Ölüm haqqında sənəd necə alınmalıdır? - Meyit mütləq yarılmalıdırmı?

Ölüm haqqında sənəd necə alınmalıdır? - Meyit mütləq yarılmalıdırmı?Azərbaycanda problemli məsələlərdən biri də ölən şəxsin ölməsi və nədən vəfat etməsi barədə tibbi sənədin alınmasıdır.

İnsanlar təcili yardlmla, polisin arasında get-gəldə qalır.

Medicina.az ölüm şəhadətnaməsinin əldə edilməsinin qanunla tənzimlənməsi prosesini təqdim edir.

Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni müvafiq olaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən tibb müəssisələri və ya patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir.

Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir.

Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.

Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir:

• hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı;
• infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;
• tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında;
• zorakı ölümə şübhə olduğu hallarda;
• ölümün baş vermə səbəbi məlum olmayan hallarda.
• ölənin qohumları tərəfindən şikayət olduğu hallarda.

Eyni zamanda Əhalinin sağlamlığının qorunması haqqında qanunun 41-ci maddəsinə əsasən patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər.

Beləliklə, yuxarıda göstərilən hallarda pataloji-anatomik yarma aparılmadan ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi qeyri-mümkündür.

Digər hallarda patoloji-anotomik yarma aparılmadan (ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin xahişi ilə) ölüm haqqında tibbi şəhadətnamə verilə bilər.
Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1123   Tarix: 17 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigar Fərhadın əri həbs edildi

Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib. qafqazinfo-ya istinadla xəbər verir ki, iş onun faktiki rəhbərlik etdiyi "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlıdır. Qeyd olunur ki, bir müddətdir "AİD Group"la bağlı şikayətlər səngimirdi. Hüquq-mühafizə orqanlarını

05.08.2026 301
.

İran və Oman Hörmüz boğazı üzrə razılığa gəldilər

İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər. TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Tərəflərin nəzərdən keçirdiy

05.08.2026 155
.

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur. "Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizli

05.08.2026 107
.

Sım şəlaləsində çimən turisti söydü, həbs olundu - Qəribə OLAY

Astarada şəlalədə çimən adamı söyən həbs edilib. xəbər verir ki, hadisə Sım kəndində yerləşən məşhur Sım şəlaləsində qeydə alınıb. 40 yaşlı kənd sakini Həmid Mədətov (şərti adla) şəlalədə olarkən bir nəfərin suda çimdiyini görüb. Həmid həmin şəxsə ətrafda evlər olmasını və sudan çıxmasını bildirib. Qarş

05.08.2026 218
.

Bir gündə 13 nəfəri ildırım vurub öldürdü

Hindistanın Carxand ştatında ildırım vurması nəticəsində azı 13 nəfər həyatını itirib. xarici mediaya istinadla bildirir ki, həlak olanlardan 8-i Giridih, 3-ü Dumka, daha 2-si isə Latehar dairəsində qeydə alınıb. Hadisələr güclü leysan və ildırımla müşayiət olunan bir gündə baş verib. Bölgə rəhbərliy

05.08.2026 162
.

Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Paytaxtın Təbriz küçəsində, metronun "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, təmir işlər

05.08.2026 172
.

Bu klubların adları dəyişdirildi

I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib. Peşəkar Futbol Liqasından "Qafqazinfo"ya verilən məlumata görə, "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altınd

05.08.2026 176
.

Keyfiyyətli insan kapitalı iqtisadiyyatın əsas dayağıdır

"Doğum səviyyəsinin azalmasını avtomatik şəkildə iqtisadi fəlakət kimi qiymətləndirmək düzgün yanaşma deyil. Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi təkcə əhalinin sayı ilə deyil, insan kapitalının keyfiyyəti, innovasiya potensialı və əmək məhsuldarlığı ilə müəyyən olunur. Buna görə də əsa

05.08.2026 158
.

Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq

"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq". "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasınd

05.08.2026 169
.

TOP MP3