Politoloq: "Almaniya Fransanın dediyini edən deyil"
"Almaniya Fransanın dediyini edən deyil".
Bunu "Report" a açıqlamasında politoloq Qabil Hüseynli yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Prezidenti Valter Ştaynmayer arasında baş tutan müzakirələri şərh edərkən bildirib.
Q. Hüseynli qeyd edib ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü qəbul edir:
"Düşünürəm ki, dövlət başçıları bir sıra məsələlərlə yanaşı, həm də Laçın yolundakı durumu müzakirə ediblər. Fikrimcə, Almaniya dövlət başçısı mövcud vəziyyətlə bağlı ilkin və etibarlı mənbədən məlumat almaq üçün ölkə liderimizə zəng edib və İlham Əliyev mahir diplomat kimi onu məlumatlandırıb. Almaniya ermənilərin Laçın yolundan militarist niyyətlər üçün istifadə etdiklərini başa düşür. Nəzərə almaq lazımdır ki, Berlinlə Paris arasında kəskin rəqabət var. Bunu hər zaman görmüşük. Hətta, bu rəqabət müharibələrə də gətirib çıxarıb. İki dövlət arasındakı münasibətlər o qədər də hamar deyil. Bu mənada Almaniya Fransanın xoruna qoşulmayacaq".
Ekspertin sözlərinə görə, tərəflər arasında Azərbaycanın Avropa bazarına enerji resursları çıxarılması da müzakirə olunub:
"Almaniya prezindenti Azərbaycanın bölgənin supergücü olması faktını da qəbul edir. Həmçinin Bakının Beynəlxalq münasibətlərdə apardığı dinamik rolunu qəbul edir. Hər halda prezidentlər arasında olan telefon danışığı məlumat xarakterli də ola bilərdi. Fransa Prezidenti Emmanuel Makron populist xarakterli sözlərlə nələrisə etməyə çalışır. Amma o, uğursuz siyasətçidir. Makron BMT-nin toplantısında irəli sürdüyü qətnaməni geri çəkdi. Təsadüfi deyil ki, Almaniya heç zaman Fransaya etibar etməyib. Hətta onu hər zaman etibarsız tərəfdaş kimi qiymətləndirib".
Q. Hüseynli sözügedən telefon zəngini müsbət qiymətləndirdiyini və bunun gələcək məsələlərə əhəmiyyətli təsir edəcəyini vurğulayıb.
Qeyd edək ki, dünən, yanvarın 13-də Almaniya Prezidenti Valter Ştaynmayer azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Liderlər Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatının perspektivini müzakirə ediblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 577 Tarix: 14 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb
ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini
07.11.2026 175 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
07.11.2026 168 Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet
00:29 81 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195 65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
00:13 109 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 141 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 185 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
01:19 0