"Bizim həyətdən gedənlərin heç biri qayıtmadı..."
Xalq artisti Firəngiz Mütəllimova 20 Yanvar hadisələri zamanı yaşanılan ağır günlərdən danışıb.
Bu haqda sənətçi OLAY-a açıqlamasında deyib.
Aktrisa üstündən illər keçsə də, həmin günü dəhşətlə xatırladığını bildirib:
"Biz "20 Yanvar" ərazisinə yaxın yerdə, Yasamalda yaşayırdıq. Tanklar daxil olanda onların səslərini eşidirdik. Təsəvvür edin, hamını çağırırdılar, çağırış var idi. Qardaşımın da yanvarın 20-si ad günü idi. Biz evdə oturub onu gözləyirdik ki, axşam işdən gəlsin. Sonra işdən gəldi, çölə çıxmaq istədi. Dedim yox, bir saat duraq sonra. Sanki ürəyimə dammışdı… Çünki bizim yaşadığımız həyətdən gedən nə qədər insanın heç biri qayıtmadı…
O günlər getsin, bir də gəlməsin. Çox böyük dəhşət yaşadıq, neçə gün evdən çıxa bilmədik, işıq, radio, televiziya olmadı. Səs gəlirdi ki, kimisə vurdular. Evdən çıxmaq, çörək almağa getmək, hərəkət, səs olmazdı… Belə bir günü bir də xalqımıza arzu etmirəm, keçmiş olsun. Həmin vaxt günahsız insanların qanı axıdıldı. İşdən gələn, işə gedən, haya çıxan, eyvandan baxan, kim qarşılarına çıxdısa, öldürdülər. Bu günümüzə şükürlər olsun ki, torpaqlarımız azaddır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Ali baş komandanımız sağ olsun ki, bizim kimi torpağına, evinin daş-divarına həsrətlə yaşayan insanları arzusuna qovuşdurdu. Hər bir azərbaycanlı üçün bir qarış torpağı belə əzizdir, həsrət yaşamaq çox pisdir…
Hər gecə əllərimi açıb dua edirəm ki, müharibələr bitsin, dünyada sülh olsun, heç bir ananın gözü yaşlı olmasın. Allah əsgərlərimizi, ordumuzu, sərhədçilərimizi qorusun. Bizi mundar siyasətçilərin qanlı caynağından qorusun… Həmin gündən sonra qardaşımın ad gününü yanvarın 21-i təbrik edirik. Özü də dedi ki, 20-si mənə heç kim zəng etməsin. Belə bir gün bizim yaddaşımızda həkk olundu. Allah ermənilərin bəlasını versin, ən gözəl illərimizi puç etdi…".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 861 Tarix: 20 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183 İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
01:19 0 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 141 Almaniya Ukraynaya "Patriot" göndərməyəcək
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil
07.11.2026 124 Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
07.11.2026 223 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
00:09 117 PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
00:31 97 Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad
07.11.2026 172