Kimlərin maaşı nə qədər artdı? - 979, 1125 AZN...
Minimum aylıq əməkhaqqının 345 manata çatdırılması ilə bağlı olaraq Nazirlər Kabineti yeni Vahid Tarif Cədvəlini (VTC) təsdiq edib.
Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Prezidentin son sərəncamınadək ilk 4 dərəcə üzrə əməkhaqlar 345 manatdan aşağı idi və onlar 300-338 manat arasında dəyişir.
Yeni VTC-ə əsasən isə yalnız bir dərəcə üzrə əməkhaqqı minimum səviyyədə olacaq. Digər 18 dərəcə üzrə maaşlar minimum əməkhaqqı məbləğindən artıq yüksəkdir.
Bunu BAKU.WS-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, artımlar aşağıdakı kimidir:
1-ci dərəcə üzrə: 300 manatdan 345 manatadək artım
2-ci dərəcə üzrə: 312 manatdan 359 manatadək artım
3-cü dərəcə üzrə: 325 manatdan 374 manatadək artım
4-cü dərəcə üzrə: 338 manatdan 389 manatadək artım
5-ci dərəcə üzrə: 353 manatdan 406 manatadək artım
6-cı dərəcə üzrə: 367 manatdan 422 manatadək artım
7-ci dərəcə üzrə: 383 manatdan 441 manatadək artım
8-ci dərəcə üzrə: 398 manatdan 458 manatadək artım
9-cu dərəcə üzrə: 415 manatdan 478 manatadək artım
10-cu dərəcə üzrə: 432 manatdan 497 manatadək artım
11-ci dərəcə üzrə: 450 manatdan 518 manatadək artım
12-ci dərəcə üzrə: 468 manatdan 538 manatadək artım
13-cü dərəcə üzrə: 487 manatdan 560 manatadək artım
14-cü dərəcə üzrə: 508 manatdan 584 manatadək artım
15-ci dərəcə üzrə: 528 manatdan 607 manatadək artım
16-cı dərəcə üzrə: 549 manatdan 632 manatadək artım
17-ci dərəcə üzrə: 604 manatdan 694 manatadək artım
18-ci dərəcə üzrə: 725 manatdan 833 manatadək artım
19-cu dərəcə üzrə: 979 manatdan 1125 manatadək artım.
"Yeni qərarla kimlərin əmək haqqları artırıldı?" sualına gəldikdə, deputat qeyd etdi ki, sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq.
"Yəni, əgər vətəndaşımız qeyd olunan sektorda çalışırsa, əməkhaqqısı VTC üzrə müəyyənləşirsə, o zaman onun əməkhaqqısı bu aydan etibarən artırılır", - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının 1 yanvar 2023-cü ildən 345 manata çatdırılması ilə əlaqədar Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının da bu Sərəncama uyğunlaşdırılması üçün həmin işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəlini təsdiq edib.
Əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.
19 pillədən ibarət yeni Cədvəldə ilk pillə üzrə əməkhaqqı 300 manatdan 345 manata çatdırılmaqla digər pillələrdə də maaşlar yeni artımlarla əks olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1541 Tarix: 17 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNigar Fərhadın əri həbs edildi
Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib. qafqazinfo-ya istinadla xəbər verir ki, iş onun faktiki rəhbərlik etdiyi "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlıdır. Qeyd olunur ki, bir müddətdir "AİD Group"la bağlı şikayətlər səngimirdi. Hüquq-mühafizə orqanlarını
05.08.2026 301 İran və Oman Hörmüz boğazı üzrə razılığa gəldilər
İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər. TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Tərəflərin nəzərdən keçirdiy
05.08.2026 155 Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda
Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur. "Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizli
05.08.2026 107 Sım şəlaləsində çimən turisti söydü, həbs olundu - Qəribə OLAY
Astarada şəlalədə çimən adamı söyən həbs edilib. xəbər verir ki, hadisə Sım kəndində yerləşən məşhur Sım şəlaləsində qeydə alınıb. 40 yaşlı kənd sakini Həmid Mədətov (şərti adla) şəlalədə olarkən bir nəfərin suda çimdiyini görüb. Həmid həmin şəxsə ətrafda evlər olmasını və sudan çıxmasını bildirib. Qarş
05.08.2026 218 Bir gündə 13 nəfəri ildırım vurub öldürdü
Hindistanın Carxand ştatında ildırım vurması nəticəsində azı 13 nəfər həyatını itirib. xarici mediaya istinadla bildirir ki, həlak olanlardan 8-i Giridih, 3-ü Dumka, daha 2-si isə Latehar dairəsində qeydə alınıb. Hadisələr güclü leysan və ildırımla müşayiət olunan bir gündə baş verib. Bölgə rəhbərliy
05.08.2026 162 Bu marşrutun hərəkət sxemi dəyişdirildi
Paytaxtın Təbriz küçəsində, metronun "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, təmir işlər
05.08.2026 172 Bu klubların adları dəyişdirildi
I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib. Peşəkar Futbol Liqasından "Qafqazinfo"ya verilən məlumata görə, "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altınd
05.08.2026 176 Keyfiyyətli insan kapitalı iqtisadiyyatın əsas dayağıdır
"Doğum səviyyəsinin azalmasını avtomatik şəkildə iqtisadi fəlakət kimi qiymətləndirmək düzgün yanaşma deyil. Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi təkcə əhalinin sayı ilə deyil, insan kapitalının keyfiyyəti, innovasiya potensialı və əmək məhsuldarlığı ilə müəyyən olunur. Buna görə də əsa
05.08.2026 158 Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq
"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq". "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasınd
05.08.2026 169