənsə, daha çox onun ünvanına "bəy tərifi" yağdırmaqla məşğul olur. Vəziyyət o həddə çatıb ki, artıq həkimlər ölkənin çox izlənilən tok-şou və populyar şou verilişlərinə belə ayaq açıblar.

Məsələn, teleaparıcılardan Əkbərin, Elgizin, Tarix Əliyev (Tolikin) səhər verilişlərində, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin tok-şoularında həkimlər ekspert kimi saatlarla otururlar. Əsl şou da elə bu dəvətlər dəb halını alandan sonra başlayıb. Aparıcılar bu verilişlərdə həkimləri "ölkənin nömrə 1 həkimi", "ən yaxşı cərrah", "ən yaxşı travmatoloq", "ən bacarıqlı ginekoloq" və s. kimi təqdim edirlər. Belə proqramlarda peşə etikası, hətta reklam haqqında qanunun tələbləri ciddi şəkildə pozulur, aparıcılar hansısa "mütəxəssis" barədə şəxsi, subyektiv fikirlərini tamaşaçılara həqiqət, real informasiya kimi sırımağa çalışırlar... Sirr deyil ki, bütün bunların arxasında ciddi maliyyə dəstəyi dayanır.

Vəziyyət o həddə çatıb ki, ölkədə həkimlər qeyri-rəsmi olaraq, 2 kateqoriyaya bölünüb: reklamı güclü olanlar, başını aşağı salıb işini görənlər.

Populyar televiziya proqamlarında həkimlərin reklam olunmasının qiymətləri barədə araşdırma aparanda məlum olur ki, telekanalların reklam paketlərindən əlavə teleaparıcılardan Zaur, Xoşqədəm və Elgizin proqramında qonaq kimi iştirak edən həkimlər aparıcıların xüsusi təqdimatı üçün əlavə ödənişlər edirlər.

Belə ki, əgər sponsor paketi 10 min manatdırsa, həkim canlı verilişdə oturmaq və çıxış, xüsusi təriflənmək üçün əlavə 3-5 min manat arası pul ödəyir.

Telekanallarda xüsusi sponsor qiymətləri aşağıdakı kimidir.

ATV telekanalında Zaur Baxşəliyevin "Bizimləsən" proqramında müvafiq xidmətin qiyməti ƏDV-siz 16-18 min manatdır. Bu verilişə şəxsən çıxmaq üçün əlavə ödəniş tələb oluna bilər. Yeri gəlmişkən, aparıcı bu yaxınlarda həyat yoldaşı və özünü "Azərbaycanda ən bahalı reklam edən aparıcısı" elan etmişdi.

Verilişlərdəki fantastik həkim qiymətləriATV-nin "Nanəli" proqramında həkimlərin reklamı ƏDV xaric 9-12 min manata başa gəlir.

ARB kanalında Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində sponsor qiyməti 17-20 min manatdır. Verilişin xüsusi sponsoru olmayan (yəni 17 min manatı ödəməyən) həkimi ayrıca verilişə çıxarıb reklam etmirlər. X.Hidayətqızının həkimi şəxsən təqdimatı üçün nə qədər ödəməli olduğu sirr saxlanılır, bunu yalnız aparıcı özü təyin edir.

Verilişlərdəki fantastik həkim qiymətləri"Elgizlə İzlə" verilişində reklam paketi 8-9 min AZN-ə başa gəlir. Həkimin verilişdə qonaq kimi təqdimatı, əyləşməsi, ekspert kimi çıxışı 5-6 min manatdır. Bu məbləği Elgiz özü təyin edir və aparıcının özünə aiddir.

Verilişlərdəki fantastik həkim qiymətləriTarix Əliyevin "Ümid ilə gəl" verilişində sponsor paketləri 5 min manatdan başlayır. O da verilişinin sponsor, reklam qiymətlərini şəxsən özü təyin edir.

Sponsor paketində həkim və ya klinikanın reklamı çarx şəklində göstərilir və aparıcı tərəfindən səsləndirilir. Həkimin birbaşa həmin verilişə qatılması, tanıdılması və aparıcı tərəfindən şəxsən təqdimatı ayrıca hesablanır.

Verilişlərdəki fantastik həkim qiymətləriBir neçə il əvvəl Xoşqədəm Hidayətqızının verilişinə qatılan həkimlərdən biri hər ay üçün əlavə pul ödədiyini bildirib:

"Kanala ayrıca reklam paketi ödənişi etdim. Xoşqədəm xanımın verilişində təqdimatı üçün ayrıca pul verdim. Həmin vaxt xəstə çox oldu, otağımın qarşısı dolu idi. Özəl klinika rəhbərliyi bunu görüb, mənə ayrıca mərtəbə ayırdı, otaqları çoxaltdı. Klinika bizə reklam üçün pul vermir. Həmin il mən telekanallarda müxtəlif proqramlara 35 min pul xərclədim. Bu məbləği ikiqat çıxardım. Amma sonra pandemiya oldu. Daha sonra icbari tibbi sığortaya görə xəstələr mənim etdiyim əməliyyatı sığorta ilə etdirməyə başladılar. Ona görə xəstə sayı çox düşdü. İndi həmin verilişlərdə reklam qiymətləri qalxıb".

Verilişlərdəki fantastik həkim qiymətləriAdı çəkilən verilişlərdə aylarla "ən yaxşılar" kimi təqdim olunan göz həkimi, ginekoloq, cərrah, travmatoloq, pediatr, kök hüceyrə mütəxəssisləri, eləcə də uroloq və böyrək həkimlərinin reklamdan sonra qəbul qiymətlərinin artdığı da bildirilir. Xüsusən bölgələrdən həmin həkimlərin qəbuluna xəstə axını müşahidə olunur. Xüsusən yaşlı nəslin nümayəndələri yaxınlarından onları Zaur, Xoşqədəm və Elgizin reklam etdiyi həkimə aparmağı tələb edirlər.

Beləcə, aparıcıların reklam etdiyi həkimlər peşəkar həmkarlarını üstələyir, onların kabinetlərinin qarşısında pasiyent növbəsi yaranır. Bəzi həkimlər bir gündə 50 xəstə qəbul edir və təbii ki, gəliri artır. Daha sonra onlar bu gəliri növbəti, daha yüksək məbləğli reklam dövriyyəsinə buraxır.

Bir maraqlı nüans da odur ki, sayt tanınmış göz həkimi, professor Rasim Hacıyevlə müsahibə zamanı həmin aparıcılardan birinin öz uşağını müalicə üçün onun qəbuluna gətirdiyinin şahidi olub.

Hətta həkimə yarızarafat, yarıciddi "aparıcı niyə övladını reklam etdiyi "bir nömrəli göz həkimi"nə deyil, sizin yanınıza gətirir?" sualı da verilib. Belə aydın olur ki, teleaparıcılar öz və ailə üzvlərinin sağlamlığını reklam etdikləri və xalqa məsləhət gördükləri həkimlərə etibar etmirlər.

Verilişlərdəki fantastik həkim qiymətləriHəkimlərin reklam olunmasının qanunvericiliyə və tibbi etikaya nə qədər uyğun olub-olmadığınına gəlincə, bu barədə elə tanınmış həkimlərin rəyini soruşduq.

Adil Qeybulla professor, tibbi ekspert: "Azərbaycanda həkimlərin reklam olunma forması dünyada analoqu olmayan biabırçılıqdır. Bu qədər pulu verib efirə çıxırlar, aparıcılar da onları "1 nömrəli həkim", "ən yaxşı həkim" adlandırırlar. Hansısa həkimin bu təqdimata razı olması, onun öz peşəsinə və həmkarlarına qarşı həqarətdir. O aparıcılar pul üçün hər şeyə gedirlər. Onlar üçün "ayıbdır" sözü yoxdur.

TƏBİB, Səhiyyə Nazirliyi, hətta İcbari Tibbi Sığorta, Teleradio Şurası hara baxır? Həkim yalnız və yalnız tibbi profilli mətbuat vasitəsində öz sahəsi üzrə yeni müalicələr barədə informasiya verməlidir. Amma televiziyada "yalnız bu həkimə gedin, başqa yerə getməyin, bu, ən yaxşısıdır" kimi çağırışlar yolverilməzdir. Bu, başqa həkimlərin hüquqlarının tapdanması və icbari tibbi sığorta sisteminə keçən ölkəyə zərbədir. Mən belə şeylərin əleyhinəyəm. Mən özüm reklamdan, televiziyalara pulla çıxmaqdan uzağam. Fərdi, korporativ maraqlara keçmək yolverilnməzdir. Bu, həm mənəvi, həm də hüquqi məsuliyyət yaradır".

Verilişlərdəki fantastik həkim qiymətləriAydın Əliyev, həkim radioloq, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini:

"Birmənalı olaraq, həkimlərin pul, xüsusən də bu qədər yüksək məbləğ qarşılığında efirdə reklam olunması yanlışdır. Həkimin yüngülvari təqdimatı gedə bilər. Saytlarda, sosial şəbəkəsində özü barədə konkret məlumat, gördüyü işlər və s. barədə məlumatlar yayıla bilər. Xüsusən də yeni başlayan həkimlərin bunu etməsi qismən başadüşüləndir. Yaxşı həkimlərin isə buna heç vaxtı yoxdur. İnsanlar tanımalıdır həkimi. Məşhur verilişlərdə aparıcıların bu məsələni şouya çevirməsi, kimisə "nömrə 1" adlandırması, həkimin də bunun qarşılığında pul ödəməsi biabırçılıqdır. Dünyada "1 nömrəli həkim" anlayışı yoxdur. Aparıcıların ucuz şou xarakterli "Xəstə ölürdü, bir iynə vurdu dirildi, "Filankəsin əlacı tapılmırdı, bu həkim tapdı" kimi fikirləri insanları aldatmağa xidmət edir. Bu, eyni zamanda həkimin savadsızlığından xəbər verir.

Mən 20 ildən yuxarıdır bu sahədəyəm, bu illər ərzində otağını kral otağı kimi bəzəyən, divarına getdiyi bütün kursların sertifikatlarını düzən, bütün günü salonlarda, çəkilişlərdə olan kişili-qadınlı həkimlərin, şan-şöhrəti sevənlərin həmişə savadsız, yarımçıq insanlar olduğunu görmüşəm. Yaxşı həkimlər oxuyur, xəstəylə məşğul olur, onun heç bəzənməyə, reklama, salonlara getməyə vaxtı belə olmur. Həkimin göstərişə ehtiyacı yoxdur. Təəssüf ki, bizdə cəmiyyətdə problem var, insanlar belə şeylərə önəm verir, bahalı həkimə, reklama inanır. İnəyini, qoyununu satıb rayondan həmin həkimin yanına gəlir və möcüzə gözləyir. Pullarını sağa-sola xərclədirlər, amma nə müalicə alır, nə düzəlirlər. Ümumiyyətlə, ucuz, şou xarakterli həkim, səhiyyə reklamlarını ləğv etmək lazımdır. İnsanları aldatmaq cinayətdir. Mən bir həkim kimi heç vaxt belə reklamlara getməmişəm. Heç o verilişlərə də baxmıram. Tibb xidmət sahəsidir, insanların sağlamlığının keşiyində durmalıdır. Milyonçu, məşhur olmaq istəyənlər gedib şou bizneslə məşğul ola bilərlər".

Verilişlərdəki fantastik həkim qiymətləri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1924   Tarix: 24 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bir gündə 13 nəfəri ildırım vurub öldürdü

Hindistanın Carxand ştatında ildırım vurması nəticəsində azı 13 nəfər həyatını itirib. xarici mediaya istinadla bildirir ki, həlak olanlardan 8-i Giridih, 3-ü Dumka, daha 2-si isə Latehar dairəsində qeydə alınıb. Hadisələr güclü leysan və ildırımla müşayiət olunan bir gündə baş verib. Bölgə rəhbərliy

05.08.2026 157
.

Müəllimlərin yataqxana ərazisində yanğın - Video

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimlər üçün nəzərdə tutulan yataqxana ərazisindəki açıq sahədə yanğın olub. "Qafqazinfo"nun məlumatına görə, hadisə Ozan küçəsində qeydə alınıb. Ümumi sahəsi 1.5 ha olan ərazinin 500 kv.m-ə yaxın hissəsində quru ot, kol və 20 ağac yanıb. Hadis

05.08.2026 178
.

İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri

Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma

05.08.2026 117
.

Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Paytaxtın Təbriz küçəsində, metronun "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, təmir işlər

05.08.2026 166
.

Çinin Ay missiyasında ilk dəfə Afrika da təmsil olunacaq

Afrika ilk dəfə öz elmi avadanlığı ilə Çinin Ay proqramında iştirak edəcək. xəbər verir ki, bu barədə "Global Times" (GT) qəzeti məlumat yayıb. Cənubi Afrika Radio Astronomiya Rəsədxanasının Africa2Moon missiyasının direktoru və regional proqram meneceri Karla Mitçell bildirib ki, Afrika Kosmo

05.08.2026 172
.

Avropa sahillərində sunamilər artır: Bəzi şəhərlər yeni təhlükələrə hazırlaşır

Fransanın Lazur sahili boyunca sunami təhlükəsi zamanı insanları dənizdən uzaq istiqamətə yönləndirən təxminən 800 xəbərdarlıq nişanı quraşdırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazır. Buna səbəb UNESCO-nun yaxın 30 il ərzində Aralıq dənizində güclü sunami baş verm

05.08.2026 127
.

Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq

"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq". "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasınd

05.08.2026 162
.

Güclü külək əsəcək - Xəbərdarlıq

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva

05.08.2026 320
.

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı CƏRİMƏLƏR

Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

05.08.2026 138
.

TOP MP3