DİQQƏT! - Mobil telefonunuza SMS gəldikdən sonra 500 AZN alacaqsınız

DİQQƏT! - Mobil telefonunuza SMS gəldikdən sonra 500 AZN alacaqsınızAzərbaycanda uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat təyin olunub.

BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Yeni fərmandan sonra övladı olmuş hər bir Azərbaycan vətəndaşı dövlətdən 500 AZN sosial müavinət ala biləcək.

Yeni doğulan uşaqlar üçün birdəfəlik müavinəti almaq üçün vətəndaşlar hansı proseduru keçməlidir? Hansı sənədləri müvafiq quruma təqdim etməlidir? Valideynlər 500 AZN müavinəti hansı vasitə ilə ala bilərlər?

Bu suallara cavab tapmaq məqsədilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, 2019-cu ilin oktyabr ayından uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi hər iki valideyn işləmədikdə elektron sistem üzərindən, proaktiv qaydada həyata keçirilir:

"Yəni hər hansı sənəd təqdim edilmədən bu müavinət avtomatik təyin olunur. Valideynlərdən biri işlədiyi halda isə işləyən valideyn zəruri sənədləri iş yerinə təqdim edir və işlədiyi müəssisə həmin sənədləri elektron hökumət portalı üzərindən heç bir vətəndaş məmur təması olmadan Nazirliyin Mərkəzi Elektron İnformadiya Sisteminə göndərir. Sənədlər düzgün tərtib olunub göndərildiyi halda tərəfimizdən bu müavinətin ödənilməsi təmin olunur.

1 yanvar 2021-ci il tarixdən sonra anadan olmuş uşaqlara görə işləyən valideynə məcburi dövlət sosial sığortası hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı da proaktiv qaydada həyata keçirilir. Uşağın anadan olması ilə bağlı müvafiq məlumatlar Ədliyyə Nazirliyinin elektron informasiya sistemindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya olunduqdan sonra artıq həmin sistemdən əldə olunan məlumatlar əsasında birdəfəlik müavinət proaktiv qaydada təyin olunur.

5 iş günü ərzində müavinətin ödənilməsi təmin olunur və təyinat aparılmış işləyən valideynin adına olan mobil telefon nömrəsinə bu barədə SMS məlumat gönədirilir. Bunun üçün hər hansı quruma müraciət və sənəd təqdim etməyə artıq ehtiyac yoxdur və şəxsiyyətini təsdiq edən sənədlə istənilən Kapital Bank filialına yaxınlaşıb uşağının anadan olmasına görə birdəfəlik müavinəti ala bilər.

Adına mobil telefon nömrəsi olmadığı üçün sms bildiriş almayan şəxslər bu barədə məlumat almaqdan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Həmçinin 01 noyabr 2021-ci il tarixdən uşağın anadan olmasına görə müavinət hər iki valideyn işləmədiyi halda vətəndaşlara "Azərpoçt" MMC vasitəsilə çatdırılır. Həmin vəsaiti "Azərpoçt"un istənilən filial və şöbəsində əldə edə bilərlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 31665   Tarix: 16 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 185
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 86
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 133
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 120
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.