Uşaqların sosial şəbəkələrdən asılılığını necə aradan qaldırmalı?

Uşaqların sosial şəbəkələrdən asılılığını necə aradan qaldırmalı?"İnternetdəki bir funksiya uşağın davranışını tamamilə dəyişir - bu, "bəyənmə" (like) asılılığıdır". Sosial şəbəkələrin uşaqların davranışlarına təsiri ilə bağlı nüfuzlu "JAMA Pediatrics" tibbi jurnalının uzunmüddətli araşdırmasında qeyd olunan bu fikirlər artıq bütün dünyanı narahat edən problemə çevrilib. Şimali Karolina Universitetinin alimləri müxtəlif məktəblərdən orta yaşı 12 olan 169 yeniyetmənin beynini üç il ərzində funksional Maqnit Rezonans Tomoqrafiyadan (fMRT) istifadə edərək tədqiq ediblər. Onlar sosial şəbəkə hesablarının tez-tez yoxlanılmasının yeniyetmələrdə beynin funksional inkişafındakı dəyişikliklərlə bağlı olub-olmadığını araşdırmaq istəyiblər:

"Müasir sosial şəbəkələri bu və ya digər məzmunun təsdiqlənməsi və ya rədd edilməsi düymələri olmadan təsəvvür etmək olmaz. Bu funksionallıq müəllifə və məzmuna münasibəti göstərir. Uşaqlar yazılarının, paylaşımlarının altında "bəyənmə" gözlərkən onların beyinlərində dəyişiklik baş verir". Tədqiqatın müəlliflərindən biri Eva Teltser qeyd edib ki, sosial media platformaları beynin sosial rəyə xüsusilə həssas olduğu kritik inkişaf dövründə sosial qarşılıqlı əlaqə üçün görünməmiş imkanlar təqdim edir: "Beynin xüsusilə həssas sahələri sosial mükafatlara cavab verən bölgələrdir. Sosial mediada bəyənmələr sosial mükafatdır. Bu statusa həmyaşıdların və digər tanışların müsbət rəyləri də daxildir".

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Beyindəki və davranışlardakı dəyişikliklər araşdırılıb

Tədqiqatçılar "Facebook", "Instagram" və "Snapchat" sosial media platformalarını sınaqdan keçirən yeniyetmələrin beynindəki və davranışındakı dəyişikliyi araşdırıblar. Bəziləri bunu gündə bir dəfədən çox, bəziləri isə gündə 20 dəfədən çox edib. Alimlər uşaqların beyinlərinin şəkillərini çəkiblər və zaman keçdikcə "bəyənmə" sayına kəskin reaksiya verən uşaqların beyninin müəyyən hissələrində aydın dəyişikliklər müşahidə ediblər. Belə ki, uşaqlar aqressivləşib, "niyə məni "like" etmirsiniz", - deyə dalaşıb və depressiyaya düşüblər. Elm adamları qeyd edirlər ki, daim sosial şəbəkə profillərini yoxlayan yeniyetmələr həmyaşıdlarının rəylərinə qarşı həssas olurlar. "İllər keçdikcə onların beyni gözlənilən rəyi daha çox qəbul edir. Əslində onlarda "bəyənmə"lərdən tam asılılıq formalaşır. Çox güman ki, bu, böyüyəndə həyatlarına da təsir edəcək".

Bəs uşaqların daha da zərərli nəticələrlə üzləşməməsi üçün sosial şəbəkələrdən asılılığını necə aradan qaldırmalı? Mütəxəssislər sosial medianın müasir yeniyetmələrin inkişafına təsirini başa düşmək üçün açıq şəkildə əlavə araşdırmalara ehtiyac olduğunu söyləyirlər.

Sosial münasibətlərin rəqəmsallaşması

İnformasiya Texnologiyaları mütəxəssisi Fərid Kazımov uşaqlarda yaranan problemi əsrlər boyu olan münasibətlərin rəqəmsallaşması adlandırır:

"Uşaqlar gözləyirlər ki, nəsə paylaşanda böyüklər onları dəstəkləsinlər. Bu, onlayn dəstəkləmək, onların başlarını sığallamaq, "yaxşı eləmisən" deməkdir. Məsələn, uşaq evdə valideyninə kömək edəndə, yaxşı mənada hazırcavab olanda "sağ ol" eşidirsə, "layk" da o tərifin onlayn rəqəmsallaşmış formasıdır. Bilirsiniz ki, indi uşaqlar, xüsusən yeni nəsil gənclər tam olaraq rəqəmsallaşırlar. Onların həyatı sosial şəbəkədədir. Uşaqlar o qədər rəngarəng həyat sürmürlər. Onların sosial aktivlikləri sosial şəbəkədə baş verir. Əvvəllər dostları ilə görüşür və ya birlikdə futbol oynayırdılarsa, indi bu münasibətlər sosial şəbəkəyə köçüb. Sosial platformalar az vaxtda daha çox insanla münasibətlər qurmağa səbəb olur. Bu da sosial münasibətlərin transformasiyasına gətirib çıxarır".

"Layk" artıq sosial valyuta hesab olunur

Ekspertin fikrincə, paylaşımlara qoyulan "layk" bütün dünyada sosial valyuta hesab oluna bilər:

"Əgər məni ictimaiyyət dəstəkləyirsə, demək "layk"ların sayı - sosial "valyuta" artmalıdır. Mən çox "layk" yığıramsa, demək məni sevən, hörmət edən, dəstəkləyən çoxdur. Bu, az olduqca, demək mən uduzuram, heç kimə lazım deyiləm. Böyüklər də "layk"a aludədir. Amma onların başqa dövrləri də olub. İndiki uşaqlar isə gözlərini açıb bunu görüblər. Ona görə bu, onların timsalında daha qabarıq görünür".

Ekspert hesab edir ki, valideyn nəzarəti güclü olmalıdır ki, uşaqlar hər resursdan istifadə etməsinlər:

"Uşaqlar pornoqrafiya, aqressiya ilə bağlı saytlara daxil olmamalıdırlar. Onlar həssasdırlar. Nəzarət olmayanda uşaqlar yanlış inkişaf edirlər. Ola bilsin ki, onlar gələcəkdə münasibətləri yalnız virtual həyatdan gözləyəcəklər. Onları real həyat maraqlandırmayacaq. Bu, qlobal problemdir və get-gedə dərinləşir. Bunun qarşısını cəmiyyət özü almalıdır".

Valideyn-övlad münasibətləri düzgün qurulmalıdır

Psixoloq Aysel Həsənova müəyyən yaş dövründə uşaqların sosial şəbəkələrdə özlərini təsdiq etməyə çalışdıqlarını qeyd edir:

"İnsan sosial varlıqdır. O, müəyyən yaş dövründə böhranlara düşür və böyüyür. Yeniyetməlik böhranı bu prosesdə ən uzun və çətin keçən mərhələdir. Bu dövr əvvəllər 13-19 yaş kimi qiymətləndirilirdisə, indi məlumatın çoxluğu ilə əlaqədar bu yaş bir qədər aşağı düşüb. Uşaq 3 sahədə - cinsi, şəxsi və sosial identifikasiya kontekstində böhran yaşayır. Ona öz "mən"ini qabartmaq, sosial mühitdə özünü necə göstərməsi və tanıtması önəmlidir. Bu, bütün zamanlarda olub. Sadəcə, qapalı mühitlərdə çox qabardılmayıb. Qapalı məkanda insanın təsdiq olub-olmaması, özünü avtoritet hesab edib-etməməsi görsənmir. Amma sosial şəbəkələrdə qoyulan "layk"lar hamı tərəfindən görünür. Bu, həqiqətən uşağı stressə salan amildir. Təbii ki, bu, zamanla keçir. Amma uşaqlar uyğun dəstəyi almadıqları üçün stressə düşürlər".

Psixoloq hesab edir ki, ümumiyyətlə, bütün problemlərin kökündə düzgün qurulmayan valideyn-övlad və ya yetkin uşaq münasibətləri dayanır:

"Əgər uşağın daxili doyumluluğu zamanında formalaşdırılmırsa, o, müəyyən zamanda boşluğa düşür. Yeniyetməlik dövründə uşağın öz valideynləri ilə konflikti baş verir. Çünki bu son ayrılma mərhələsidir. Uşağın kənardan bir avtoritetə ehtiyacı var. Bu, müəllimi, yaxın adamı olmalıdır ki, uşaq ona güvənsin. Bu, psixoloq da ola bilər. Təbii ki, təkcə bizim cəmiyyətdə deyil, dünyada da boşluqlar olduğu, mənəvi-əxlaqi dəyərlər itirildiyi üçün bu problemləri yaşayırıq. Bu, ciddi problem kimi qiymətləndirilə bilər".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 989   Tarix: 21 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın

Avtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar. həmin 5 tövsiyəni təqdim edir:. Akkumulyator və elektrik sistemi. Şaxtalı hava akkumulyatorun yükün

31.10.2026 470
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 569
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 464
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 657
.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 159
.

2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI

2027-ci il Şərq təqviminə görə "Alovlu Keçi ili" hesab olunur. xəbər verir ki, Keçi ili 6 fevral 2027-ci ildən başlayacaq və 25 yanvar 2028-ci ilə qədər davam edəcək. Keçi ilinin xüsusiyyətləri bunlardır: mehribanlıq, sülhsevərlik, yaradıcılıq, həssaslıq, səbirli olmaq və daxili güc. Qeyd edə

01.11.2026 548
.

Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən

01.11.2026 441
.

Qaralmış gümüşü ovmadan təmizləyən üsul

Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ

01.11.2026 462
.

Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin

Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod

01.11.2026 453
.