İlham Əliyev BƏƏ Prezidenti ilə görüşüb - YENİLƏNİB + FOTO
Yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı səfərə dəvətə görə minnətdarlığını bildirdi, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu dedi.
Prezidentlər Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin sülhsevər dövlətlər olduqlarını qeyd etdilər, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdikləri səyləri vurğuladılar.
Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirildi, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edildi.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin mühüm uğurlara imza atdığını, ciddi texnoloji nailiyyətlər əldə etdiyini dedi, bu münasibətlə təbriklərini çatdırdı.
Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət etdi.
Dəvət minnətdarlıqla qəbul olundu.
17:52
Yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 709 Tarix: 15 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBir qədəh şərab kimə faydalıdır - Kişilərə, yoxsa qadınlara?
Tədqiqatçılar şərabın qədərində istifadəsinin ömür uzunluğuna təsiri ilə bağlı yeni məlumatlar təqdim ediblər və maraqlı bir fərq aşkar ediblər: bu təsir daha çox kişi orqanizmi ilə bağlıdır. Məlum olub ki, kiçik miqdarda şərab kişilərə əlavə olaraq təxminən altı ay ömür qazandıra bilər. Qadınlarda is
09.04.2026 501 Kalkulyatordan AI-yə: eyni qorxular, fərqli dövr
"Süni intellektin insan təfəkkürünü zəiflədə biləcəyi ilə bağlı narahatlıqlar müəyyən qədər başa düşüləndir. Çünki bəzi hallarda insanlar düşünmək, analiz etmək əvəzinə hazır cavablara üstünlük verirlər. Lakin burada əsas məsələ texnologiyanın özü deyil, onun istifadə tərzidir". Bunu BİG.AZ-
14:58 162 "İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir..."
"İmtahan suallarının real həyatla uyğunluğunun artırılması olduqca vacib məqamdır". "Qafqazinfo" "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-prakti
12:14 244 Azərbaycanda 40 saatlıq iş norması sadəcə kağız üzərində qalır - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Azərbaycanda əmək qanunvericiliyinə əsasən həftəlik 40 saatlıq iş norması müəyyən edilsə də, reallıqda bu norma işləmir. İşçilər gündə 10-12 saat, həftə ərzində isə 60-70 saat çalışır və bu artıq ənənə halını alıb. Əmək müqaviləsində nəzərdə tutulmayan əlavə işlərin işçilərə gördürülməsi də geniş yayılı
14:55 183 Azərbaycanda 5G texnologiyası üçün tezlik zolaqları müəyyənləşdiriləcək
Azərbaycanda 5G texnologiyasının tətbiqi ilə bağlı Lisenziya Müqaviləsinə müvafiq əlavələr hazırlanacaq. "APA-Economics"in əldə etdiyi məlumata görə, ölkədə 5G texnologiyası üçün tezlik zolaqları müəyyənləşdiriləcək. Eyni zamanda bu zolaqların digər xidmətlərdən boşaldılması və operatorlar
09.04.2026 483 "WhatsApp" mesajlarımız oxunur? - Durovdan iddia
"WhatsApp" istifadəçilərin mesajlarını üçüncü tərəflərə ötürür". "Qafqazinfo" xəbər verir ki, bu iddianı "Telegram"ın təsisçisi Pavel Durov öz messencerindəki şəxsi kanalında paylaşıb. O, "WhatsApp"ın şifrələməsini "tarixdə istehlakçıların ən böyük aldadılmas
12:10 252 Zavod çörəkləri niyə tez quruyur? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda zavod çörəklərinin son vaxtlar alındıqdan qısa müddət sonra, təxminən 2-3 saat ərzində quruması istehlakçılar tərəfindən müşahidə olunur. Əvvəllər daha uzun müddət yumşaqlığını saxlayan çörəklərin indi tez sərtləşməsi gündəlik alış-veriş zamanı diqqət çəkən məsələlərdən birinə çevrilib
15:59 133 Fatmayı bələdiyyəsinin sədrinin yalanı üzə çıxıb - 13 hektar sahə...
Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin sədri Nəsir Nəsirlinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb. "Qafqazinfo" Baş Prokurorluğa istinadən xəbər verir ki, torpaqları qanunla nəzərdə tutulan dəyərindən aşağı satmaqda təqsirləndirilən sədr barəsində cinayət işi məhkəməyə göndərilib
11:10 216 SON DƏQİQƏ! Vens Pakistana yola düşdü - İranla danışıqlar bu gecə başlayır
ABŞ-ın vitse-prezidenti JD Vens Pakistanın İslamabad şəhərinə səfərə yola düşüb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, səfərin əsas məqsədinin regionda artan gərginlik fonunda diplomatik danışıqların aparılması olduğu bildirilir. Məlumata əsasən, Vens-in səfəri ABŞ və İran arasında mövcu
15:40 160