İsrailli politoloq Roman Qureviç: "Azərbaycanın gücü artır, İranın imkanları isə azalır"

İsrailli politoloq Roman Qureviç: "Azərbaycanın gücü artır, İranın imkanları isə azalır""İranın Azərbaycanı düşmən kimi qələmə verməsi son dərəcə yanlış idi, lakin çox ağlasığmaz şəkildə bunu etdilər".

Bu sözləri Ümumdünya Yəhudi Agentliyi "Soxnut"un Azərbaycandakı fəxri səfiri, israilli politoloq Roman Qureviç Oxu.Az-a müsahibəsində deyib.

"Aydındır ki, Tehranda Azərbaycanı əsassız yerə "sionist qurum" adlandırırdılar, Ermənistana kömək edirdilər və s. Amma indi Azərbaycan xalqına hücum edirlər. Halbuki İranda onmilyonlarla azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti ölkə hakimiyyətinə kifayət qədər sadiq insanlardır. İran azərbaycanlıları böyük qüvvədir - Azərbaycan xalqına qarşı hücumlara dözməyəcəklər.

Tehranın hərəkətləri xüsusilə axmaqlıq kimi görünür, çünki Bakı bütün qonşuları ilə yaxşı münasibət qurmaq üçün hər şeyi edir, müdrik, çoxvektorlu və balanslaşdırılmış siyasət yürüdür. Bunun fonunda belə, İran Azərbaycanla münasibətlərini hər cür gərginləşdirir. Bunun yalnız bir səbəbi ola bilər: Azərbaycan 2020-ci il Vətən müharibəsində qalib gələrək gücünü göstərdi. Azərbaycanın gücü artır, İranın imkanları isə azalır", - deyə o əlavə edib.

Politoloq İranda hicab taxma qaydalarına əməl olunması ilə bağlı işin gücləndirilməsi məsələsinə də toxunaraq bildirib ki, bu, daxili siyasətdə növbəti əsassız qərardır:

"İğtişaşlar, həqiqətən də, hicab məsələsindən başlayıb. Bu halda necə təqiblərə yenidən başlayaraq, "geyim qaydaları"na ciddi nəzarət etmək istəyirlər? Bununla İran mollaları, sadəcə, oturduqları barıt çəlləyinin fitilini yandırırlar".

Mütəxəssis deyir ki, İran və Rusiya arasında münasibətlər, həqiqətən də, "qəribə çiçəklənmə" dövrünü yaşayır.

"Rusiya Ukraynada baş verənlərlə əlaqədar beynəlxalq təcrid vəziyyətində qaldı. İran hələ də sanksiyalar altındadır. Bu iki ölkə beynəlxalq birliyin kənarındadır və müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığı genişləndirərək bir-birlərini tapıblar. Moskvada Rusiya Federasiyası və İran Xarici İşlər nazirliklərinin rəhbərlərinin görüşü olacaq. İran ruslara vizaların verilməsini sadələşdirməyə hazırdır və artıq Rusiya ordusunu hətta 2 000 km uça bilən və uçuş zamanı hədəfini dəyişə bilən "Arash-2" seriyalı ağır PUA-larla təchiz etməyə başlayıb. Bu, İranın "Şahed-136" kamikadze-dronlarından ("Geran-2" və ya "moped"lər) daha təhlükəli silahdır. Belə əməkdaşlıq ABŞ-nin İrana qarşı sanksiyalarına səbəb ola bilər, baxmayaraq ki, amerikalılar hələ tələsmirlər.

İranın qonşularına gəlincə, artıq dediyim kimi, İran Azərbaycanla özünü tamamilə məntiqsiz aparır. Bakı artıq İranın hərbi manevrlərinə güzgü reaksiyası verərək, İranın hərbi gücündən qorxmadığını nümayiş etdirib. Azərbaycan İranla mehriban qonşuluq münasibətləri qurmağa hazırdır, lakin öz işlərinə qarışmağa imkan vermir.

Rusiya ilə Ermənistanın (hər ikisi KTMT-nin üzvüdür) və İranın dostluğuna gəldikdə isə, İrəvan, onsuz da, KTMT ilə daha az dostluq edir. Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan ərazisindəki təlimləri ləğv edilib. Nikol Paşinyan Rusiyada vəziyyətin asan olmadığını görür və ona görə də Qərblə flirt etməyə çalışır. Bu isə ardıcıl çoxvektorlu siyasət yürüdən Azərbaycanla Ermənistan arasında böyük fərqdir. Ermənistanın da ardıcıl siyasəti var - "yalvarmaq siyasəti". Kim güclüdürsə, İrəvan həmin vaxt onun yanında olacaq", - deyə o qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 562   Tarix: 14 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 185
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.