Ermənidən artıq erməni olan İran jurnalisti - VİDEO

Ermənidən artıq erməni olan İran jurnalisti - VİDEOYeni ilin ilk günlərində İranın dövlət televiziyası olan "Səhər" kanalında yayımlanmış bir proqramda verilişin qonağının dilindən səslənən fikirlər Azərbaycan mediasında geniş əks-səda doğurdu və sərt təpkilərə səbəb oldu.

Bu barədə "Azad İran"nın "YouTube" kanalında yerləşdirilən süjetdə qeyd edilir.

Belə ki, təqribən bir dəqiqəlik süjetdə proqrama ekspert qismində dəvət olunmuş şəxs Laçın yolunda baş verən son hadisələrdən danışarkən Laçının Ermənistana məxsus olduğunu iddia edir. Aparıcının yumşaq etirazına və Üçtərəfli Bəyanata istinadla Laçının Azərbaycan torpağı olduğunu söyləməsinə baxmayaraq, qonaq nəinki öz səhvini anlamır, hətta bir qədər də irəli gedərək Bakının da mifik Böyük Ermənistana aid olduğunu vurğulayır.

Bu məsələ mediada və sosial şəbəkələrdə elə geniş etirazlara və kəskin tənqidlərə səbəb oldu ki, "Səhər" kanalı mövzu ilə bağlı dalbadal üç süjet yaydı və tənqidçiləri kanala qarşı insafsızlıqda günahlandırdı.

Kanal buna əsaslanır ki, proqramda televiziyanı qonaq yox, aparıcı təmsil edir, ona görə də Laçın barədə deyilən fikirləri "Səhər"in və onun məxsus olduğu İran dövlətinin mövqeyi kimi dəyərləndirmək düzgün deyil. Əlbəttə, kanal rəhbərliyinin narahatlığı anlaşılandır, çünki yaxşı bilir ki, hətta Azərbaycandakı ən qatı iranpərəst tamaşaçısı belə, Laçının Ermənistana məxsusluğu iddiasını qəbul etməz və bu fikri hiddətlə qarşılayar. Yəni kanalın canfəşanlığı heç də Azərbaycanın ərazi bütövlüyünə hörmətindən deyil, auditoriyasının mənfi reaksiyasına tuş gəlmək və etimadını itirmək qorxusundan, eləcə də İran hakimiyyətini qınaqlardan yayındırmaq niyyətindən qaynaqlanır.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 676   Tarix: 15 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb

ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini

07.11.2026 175
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 185
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 0
.