Kikabidzenin dəfn olunacağı yer və tarix bəlli olub – YENİLƏNİB
Gürcüstanlı tanınmış aktyor və müğənni-bəstəkar Vaxtanq Kikabidze yanvarın 19-da Tbilisidəki Vera qəbiristanlığında anasının məzarı yanında dəfn olunacaq.
Bu barədə bazar günü sənətkarın meneceri Rati Abzianidze məlumat verib.
"Ailəsinin qərarı, həm də sağlığında özünün arzusu belə olub ki, o, anasının dəfn olunduğu Vera qəbiristanlığında basdırılsın", - deyə Abzianidze bildirib.
Onun sözlərinə görə, aktyorun anım mərasimi hələ ki dəqiqləşdirilməyən kilsədə keçiriləcək, bundan sonra tabut Tiflis Filarmoniyasına çatdırılacaq, daha sonra isə dəfn mərasimi keçiriləcək.
Qeyd edək ki, Kikabidze yanvarın 15-də Tiflisdə 84 yaşında vəfat edib. Onun cənazəsi Tiflisdəki "New Hospitals"dan şəhərin mərkəzində yerləşən evinə aparılıb.(oxu.az)
Mənbə: TASS
14:30
Gürcüstanın Xalq artisti, tanınmış aktyor, rejissor və müğənni Vaxtanq Kikabidze 85 yaşında vəfat edib.
Bu barədə Gürcüstanın "Mtavari Arxi" televiziyası məlumat yayıb.
Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır.
Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.
2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.
Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı (1978) və Gürcüstan Dövlət mükafatı laureatı (2013) olan sənətçi 2020-ci ildən 7-ci çağırış Gürcüstan parlamentinin fəal deputatı olub.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1514 Tarix: 15 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250