Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? - ARAŞDIRMA

Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? - ARAŞDIRMASon vaxtlar ölüm haqqında tibbi şəhadətnamənin alınması zamanı problemlərlə üzləşənlərin sayı artmaqdadır. İnsanlar problemi həll etmək üçün məhkəməyə üz tutmaq məcburiyyətində qalırlar. Bunun özü də kifayət qədər əlavə xərclərə gətirib çıxarır.

Bəs dəfn pulunu almaqda insanlar üçün problem yaradan səbəblər nədir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Atamın ölüm kağızını almaq üçün Xırdalan Ailə Sağlamlıq Mərkəzinə getmişdim. Ailə həkimi dedi ki, atanız bizdə qeydiyyata düşməyib, mənim pasiyentim olmayıb, onun xəstəliyi barədə məlumatsızam. Atam TƏBİB sistemində olan ixtisaslaşmış xəstəxanalarda müalicə olunub və orda qeydiyyatda olub. Ancaq dedilər ki, məhkəməyə müraciət etməlisiniz. İndi mən atamın rəhmətə getməsini sübut etmək üçün neyləməliyəm? Ölüm faktı var, Təcili Tibbi Yardım xidməti də faktı qeydə alıb. Atam TƏBİB sistemində qeydiyyatda olubsa niyə məhkəməyə üz tutmalıyam?", deyə iqtisadçı Samir Əliyev sosial şəbəkədə yazıb.

Jurnalist Elman Cəfərli də eyni problemi yaşadıqlarını qeyd edib:

"Bacımın həyat yoldaşı xəstə idi. Qaradağ rayonunun Səngəçal qəsəbəsində yaşayırlar. Ötən ilin aprelində bacımın həyat yoldaşının halı pisləşəndə ailə üzvləri təcili tibbi yardım çağırıblar. Təcili Tibbi Yardım xidmətinin həkimləri gəlib, müayinə ediblər, ölüm faktını qeydə alıblar. Amma "ölüm kağızı" deyilən sənədi verməyiblər. Deyiblər ki, Sahil qəsəbəsində yerləşən xəstəxanadan alın. Orada isə deyiblər ki, məhkəməyə müraciət edin. Dövlətin verdiyi dəfn pulunu ailə min bir zülmlə ala bildi".

Ümumiyyətlə, ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün məhkəməyə üz tutanların sayı artıb. Tibbi şəhadətnamə olmadığı halda isə vətəndaşlar ölüm haqqında şəhadətnaməni əldə edə bilmirlər. Bu sənəd olmadıqda isə "dəfn pulu"nu (Dəfn üçün dövlət tərəfindən verilən birdəfəlik müavinət) vaxtında ala bilmirlər. Məhkəmə yolu ilə aldıqda isə, dövlətin verdiyi 350 manatlıq (2023-cü il yanvarın 1-dən 500 manat - red.) müavinəti də elə məhkəmə yolunda xərcləyirlər.

Ötən ilin sentyabr ayında vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin alınması qaydasının elektronlaşdırılması xəbərini oxuduq. Elektronlaşırsa, deməli, asanlaşır. Bəs bu gün niyə bu problem yaşanır?

Hüquqşünas Araz Nurməmmədov bildirib ki, bu məsələ ilə bağlı məhkəmə mübahisələri kifayət qədər olur:

"Daha çox mübahisəli məqam Təcili Tibbi Yardımdan sənəd alınmadığı halda olur. Tutaq ki, ölüm hadisəsi baş verir, Təcili Tibbi Yardım çağırıblar. Təcili Tibbi Yardım həmin şəxsə arayış verir ki, bu adam artıq ölüm anına çatıb. Ancaq Təcili Tibbi Yardım bunu o halda verir ki, həmin şəxslər ondan nə isə sənəd istəyirlər. Təbii ki, ölüm hadisəsi baş verən anda adamların sənəd heç yadlarına da düşmür. Üstündən müəyyən vaxt keçəndən sonra sənəd üçün müraciət edirlər, bu zaman Təcili Tibbi Yardım o faktı ortaya qoyub şəxsə arayış verə bilmir. Buna görə artıq iş məhkəməyə keçir. Dövlət Təcili Tibbi Yardım qarşısında bu kimi hallarda mütləq sənəd verilməsi ilə bağlı tələb qoysa, problem xeyli azalacaq".
Hüquqşünas Ceyhun Cəfərli qeyd edib ki, ölüm faktını qanunla müəyyən edilən qaydada təsdiq etmək mümkün olmadığı halda bu işə məhkəmədə baxılmalıdır:

"Ucqar kənddə biri evdə vəfat edibsə, ölüm faktı səhiyyə orqanlarının, həkimlərin nəzarətindən kənarda baş veribsə, orada həkim ölüm faktını görməyibsə, ona həkim arayış verməməkdə haqlıdır. Bu halda da məhkəmə formasında həll edilir. Ancaq şəhərdə hər tərəfin tibb müəssisəsi olduğu yerdə bu problemin daha asan həll yolu ola bilər. Səhiyyədə qarşılıqlı əlaqə olarsa, bu məsələ daha asan həll olar. Vətəndaşlar məhkəməyə düşməzlər".

Ekspert İlqar Hüseynli deyir ki, burda məsələnin üzərinə vaxtında düşülməməsi problem yaradan məqamdır:

"Dünyadan köçən hər bir insanın ölüm səbəbi ilə bağlı həkimin rəyi - ölüm haqqında tibbi arayış mütləq olmalıdır. Bununla bağlı məlumatlı olmaq və o rəyi vaxtında almaq lazımdır. Bizdə çox vaxt belə olur ki, əksəriyyət yas mərasimini yola verdikdən xeyli sonra bu barədə düşünür. Tutaq ki, uzun sürən xəstəlikdən sonra evdə vəfat edib. Yaxınlıqdakı poliklinikada qeydiyyatı yoxdur, həkimlər onunla bağlı məlumatlı deyillər. Belə hallarda hansısa sənəd vermək poliklinika üçün də çətin olur. Görmədikləri adama necə sənəd versinlər? Məhkəmə araşdırma aparır, həkim rəyi yazılır və ondan sonra ölüm haqqında şəhadətnamə üçün müraciət edilir".

Səhiyyə Nazirliyindən bildirilib ki, "Ölüm haqqında tibbi şəhadətnamə" mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Eyni zamanda bildirildi ki, Səhiyyə Nazirliyi Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli 21 nömrəli kollegiya qərarı ilə qaydalara müvafiq dəyişikliklər edilib. Dəyişikliyə əsasən, həkim və ya feldşer tərəfindən "Ölüm haqqında tibbi şəhadətnamə"nin elektron qeydiyyatı aparılır, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün təqdim edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər.

TƏBİB-dən mövzu ilə bağlı bildirilib ki, "Ölüm haqqında tibbi şəhadətnamə"nin tərtibi və təqdim edilməsi proseduru Səhiyyə Nazirliyi Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası" ilə tənzimlənir. Həmin qaydaya görə, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir.

Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq etməlidir.

Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.

Qeyd edildi ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.

Belə qənaətə gəlirik ki, burda fərq yaradan məsələlər var. Yəni ölüm hadisəsinə, baş verdiyi yerə bağlı olaraq sənəd üçün üz tutacağımız ünvan da fərqli ola bilir. Vətəndaşların üzləşdikləri problemlərin bir çoxu həm də ondan yaranır ki, yaşadığımız və qeydiyyatda olduğumuz yer fərqlidir. Tələb olunan odur ki, biz yaşadığımız ərazidəki poliklinikada qeydiyyat kartımızı yaratmalıyıq. Əgər yaratmırıqsa, qeydiyyatda olduğumuz ərazidəki tibb müəssisəsi bizə sənəd verə bilmir.

Millət vəkili Ceyhun Məmmədov deyir ki, ölüm hadisəsi ilə bağlı hər hansı mübahisəli məqam yoxdursa, insanları məhkəməyə salmamalıyıq. Bu prosedur asanlaşdırılmalı, insanlara dəfn pulu vaxtında verilməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1714   Tarix: 15 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

TOP MP3