Ruben Vardanyan Qarabağdan qaçmağa hazırlaşır
Azərbaycanın Qarabağ iqtisadi zonasına sığınaraq, öz varidatını Qərbin sanksiyalarından qorumağa çalışan rusiyalı milyarder Ruben Vardanyanın Xankəndidən qaçacağı barədə məlumata daha biri əlavə olunub.
Ruben Vardanyanın yaxın vaxtlarda separatçıların "dövlət naziri" vəzifəsindən azad ediləcəyini yazıb. İddiaya görə, buna səbəb Vardanyanın son qalmaqallı açıqlamaları göstərilir.
Vardanyanın "qalmaqallı açıqlamaları" dedikdə isə onunla Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı konflikt göstərilir. R.Vardanyan hər fürsətdə Paşinyanı tənqid edir, ən sonuncu çıxışında isə "Ermənistan hakimiyyəti bizə heç bir kömək etməyəcəyini bildirdi" deməklə, Paşinyanı hədəfə çıxarmışdı.
Qeyd edək ki, bundan öncə R.Vardanyanın Rusiyadakı və Ermənistandakı bütün əmlaklarını sataraq, məxfi şəkildə Britaniyaya yerləşdirdiyi haqda məlumat yayılmışdı. Bildirilirdi ki, Vardanyan Qarabağda qalmağın "perspektivsizliyini" anlayıb və aradan çıxmağa hazırlaşır.
Ümumiyyətlə isə onun Qarabağa sığınması öz var-dövlətini sanksiyalardan qorumağa hesablanmışdı. Çirkli yollarla milyardlıq varidat toplayan Vardanyan Qarabağın təbii sərvətləri hesabına pul qazanmağa davam edəcəyini və çirkli pullarını yuyacağını hesablamışdı. Məhz buna görə də 10 dekabr 2022-ci ildə Azərbaycan mütəxəssislərinin yataqlarda monitorinqinə imkan verməmək üçün "aksiya" təşkil etmişdi.
Vardanyanın öz hiyləsi öz başında çatlayandan – ekoloji terroruna qarşı azərbaycanlı ekofəalların aksiyası başlayandan sonra isə ona münasibət də dəyişdi. Artıq hər kəs anladı ki, Vardanyan yalnız sərvətini qorumaq və artırmaq üçün Qarabağdakı erməni icmasından sui-istifadə edir.
Bundan sonra isə onun sərvətini Britaniyaya daşıdığı, özünün isə qaçmağa hazırlaşdığı haqda məlumat yayıldı. Görünür, Vardanyan "üzusulu" getmək üçün "vəzifədən çıxarılmasına" çalışır./Axar
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 865 Tarix: 15 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPomidorun qabığı niyə qalın olur? - Bağbanlardan sadə həll yolları
Bağda yetişdirilən pomidorların qabığının qalın və sərt olması çox vaxt isti hava, su çatışmazlığı və ya sort xüsusiyyətləri ilə bağlı olur. -ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, düzgün qulluq etməklə bu problemin qarşısını almaq mümkündür. Ən əsas səbəblərdən bir
05.08.2026 161 Beynəlxalq Kosmik Stansiyanın gələcəyi ilə bağlı yeni açıqlama
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) Beynəlxalq Kosmik Stansiyanın (BKS) istismar müddətinin texniki baxımdan uzadıla biləcəyini açıqlayıb. xəbər verir ki, bu barədə NASA-nın Yerin aşağı orbit proqramına rəhbərlik edən Dana Vayqel TASS agentliyinə müsahibəsində danışıb
05.08.2026 190 16 yaşına çatmayan uşaqlar sosial şəbəkələrdə hesab yarada bilməyəcək
Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşib. -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əlavə edilən yeni maddələrdə əksini tapıb. Qanuna əsasən, 16 yaşı tama
05.08.2026 146 Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq
"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq". "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasınd
05.08.2026 169 Müəllimlərin yataqxana ərazisində yanğın - Video
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimlər üçün nəzərdə tutulan yataqxana ərazisindəki açıq sahədə yanğın olub. "Qafqazinfo"nun məlumatına görə, hadisə Ozan küçəsində qeydə alınıb. Ümumi sahəsi 1.5 ha olan ərazinin 500 kv.m-ə yaxın hissəsində quru ot, kol və 20 ağac yanıb. Hadis
05.08.2026 179 Avropa sahillərində sunamilər artır: Bəzi şəhərlər yeni təhlükələrə hazırlaşır
Fransanın Lazur sahili boyunca sunami təhlükəsi zamanı insanları dənizdən uzaq istiqamətə yönləndirən təxminən 800 xəbərdarlıq nişanı quraşdırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazır. Buna səbəb UNESCO-nun yaxın 30 il ərzində Aralıq dənizində güclü sunami baş verm
05.08.2026 140 Dostunun üzündə siqaret söndürdü, dəfələrlə həbs olundu - Qumara görə itirilən şöhrət
Bəzi futbolçular meydandakı oyunlarından çox, kənardakı davranışları ilə tarixə düşürlər. İngiltərə futbolunun ən mübahisəli simalarından biri hesab olunan Coi Barton da məhz belələrindəndır. O, istedadı ilə Premyer Liqada uzun illər oynasa da, karyerasını kölgədə qoyan saysız-hesabsız qalmaqalları il
05.08.2026 183 Nicatın axtarışları davam edir - Video
Xəbər verdiyimiz kimi, ötən gün 14 yaşlı Nicat Şərifzadə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb. BİG.AZ xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcml
05.08.2026 178 Çimərliklərdə hava necədir?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, avqustun 6-da çimərliklərdə mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26
05.08.2026 189