İrandakı casus qalmaqalı eks-məmurun həyatına son qoydu: Kələfin ucu haradadır? - TƏHLİL

İrandakı casus qalmaqalı eks-məmurun həyatına son qoydu: Kələfin ucu haradadır? - TƏHLİLİrandakı teokratik rejimdəki güc nisbətində radikal dairələrin rolu şişməkdə davam edir. Bunun izlərini ölkənin sabiq müdafiə nazirinin müavini Əlirza Əkbərinin edam olunmasında axtara bilərik.

Əlirza Əkbərini edam kürsüsünə çıxaran səbəb onun Böyük Britaniyanın ali kəşfiyyat orqanı MI6-ya casusluq etdiyi iddialarıdır, İran rejimi bu iddiaların təsdiqini tapdığını deyir.

Əlirza Əkbəri 1997-2005-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində olub, həmin zaman kəsiyində onun, belə demək mümkündürsə, bossu İranın Ali Təhlükəsizlik Şurasının indiki katibi Əli Şamxani olub.

Əlirza Əkbəri səkkiz il güc strukturundakı missiyasını yerinə yetirdikdən sonra Böyük Britaniyaya köçüb və oranın vətəndaşlığını alıb, beləliklə o, ikili vətəndaşlıq statusunu qazanıb.

Britaniyada olduğu zamanlarda belə, İrana gedib-gəlib, lakin 2019-cu ildə onun ölkəsinə gəlişi öz ölümünə qol çəkmək kimi tarixə düşdü. O zamandan bəri həbsə atılan Əkbəri nəhayət 2023-cü il yanvarın 14-də molla rejiminin çaldığı əcəl zəngi ilə edam edildi.

Əkbəri, yəqin ki, İranın öz xeyir-duası ilə Britaniyaya getmişdi və məqsəd Londonun məxfi qrifli hesabatlarını oxumaqda Tehrana yardımçı olmaq idi.

Ancaq Britaniya da quşu gözündən vurmaq və Əkbərini öz tərəfinə çəkmək üçün cəlbedici vəsaitləri vermək gücündə idi. Beləliklə, Əkbəri ikili vətəndaşlıq adı altında ikiqat agent kimi fəaliyyət göstərən fiqur kimi həm Tehrana, həm də Londona lazım idi.

Onun 2008-ci ildə Britaniyaya casusluq etməkdə şübhəli bilinərək dörd ay həbs olunduğu və daha sonra zaminə buraxılması faktı bunu təsdiqləyən bir dəlil kimi təqdim edilə bilər.

Lakin Əkbərinin Şamxani ilə 2018-2019-cu illərdə keçirdiyi görüşləri ali rəhbərlik başda olmaqla, ona sadiq qüvvələr daxildəki rəqibləri ilə siyasi çəkişmənin "rəmzinə" çevirdilər.

Əkbərinin mediaya sızan səs yazılarından aydın olur ki, o, Şamxaniyə görüş zamanı ətir və köynək hədiyyə edib. İranın güc strukturları isə iddia edir ki, Əkbəri hədiyyələr müqabilində yaxın dostu Şamxanidən dövlət sirlərini alaraq Britaniyaya ötürüb.

Əkbərinin istintaq altında olarkən üzləşdiyi işgəncələrlə bağlı səs yazısının mediaya necə sızdığı da məsələ ətrafındakı vəziyyəti qəlizləşdirir. Amma bu versiya canlanır ki, İranın güc strukturlarında xarici ölkələrə casusluq edən və ya onların maraqlarına xidmət edən qüvvələr var, səs yazısının sızdırılması ilə Əkbərini, dolayısı ilə Şamxanini təmizə çıxarmağı hədəfləyirlər.

Amma heç nə Əkbəriyə kömək etmədi, o, edam edilərək öldürüldü, təbii ki, Əkbəri İranın hakimiyyət daxilindəki daxili siyasi rəqabətdə bir alət oldu.

Əkbəri 2020-ci ildə nüvə alimi Möhsün Fəxrizadənin Tehranda öldürülməsi işində də düşmən kəşfiyyatına yardım etməkdə təqsirli bilinirdi. Əkbəri ilə bağlı informasiya sızdırılmaları, İranın alternativ məlumatları dövriyyəyə buraxması sabiq müdafiə nazirinin müavininin ikili agent oyunundakı rolunu göstərir.

Əkbərinin İranın hakimiyyət kuluarlarındakı bir-birini didməsi fonunda agent adı ilə qurban verilməsini göstərən bir neçə əlamətləri də göstərmək mümkündür:

1. Əkbəri istintaqın mühakiməsində olarkən ona işgəncələr verilib, etdiklərini boynuna almağa təhrik edilib, əvəzində isə ona daha yüngül cəza vədi veriblər;

2. Prokurorluq Əkbəri haqqındakı məhkəmə hökmünün dəyişdirilməsini, onun pul müqabilində azadlığa buraxılmasını istəsə də, Kəşfiyyat Nazirliyi buna imkan verməyib;

3. Ali Məhkəmə də ölüm hökmünü ləğv edib, lakin Kəşfiyyat Nazirliyi hədələlərlə hökmün bərpasına nail olub;

4. Əkbərinin işinə baxan hakim hökmü ləğv etmək istəsə də, onun qəfil ölümü (?) vəziyyəti dəyişib.

Beləliklə, Əkbərinin öldürülməsi İrandakı daxili güc nisbətində rolların dəyişdirilməsi üçün bir prosesdir və əsas hədəf Əli Şamxanidir.

İranda Prezident İbrahim Rəisi, kəşfiyyat naziri İsmail Xətib və daxili işlər naziri Əhməd Vahidi Şamxanini vəzifədən uzaqlaşdırmaq üçün təzyiq göstərən əsas fiqurlardır. Niyə? Görünən odur ki, Şamxani idarəetmə pərdəsinin arxasında mühüm rıçaqlara yiyələnib və onun zərərsizləşdirilməsi labüddür.

Britaniyaya gəlincə, o, diplomatik etiketlərlə Əkbərinin müdafiəsinə qalxır və bu da göstərə bilər ki, keçmiş məmur, həqiqətən də, Londona lazım olan məlumatları çatdırıb...(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 674   Tarix: 14 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 185
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.