Məşhur plastik cərrahdan NÜMUNƏVİ ADDIM: Qazimizi pulsuz əməliyyat etdi - FOTO
Azərbaycanlı məşhur plastik cərrah Vüqar Ələkbərov Vətən müharibəsi qazisini Sadəddin Bayramovu pulsuz əməliyyat edib.
Bu barədə Sonxeber.az-a qazimizin özü məlumat verib.
Şəki rayonunun Baş Zəyzidkəndində anadan olan Sadəddin Bayramov bunları danışıb:
"5 aprel 2015-ci ildə hərbi xidmətə yollanmışam. 2016-cı ildə N saylı hərbi hissənin əsgəri olaraq aprel döyüşlərində iştirak etmişəm. 2020-ci ildə səfərbərlik elan ediləndə könüllü olaraq hərbi hissəyə getdim və həmin ilin 29 sentyabr tarixində Qarabağ uğrunda döyüşlərə qatılmaq üçün xidmətə yola düşdüm. Həmin bölgədə böyük fəxr hissi və həvəslə hərb sənəti və döyüş taktikasının təlim edildiyi hərbi kurslarda iştirak etdim.
Topxana, Daşaltı, Şuşa, Xankəndi istiqamətindəki döyüşlərdə iştirak etmişəm. 8 noyabr 2020-ci il tarixində Xankəndi uğrunda gedən döyüşlərdə ağır yaralandım. O an çox aydın yadımdadır. Gözlərim qaralırdı, "kəlmeyi-şəhadət"i dilimə gətirdim, lakin qəlbimdə rahat idim. Mən xəstəxanaya aparıldıqdan bir neçə gün sonra məşhur plastik cərrah Vüqar Ələkbərov könüllü olaraq məni əməliyyat etdi. Qolumdan 3 dəfə əməliyyat olundum. Hər üç əməliyyatımı da Vüqar Ələkbərov etdi. Bütün əməliyyatlarım uğurla keçib".
Sadəddin Bayramov bir neçə gün öncə Vüqar Ələkbərovun onu yenidən əməliyyat etdiyini söyləyib:
"Uzun müddətdir ki, nəfəs almaqda çətinlik çəkirdim. Can Klinik Tibb Mərkəzinə gedərək Vüqar həkimin məni müayinə etməsini xahiş etdim. Vüqar Ələkbərov müayinədən sonra məni pulsuz əməliyyat edəcəyini bildirdi. Rinoplastika ve çəpər əyriliyi əməliyyatı olundum. Digər əməliyyatlarım kimi, bu əməliyyatım da uğurla keçdi. Vüqar həkimə nə qədər təşəkkür etsəm, azdır. Bu insan bütün əməliyyatlarımı təmənnasız edərək mənə sağlamlığıma qovuşmaqda kömək etdi. Yaxşı ki, belə peşəkar və vicdanlı həkimlərimiz var! Çox şadam ki, Vüqar həkimi tanıyıram və məhz onun qızıl əlləri sayəsində sağlamam".





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1050 Tarix: 17 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖzbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 141 Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
00:07 100 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 185 Əməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 86 Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
00:10 133 Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd
00:07 120 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195 65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
00:13 109 Qızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
07.11.2026 181