Göyçayda hamilə qadının ölüm səbəbi məlum oldu - TƏFƏRRÜAT
Göyçayda 8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub.
"Report"un xəbərinə görə, hadisə rayonun Çərəkə kəndində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Fidan Kərimova yaşadığı evdə eltisi olan bacısı ilə həyətə düşən zaman qəfildən halı pisləşib.
Bunu görən bacısı qışqıraraq ev sahiblərini köməyə çağırıb. Köməyə ilk gələn F.Kərimovanın qayınatası Qadir Kərimov olub.
Yaxınları dərhal təcili tibbi yardımı köməyə çağırıblar. Ünvana gələn həkim briqadası F.Kərimovanı müayinə edib və onun öldüyünü söyləyib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Qan nümunələrinin analizi nəticəsində hamilə qadının tromboemboliyadan vəfat etdiyi məlum olub.
Yaxınlarının sözlərinə görə, F.Kərimova hamiləliyi dövründə mütəmadi mama-ginekoloqun müayinəsindən keçib. Amma həkimlər onun səhhətində hər hansı problem qeydə almayıblar.
Qeyd edək ki, F.Kərimova 3 ilə yaxındır ailəli olub. Bu, qadının ilk hamiləliyi olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1825 Tarix: 17 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!
Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin
19.12.2025 168 Avropa və Afrikanı sualtı meqatunellə birləşdirmək istəyirlər: Harada çəkiləcək?
Avropadan Afrikaya birbaşa quru yolu ilə keçid ideyası uzun illərdir müzakirə olunur. Lakin indiyədək bu plan mühəndislik baxımından keçilməz sayılan çətinliklərə görə reallaşmayıb. İndi isə alimlər bildirirlər ki, müasir texnologiyalar sayəsində Cəbəllütariq boğazının altından tunel çəkərək Mərakeş
19.12.2025 93 Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb
Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində
19.12.2025 265 Ağakərim bu qəbiristanlıqda dəfn ediləcək
Meyxanaçı Ağakərimin dəfn yeri və zamanı açıqlanıb. -ın məlumatına görə, onun yaxın dostu, meyxanaçı Ağamirzə Məmmədov açıqlamasında bildirib ki, mərhumun nəşi dekabrın 20-də Maştağa qəbiristanlığında torpağa tapşırılacaq
19.12.2025 454 Evdə elə bir yer var ki... bir neçə dəqiqəyə stressi azaldır
Evdə bir neçə dəqiqə ərzində sakitləşdirən və rahatladan bir məkan mövcuddur. Bu barədə məlumat verir:. Evdə sakitlik guşəsi nədir?. Sakitlik guşəsi evdə istirahət və bərpa üçün xüsusi ayrılmış məkandır. Bu zona stress səviyyəsini azaltmağa, diqqəti toplamağa və daxili tarazlığı bərpa etməyə kömək edir
19.12.2025 196 Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla
19.12.2025 189 Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib
19.12.2025 149 Karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus
00:16 96 Brüsseldə polislə fermerlər arasında toqquşma baş verib: Avropa Parlamentinin qarşısındakı ərazi döyüş meydanına çevrilib
Belçikanın paytaxtı və Avropa Birliyinin mərkəzi sayılan Brüsseldə fermerlər Liderlər Zirvəsi zamanı Avropa Parlamenti ətrafında etiraz aksiyası keçiriblər. Polislə fermerlər arasında toqquşma parlamentin ətrafını döyüş meydanına çevirib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Belçikanın paytaxt
19.12.2025 184