Rayondan Bakıya gələnlərin DİQQƏTİNƏ: "Yaşayış yerindən kənarda 60 gündən çox yaşayıb cərimələnməmək üçün..."
Yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaşlar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu barədə ötən gün Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, əgər şəxslər yeddi iş günü ərzində prosesi icra etməsələr, onlara xəbərdarlıq ediləcək və 30 manat cərimə olunacaqlar. Çünki olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.
Məsələyə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov Oxu.Az-a açıqlamasında qeyd edib ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə görə, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır:
"Həmçinin yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra yeddi iş günü ərzində tələb olunan sənədləri ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Nəticədə həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Təbii ki, bir müddət sonra vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu qeydiyyatdan çıxarır".
Millət vəkili bildirib ki, sözügedən qərarın cəmiyyətimizə böyük faydası var:
"Bu qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Bildirim ki, 1990-cı illərin sonu və 2000-ci illərdə bu sahədə pərakəndəlik vardı. İnsanların getdikləri yerdə qeydiyyatda olmaları və daha sonra çıxmaları həm polis, həm də məhkəmə orqanlarına yaşayış sənədlərinin alınıb təqdim olunmasında böyük problem yaradırdı. Bu proseslə bağlı dövlət orqanlarına müraciət edəndə əvvəlki illərdə buraxılmış fəsadlar hiss olunurdu. Ona görə də sistemin tam sadələşdirilməsi hər birimiz üçün vacib məsələdir".
Müsahibimiz hesab edir ki, belə bir addımın atılması həm də hüquqi işlər üçün vacibdir:
"Bu qanundan əvvəl olduğu yerin araşdırılması müvafiq orqanların işini çətinləşdirirdi. Düşünürəm ki, şəxsin olduğu yerlə bağlı hüquqi sənədin olması həm də bəzi şəxsləri cinayət əməllərindən çəkindirər. Bundan əlavə, hərbi səfərbərlik, sosial müavinət, evlənmək, boşanmaq kimi məsələlərlə bağlı da insanın faktiki yaşadığı yerin dəqiq bilinməsi vacibdir. Bu proses vətəndaşların tez tapılmasına xidmət edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1231 Tarix: 17 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 207 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə
07.11.2026 206 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl
07.11.2026 199 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
00:11 128 Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki
07.11.2026 147 Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet
00:29 81