Evdə stomatoloqluq etmək fikrinə düşməyin - Həkim məsləhətləri

Evdə stomatoloqluq etmək fikrinə düşməyin - Həkim məsləhətləriHəkim bildirir ki, yeni çıxan cihazlarla evdə həkimlik etmək dişlərimizi zədələməyimizə səbəb ola bilər. Çünki o alətlərlə necə düzgün işləmək lazım olduğunu stomatoloq daha yaxşı bilir.

Elm və texnologiya sürətli inkişafdadır. Hər gün yeni-yeni alətlər ixtira olunur. İnkişaf o dərəcədədir ki, insanlar evdə özləri özlərinə həkimlik də edə bilirlər. Məsələn, artıq stomatoloq yanına getmədən özləri dişlərini bəyazlada, ərpini təmizləyə bilirlər. Necə? Yeni çıxan alətlər sayəsində. Əsasən xarici ölkələrdə satılan bu alətlər artıq ölkəmizdə də məşhurdur. Bazarda müxtəlif cür stomatoloji alətlər satılır. Hansı ki, insanlar əvvəllər dişlərini yalnız stomatoloqlara bəyazladar, ərpini təmizlədərdilər. Yəni bir zamanlar yalnız stomatoloqun kabinetində görülən işləri hazırda insanlar evdə də rahatlıqla edə bilər. Bəs görəsən mütəxəssislər nə deyir? Bu cür aparatlardan ev şəraitində istifadə etmək düzgündürmü?

"Kaspi" qəzeti bu sualları sahənin mütəxəssisinə ünvanlayıb.

Bərkimiş diş daşlarını heç bir fırça təmizləyə bilməz

Stomatoloq Rəsul Tağıyev açıqlamasında dedi ki, bu cür alətlərdən yalnız elektrikli fırçalardan istifadə etmək olar: "Alət fırça şəklindədirsə, istifadə etmək olar. Məsələn, elektrikli diş fırçaları sonik və ultrasonik olur. Sonik və ultrasonikin fərqi səs tezliyinə görədir. Səs tezlikli, yəni sonik fırçalarda 1 dəqiqədə tükcüklər 32 min dəfə hərəkət edir. Bu hərəkətlər nəticəsində dişin üzərində olan yumşaq ərp təmizlənir. Ultra yüksək tezlikli fırçalarda isə tükcüklər 1 dəqiqədə 100 milyon dəfə hərəkət edir. Ultra səs vibrasiyası nəticəsində dişin səthində olan ərp parçalanır və yuyulub gedir. Bərkimiş diş daşlarını bu fırçalar da təmizləyə bilməz. Onlar yalnız stomatoloqun kabinetində, xüsusi qurğuların köməyi və məxsusi metodika ilə təmizlənə bilər. İnsanın ağzında keramik vinirlər varsa, elektrikli fırçalar məsləhət görülmür. Çünki onlardan istifadə vinirin qopmasına səbəb ola bilər".

Dişləri ağartmaq üçün olan gellərdən kortəbii istifadə etmək olmaz

Həkim bildirdi ki, insanların evdə istifadə etdiyi diş ağartmaq üçün olan gellərin stomatoloq nəzarəti olmadan istifadəsi qadağandır: "Apteklərdə, tibbi marketlərdə müxtəlif yönümlü cihazlar satılır. Dişləri kimyəvi ağartmaq üçün içərisində hazır gel olan kappalar var. Bəzi tibbi market və apteklərdə satılır. Onların da stomatoloq nəzarəti olmadan istifadə olunması məsləhət deyil. Çünki o dərmanların tərkibində diş ətini həddən çox qıcıqlandıran aqressiv maddələr var. Kimyəvi tərkibli olan gellərlə dişin üzərindəki piqmentləri yalnız stomatoloqun nəzarəti altında xüsusi prosedur vasitəsilə təmizləmək olar. Bu dərmanların istifadəsindən əvvəl stomatoloq tərəfindən diş əti xüsusi materialla örtülür ki, qıcıqlanmasın. Gelin neçə dəqiqə qalması, hansı hallarda dərhal yuyulması və ya artırılmasını stomatoloq daha yaxşı bilir. Həmin gellər dodağa, diş ətinə, dilə dəyəndə kimyəvi yanıqlar əmələ gətirə bilər".

Bu alətdən ev şəraitində istifadə etmək olmaz

R.Tağıyevin sözlərinə görə, ev şəraitində bu alətlərdən istifadə etsək həm diş minamız, həm də diş ətimizdə travmalar yarada bilərik: "Stomatoloqların diş daşlarını təmizləmək üçün skeyler adlandırılan ucu iti aləti var. Bu alət brend firmalar tərəfindən hazırlanmalı, keyfiyyəti yüksək olmalıdır. Stomatoloq diş ətini və səthini insanın güzgüdə gördüyündən daha yaxşı görür. Alət dişin səthinə hansı bucaq altında tətbiq edilməli, necə tutulmalı, dişin səthini cilalayıb, parlatmalıdır, - bunları yalnız stomatoloq bilir. Ona görə bu alətdən ev şəraitində istifadə etmək qəti şəkildə yolverilməzdir. Ev şəraitində mina qatında istər-istəməz cızılmalar və çatlar əmələ gələ, diş əti travmaya məruz qala, qanaya bilər".

6 aydan bir stomatoloqa getmək lazımdır

Stomatoloq qeyd etdi ki, problemin ən yaxşı həll yolu həkimə vaxtında getməkdir: "Bütün dünyada dişə necə qulluq edilməsindən asılı olmayaraq 6 aydan bir profilaktik baxış üçün stomatoloqa getmək tövsiyə olunur. Çünki dişin elə səthi var ki, insan onu görə bilmir. Orada diş ərpi toplanır, yaxud kariyes inkişaf edir. Stomatoloq isə xüsusi alətlərin köməyi ilə onları görə bilir və vaxtında aradan qaldırır".

Dişlərin sağlam olması üçün bütün bədən sağlam olmalıdır

R.Tağıyevin fikrincə, dişlərimizi qorumaq üçün diqqət etməli olduğumuz məqamlar var: "Dişlərimiz bütün orqanlarla sıx əlaqədədir. Yəni dişlərin sağlam olması üçün bütün bədən sağlam olmalıdır. Qidalanmağımıza fikir verməliyik. Şirniyyat və un məmulatları, sorma konfetləri çox yemək olmaz. İçilən suyun tərkibi də böyük rol oynayır. Dişlərin tüpürcək ilə yuyulması önəmlidir. Yəni nə qədər tüpürcək ifraz olunarsa, dişlərin səthi ərpdən yaxşı yuyular. Ola bilir ki, müəyyən səbəblərdən ağız boşluğunda tüpürcək ifrazı azalır. Bu da azalanda diş səthi pis yuyulur, kariyes əmələ gəlir. Məsələn, siqaret çəkən insanlarda, tüpürcək vəzi xəstəliklərində, şəkərli diabetdə, bir sıra nevroloji xəstəliklərdə də tüpürcək ifrazında problemlər yaranır. Dişlər gündə ən azı 2 dəfə fırçalanmalıdır. Qida qəbul etdikdən sonra ağız boşluğu yaxalanmalıdır. Dişlərin sağlam olması bu faktorlardan asılıdır".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1028   Tarix: 15 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Axşam yeməyi hazırlayarkən dondurucudan çıxarılan qiymənin gec əriməsi mətbəxdə ən çox qarşılaşlan problemlərdəndir. Dondurulan ətin mərkəzinə istilik gec çatdığı üçün ərimə prosesi saatlar çəkir. Lakin dondurucuya qoymazdan əvvəl tətbiq ediləcək sadə bir üsulla bu müddəti dəqiqələrə endirmək mümkündür

01.11.2026 599
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1577
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 681
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 347
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 347
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

01.11.2026 558
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 346
.

Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən

01.11.2026 441
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

01.11.2026 688
.