4-7 yaş qrupundan olan uşaqların inkişaf xüsusiyyətləri

4-7 yaş qrupundan olan uşaqların inkişaf xüsusiyyətləriTərbiyə işi nə qədər ciddi bir proses olsa da, yolunu bildikdən sonra bir o qədər sadədir. Yəni tərbiyə işi heç bir valideyni qorxutmalı deyil. Bu işin əsas mahiyyəti bir növ uşağın özünü kəşf etməsinə və tanımasına yardım etməkdir. Buraya uşaqların maraqlarının öhdəsindən gəlmək, başqaları ilə ünsiyyət qurmağı bacarmaq, hisslərinə və düşüncələrinə uyğun davranış sərgiləmək və s. daxildir.

Uşağı düzgün şəkildə tərbiyə etmək daha çox ailədəki mühitdən asılıdır. Övladınızı intizamlı böyütmək istəyirsinizsə, onu qətiyyən istədiyiniz kimi davranmağa məcbur etməyin. Uşağı "yaxşı" olmağa məcbur etmək olmaz. Aşılamaq istədiyinizi ona sadə dillə izah edərək öyrədə bilərsiz. Sözsüz ki, uşaq hər hansı yanlış davranışına görə valideyn tərəfindən cəza görərsə, bir müddət o hərəkəti etməyəcəkdir. Lakin bu məsələnin kökündən həlli deyil. Uşağa qışqırmaqla, şiddət göstərməklə istədiyimizə nail ola bilmərik. Onlara nəyin doğru, nəyin yanlış olduğunu öyrətmək üçün birlikdə daha çox vaxt keçirərək, hər şeyi əyani şəkildə göstərməliyik. Psixoloqlar bildirirlər ki, daim öz işləri ilə məşğul olan, stresli, iş problemləri ilə üzləşən valideynlərin övladları daha yaramaz olurlar. Unutmaq olmaz ki, uşaqlar daim öz valideynlərinin davranışlarını təkrarlayırlar. Bu onlara, eyni zamanda, əyləncəli də gəlir. Bu səbəbdən davranışlarından da zövq alırlar. Bu məsuliyyəti dərk edərək, necə davrandığımıza diqqət yetirməliyik, çünki uşaqlar hər şeyi "süngər" kimi çəkirlər.

Uşaqların diqqətini müsbətə çevirməyin yolları. Uşaqlarla davamlı olaraq danışıqlar aparmaq lazımdır. Danışıqları izahlı və nümunələr göstərərək etsək, daha doğru olar. Çünki uşaqlar eşitdiklərindən daha çox gördükləri kimi davranmağı sevirlər. Uşağın diqqətini düzgün olmayan bir şeydən doğruya yönəltmək əslində çox sadə və asandır. Məsələn: Əgər uşaq televizorun düymələri ilə davamlı olaraq oynayırsa və bu ona xoş gəlirsə, ona oynamaq üçün bu düymələri özündə əks etdirən oyuncaq almaq və ya televizora baxanda uşaqdan onu yandırmasını xahiş etmək lazımdır. Bu onun xoşuna gələcəkdir, çünki onlar üçün maraqlı olan hər şey çəkici gəlir. Əgər valideyn buna icazə verməzsə, o zaman uşaqda aqressiya yaranacaq və tək qalanda bunları təkbaşına edəcək, yaxud da onu sındırmağa cəhd edəcəkdir. Fikrimizi başqa bir nümünə ilə aydınlaşdıraq. Əgər qız anasının kosmetika çantasıyla oynamaq istəyirsə, bu zaman ona rəngli boyalarla boyaya biləcəyi bir gəlincik və ya digər əyləncəli nəsə almaq lazımdır. Kosmetika çantasının yeri qeyri-müəyyən olmalıdır ki, uşaq təkrar onu götürməyə cəhd göstərməsin. Onlardan tələb edilənləri minimuma endirməyə çalışılmalıdır. Tərbiyə və davranışlarına təsir edəcək məsələlərdə də israrlı olmaq məsləhətdir. Bu sadə və anlaşıqlı yollarla uşaqlara təlqin edilməlidir.

4-7 yaş qrupunda olan uşaqlar bu yaş dövründən başlayaraq inkişaflarının "düşüncə" mərhələsinə keçməyə başlayırlar. Məhz buna görə də ətrafda baş verən bütün hadisələri, prosesləri diqqətlə izləyib, təhlil edib nəticə çıxarmağa çalışırlar Bu yaş dövrü uşaqların həyatında yeni vərdişlərə yiyələnmə, təhsil həyatına yavaş-yavaş addımlama dövrü kimi də xarakterizə oluna bilər. Belə ki, 3 yaşını bitirmiş uşaqlar aktiv həyatın bir parçasına çevrilməyə başlayırlar. Bu yaşdan onların bağçaya getmək, məktəbəqədər kurslara yazılmaq, əlavə dərnək, məşğələlərə getmək və ən önəmlisi məktəbə getmək məsələsi gündəmdə olur. Məktəbə getmək uşaqlar üçün yeni həyat mərhələsinin başlanğıcı hesab edilir və bu onlar üçün həm də ilk ciddi sınaqdır. Əgər əvvəllər bütün günü diqqətsiz oynayırdılarsa, birinci sinif şagirdi olduqdan sonra ciddi rejimə riayət etmək, tezdən durmaq, yarım gün dərsdə oturmaq və evdə ev tapşırıqları etmək məcburiyyətində qalırlar. Uşaqlar üçün müəyyən edilmiş həyat tərzini kəskin şəkildə dəyişdirmək çətindir. Onların yeni olan bu kimi vərdişlərə tez və rahat şəkildə adaptasiyası üçün öncədən hazır olmaları mühüm əhəmiyyət kəsb edir. Belə ki, məktəbəqədər yaş dövründə uşaqlar aşağıdakı keyfiyyətlərə malik olmağa başlayırlar:

Əlin yazıya hazırlanması;
Qrafik məşqlər, kəsmə, kölgələmə;
Hisslərin inkişafı;
Ünsiyyət bacarıqlarının inkişafı;
Emosional sahənin inkişafı.

Psixoloqlar pedaqoqlarla birgə apardıqları araşdırmalarında əsasən uşağın məktəb dövründəki inkişafını aşağıdakı mərhələlərlə izah edirlər.

1. Nitqin inkişafı.

Nitqin formalaşması;
Ardıcıl nitqin inkişafı;
Dilin qrammatik quruluşunun inkişafı;
Oxu bacarıqlarını məşq etmək.

2. Riyazi təsvirlərin formalaşması

Saymağı öyrənmək;
Həndəsi fiqurlarla tanışlıq;
Məkan təsvirlərini (yuxarı-aşağı, sol-sağ, daha çox - az) bilmək;
Zaman anlayışlarına (dünən, bu gün, sabah, həftənin günləri, aylar, fəsillər) yiyələnmək.

3. Ali psixi funksiyaların inkişafı.

Diqqət;
Yaddaş;
Düşünmək.

Burda əsas iş evdə valideynlərin, digər müəssisələrdə (bağça, kurslar, dərnəklər, məktəb və s.) təlim və tədris işlərini aparan şəxslərin öhdəsinə düşür.

Dörd yaşdan başlayaraq uşaqlar etdikləri yaxşı işlərin müqabilində tərif eşitmək istəyirlər. Yəni, davranışlarını dərk etməyə başlayırlar. Uşaqları doğru davranışlarına görə alqışlamaq, qucaqlamaq, onlara gülümsəmək, ən gözəl mükafatdır. Dolayısı yolla bu uşaqlar üçün bir növ motivasiyadır. Deməli, əxlaqın formalaşmasında əsas üsullardan biri olan "mükafatlandırma" işi bu yaş dövründəki uşaqlara mütləq şəkildə tətbiq olunmalıdır, çünki 4-7 yaş qrupunda olan uşaqlarda daha çox duyğular aktiv olur və onları hissi təsirlərlə tərbiyə etmək öz effektini göstərəcəkdir. Təcrübə göstərir ki, valideynləri tərəfindən sevildiyini hiss edən uşaqlar daha xoşbəxt olurlar. Xoşbəxtliklərinin daimi olması üçün onlar sizi razı salmaqdan ötrü daha çox çalışacaqlar. Bu zaman uşaqlar doğru davranışlara təşviq edilərsə, nəticə effektiv alınar. Bu məqamda artıq valideynlərin istəkləri ilə uşaqların maraqları da üst-üstə düşəcəkdir. Tədricən bu onlarda daxildən gələn istəyə çevriləcək və vərdiş halına gələcəkdir.

Tərbiyə işində qızıl qaydalardan biri də gözləntilərin yüksək tutulmamasıdır. Nəyisə başa düşmələri üçün uşaqlara zaman vermək lazımdır. Düzgün davranışları nümunə göstərmək uşağın yeni davranışları düzgün şəkildə öyrənməsinə kömək etməkdir. Yalnız həqiqi ehtiyac yarandığı təqdirdə onlara qarşı "yox" sözünü işlətmək olar. Başqa sözlə desək, onlara məqbul davranışları üçün açıq qapı buraxmaq gərəkir.
İnkişaf xüsusiyyətləri. Bu yaş dövrünün əsas xüsusiyyətlərindən biri odur ki, uşaqlar həmyaşıdları ilə çox vaxt keçirməyə, oynamağa, onlarla ünsiyyət qurmağa meyilli olurlar. Ünsiyyət qurmaq bacarığı bir növ özlərini artıq böyümüş kimi hiss etmələrinə səbəb olur. Uşaqların maraq dairələri genişlənir, hər şeyi öyrənməyə çalışırlar, böyüklərə çoxlu suallar verirlər. Onlar yeni məlumatları aktiv şəkildə mənimsəməyə başlayırlar, hərəkətlərini koordinasiya edirlər və zehni inkişaf özünü göstərir. 4-5 yaşdan başlayaraq uşaqlar artıq əsas həndəsi fiqurları tanıyırlar, 0-dan 9-a qədər sayır, iki obyekt arasında oxşar və fərqli cəhətləri tapırlar, əsas peşələri bilir, nağılın məzmununu təkrar danışa və ya sadə şeiri, tapmacanı əzbər söyləyə bilirlər, şəkilləri səliqəli rəngləməyi bacarır, ilkin biliklərə yiyələnməyə başlayırlar. Məhz bu səbəbdən də beşyaşlı uşaqlar artıq məktəbəqədər dövrlərinə qədəm qoyurlar. Bu onların həyatında yeni və maraqlı mərhələ hesab olunur.
Bu yaş dövründə uşaqlar ətraf aləmdə baş verənlərə daha maraqla və ciddi yanaşmağa başlayırlar. Bu səbədən də onlarda çoxlu suallar yaranır. Bu zaman onların verdikləri bütün sualları cavablandırmaq lazımdır. Bəzən onların sualları adama qəribə gələ bilər, lakin heç bir halda həmin sualları cavabsız qoymaq olmaz. Hər şeyə onların başa düşdüyü dildə cavab verilməlidir. Bununla həm də uşağın nə ilə maraqlandığını da öyrənmiş oluruq. Maraq dairələrini formalaşdırmaq və genişləndirmək üçün onlarla birgə faydalı proqramlara baxmaq, onlara ətraf aləm haqqında danışmaq lazımdır. Bir sözlə, onlara zaman ayırmaq çox önəmlidir.

Oğlan və qızların tərbiyəsindəki fərqlər. 5 yaşından etibarən uşaqlarda oğlan və qızlara xas xüsusiyyətlər formalaşmağa başlayır. Bu, özünü onların davranışında, tərbiyəsində bu və ya digər formada göstərir. Deməli, bu yaş dövründən başlayaraq bəzi məqamlarda uşaqların tərbiyə işini onların cinsinə görə aparmaq lazımdır. Belə ki, uşaqları bir şeyə həvəsləndirmək üçün qızlara daha incə və zərif sözlərlə (gözəlim, günəşim və s.), oğlanlara isə onların özlərini güclü hiss edəcəyi sözlərlə (oğul, köməkçim və s.) müraciət etmək daha doğru olar. Bu onların çox xoşuna gələcəkdir. Körpə uşaqlar (0-3yaş) oynadıqları oyuncaqlar arasında fərq qoymurlar. Yetər ki, bu, onlar üçün maraqlı və əyləncəli olsun. Lakin 4-5 yaşdan etibarən artıq qız və oğlan uşaqlarının oynadığı oyunlar, istədikləri oyuncaqlar arasında belə fərqlər yaranmağa başlayır. Belə ki, oğlanlar daha çox oyuncaq maşınlara, konstruktorlara, robotlara, idman oyunlarına, qızlar gəlinciklərə, yumşaq oyuncaqlara, mətbəx və ya tikişlə bağlı oyuncaqlara maraq göstərirlər.

4-7 yaş qrupundakı uşaqları necə düzgün böyütmək olar?

Bu yaş dövrü uşağın inkişafında dönüş nöqtələrindən biridir. Bu yaş dövründəki uşaqlar inkişaflarında öz fikirlərinin formalaşdığı mərhələyə qədəm qoyurlar. Bu mərhələ bir növ uşaqların "özünütanıma, özünükəşf" mərhələsi də hesab oluna bilər. Belə ki, onlar gördükləri əşya və ya hadisə haqqında konkret suallar verməyə başlayırlar. Bu zaman uşağın verdiyi suala birbaşa cavab vermək əvəzinə onu dialoqa dəvət edərək ünsiyyət bacarığının inkişafına təkan vermiş olarıq. Başqa bir nümunə olaraq onu göstərmək olar ki, bu yaşda olan uşaqlar oynadıqları oyunlara öz qaydalarını əlavə edə və ya dəyişdirə bilərlər. Uşağın, sadəcə, dinləyib izləməsi deyil, hər şeyi özbaşına etməyə çalışması çox vacibdir. Bu, onlarda yaradıcılıq fəaliyyətinin formalaşmasına şərait yaradır. Böyüklərin də uşaqlar tərəfindən qurulan yeni oyunlara qatılmaları daha yaxşı olar, çünki sadəcə, yaradıcı atmosfer yaratmaq kifayət deyil: uşaqları təşkil etmək və istiqamətləndirmək də lazımdır. Bu yaş mərhələsində artıq onlarda tək deyil, digər uşaqlarla birgə oynamaq, yeni oyun qurmaq bacarıqları da inkişaf edir. Bu yolla da onlarda ünsiyyət bacarıqları inkişaf etməyə başlayır. Çünki komanda işi ünsiyyətlə sıx bağlıdır.

Dörd yaşına kimi uşaqların keçirdikləri hisslər onlarda dərin izlər buraxmır, yaddaşına nəzərəçarpan dərəcədə təsir etmir. Bu istər xoşagələn sevinc, şadlıq, istərsə də kədər, qorxu və s. hisslər olsun, fərqi yoxdur. Yeddi yaşdan etibarən uşaqlar özlərini daha yaxşı tanıdığı və ətrafda baş verən hadisələri təhliletmə xüsusiyyətinə sahib olduqları üçün bu, onların daxili aləmlərinə, davranışlarına bu və ya digər formada öz təsirini göstərmiş olur. Onlar baş verənlərə artıq məntiqi olaraq yanaşmağa başlayırlar, və hərəkət etməzdən öncə düşünməyə başlayırlar. Bu da uşaqların hiss etdikləri kimi deyil, düzgün hesab etdikləri kimi hərəkət etməsinə gətirib çıxarır. Nəticədə onlar hisslərini gizlətməyə başlayırlar. Yəni, uşaqların xarici və daxili həyatının ayrılması sonda onların həyatında böhran kimi təzahür edir.

Aişə Baxşiyeva,
Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşı


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2357   Tarix: 19 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

TOP MP3