Bu il də bahalaşma olacaq? - AÇIQLAMA

Bu il də bahalaşma olacaq? - AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən həftə Prezident İlham Əliyev ölkədə əhalinin sosial təminatının gücləndirilməsi məqsədilə yeni sərəncam və fərmanlar imzalayıb. Bununla da bir sıra dövlət qurumlarında çalışanların əmək haqqları, eləcə də sosial müavinətlər və təqaüdlər artırılıb.

Sual yaranır ki, minimum əməkhaqqının və pensiyaların artımı ərzaq və qeyri-ərzaq məhsullarının yenidən bahalaşmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı iqtisadçı ekspert Mahir Zeynalov BiG.AZ-a açıqlamasında bildirib ki, pensiyaların, sosial müavinatların, minimum aməkhaqqının artırılması bahalaşmaya bir növ kompensasiyadır:

"2022-ci il üzrə rəsmi inflyasiya 15 faizdir. Yəni bu, orta rəqəmdir. Əslində, ərzaq qiymətləri daha çox bahalaşıb. 15 faiz qeyri-ərzaq məhsulları ilə birlikdə orta qiymətdir. Təbii ki, ərzaq məhsullarının bahalaşması bu faizdən yüksəkdir. Ancaq istənilən halda dövlət tərəfindən qeyd olunan artımların, pensiyaların, sosial müavinatların, minimum aməkhaqqının artırılması qiymət artımına bir növ kompensasiyadır. Yəni qiymət artımları əhalinin xərcləri artmış olur. Bu baxımdan o artımlar müsbət qiymətləndirilməlidir. Həmçinin Cənab Prezident özü də qeyd etdi ki, 15 faiz minimum əməkhaqqının artırılması əslində inflyasiyaya uyğun olaraq 15 faiz artırılıb. Yəni indeksləşmə aparılıb ki, sosial cəhətdən əhalinin həssas qrupu sosial baxımdan müdafiə olunsun. Yəni inflyasiya artımına uyğun olaraq onların gəlirləri kompensasiya olunsun".

Ekspert qeyd edib ki, ölkədə maaş artımı özəl sektorda çalışan şəxslərə də şamil olunur:

"Minimum əməkhaqqının 15 faiz artırılaraq 300 manatdan 345 manata qaldırılması, həmçinin özəl sektorda çalışanlara aiddir. Yəni sahibkarın öz gəlirini artırıb azaltması öz əlindədir. Lakin sahibkarlıq müəssisəsində çalışan işçilərin də minimum əməkhaqqısı ən azı 15 faiz artırılmaldır. Sahibkar öz işçilərinə 345 manatdan aşağı əməkhaqqı təyin edə bilməz. Bu, məcburi bir qaydadır. Sahibkar da bütün işçiləri üçün minimal əməkhaqqını 345 manata qaldırmalıdır. Yəni özəl sektorda çalışanlara da həmin artımlar şamil olunur. Bu, məcburi qaydadır".

Marketlərdə süni qiymət artımından danışan iqtisadçı bildirib ki, 2022-ci ildə dünyada ərzaq qıtlığı baş verdikdən sonra yaranan bahalaşma bu ildə davam edə bilər:

"Qiymət artımlarına təsir edən müxtəlif amillər var. Onlardan birincisi dünya bazarında ərzağın bahalaşmasıdır. Bu proses təkcə bizdə getmir. Bildiyimiz kimi, Rusiya-Ukrayna müharibəsi ərzağın bahalaşmasına birbaşa təsir edən amillərdən biridir. Təbii ki, digər amillər də var. Dünya bazarında baxsaq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqlamalarında da biz görürük ki, bu qiymət artımları 2022-ci ildə olub. Hətta 2023-ci ildə də qiymət artımları baş verəcək. Çünki dünyada həm ərzaq qıtlığı, həm də müharibələr var. Yəni səbəblərdən biri bununla bağlıdır. Bu da Azərbaycana da təsir edir. Çünki biz bir çox ərzaq məhsullarını idxal edirik və idxal məhsulları bahalaşır. Bundan əlavə əgər hər hansı süni qiymət artımları varsa burada artıq antiinhisar qanunvericilik işə salınmalıdır və süni qiymət artımına qarşı qanunvericilik çərçivəsində tədbirlər görülə bilər. Amma ümumilikdə götürəndə Azərbaycanda qiymətlər sərbəstdir, xüsusən də ərzağın və qeyri-ərzaq məhsullarının qiymətini bazar müəyyənləşdirir. Bu baxımdan burada qiymətlərin tənzimlənməsinin ən yaxşı üsulu rəqabət mühitinin formakaşdırılmasıdır. Bu, antiinhisar mübarizədir".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1347   Tarix: 16 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.