Leyla Abdullayeva etimadnaməsini Fransa prezidentinə təqdim edib - FOTO
Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.
BAKU.WS xəbər verir ki, Fransa prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən E.Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır.
Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib. Bu gündəliyin dəstəklənməsinin vacibliyinə toxunub.
Görüşdə Azərbaycanla Fransa arasındakı münasibətlər və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 820 Tarix: 14 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSaxta zinət əşyası satanları hansı cəza gözləyir?
Onlayn qızıl satışı son dövrlər geniş yayılıb. Lakin bu sahədə dələduzluq halları da artmaqdadır. Bəzi hallarda qızıl olmayan məmulatlar zinət əşyası adı ilə alıcılara satılır və hətta çatdırılma da həyata keçirilir. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildiri
14:29 130 Bakıda ərindən boşanmaq istəməyən qadın falçıya 16 min manat ödəyib
Bakıda həyat yoldaşından boşanmaq istəməyən qadın dələduzluğun qurbanı olub. Teleqraf-ın əldə etdiyi məlumata görə, Zərnigar Məmmədova (ad-soyad şərtdiri) bunun üçün 1968-ci il təvəllüdlü, özünü falçı kimi təqdim edən Aidə Cəfərovaya (ad-soyad şərtidir) 16 297 manat ödəyib. Belə ki, Zərnigar ailə problemlərini
14:14 182 Serialdan sonra kitabın satışları artdı
Türkiyənin dünyaca məşhur yazarı Orhan Pamukun "Masumiyyet müzesi" kitabının satışları 80 faiz artıb. OLAY yazır ki, buna səbəb "Masumiyyet müzesi" serialının yayımlanması olub. Serial yayımlandıqdan sonra kitaba və muzeyə maraq çoxalıb. Həmçinin muzeyə bilet sayılan kitab satış rekord
14:39 152 Ümumavropa hərbi layihəsində böhran: tərəflər arasında fikir ayrılığı
Avropa ölkələri Future Combat Air System (FCAS) qırıcı təyyarəsinin istehsalına dair birgə hərbi layihə üzrə razılığa gələ bilməyib və proqramın gələcəyi sual altına düşüb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb. İyirmi ildən artıq müddətdə müxtəlif mərhələlərdə
12:30 172 Bu gün niyyət axşamıdır
Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi və ilk niyyət axşamıdır. Axşam.az xəbər verir ki, bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər. Artıq sabahdan etibarən islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu Ramazan ayı başlayır. Ramazan həm də
11:26 228 Bu ölkələrdə Ramazan ayı başladı
Hər il olduğu kimi, bu il də Ramazan ayının başlaması ilə bağlı dəqiq vaxt İslam dünyasında fikir ayrılıqlarına səbəb olub. "Qafqazinfo" xəbər verir ki, müqəddəs ay müxtəlif ölkələrdə iki fərqli tarixdə başlayır. Belə ki, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin
12:00 262 "Səsi mənə bənzəsə də, zövqlərimiz başqadır" - Xalq artisti qızından danışdı
"Bu gün qarşınızda qürurlu ana kimi dayanmışam. Qızımla bağlı arzularım həyata keçir deyə çox xoşbəxtəm. Konsertimdə onu səhnədə izləmək qürurvericidir". xəbər verir ki, sözləri Xalq artisti Aygün Kazımova deyib. Şəhər məkanlarından birində verdiyi konsertdə jurnalistlərin suallarını cavablandıra
17.02.2026 468 "Həkim dedi ki, ürəyinlə ciyərinin ortasında şiş yaranıb"
"Başıma gəlməyən müsibətlər qalmadı. Uşaq vaxtından fikir etmişəm. Anam, atam, bacım, qardaşım, qardaşımın balası. Taleyim belə gətirdi". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Qonaqcanlı" verilişində deyib. Sənətçi səhhətində yaranan problemdən danışıb:. "Həki
15:23 113 Aİ-yə xəbərdarlıq edir: 3 dərəcəyədək istiləşməyə hazırlaşın
Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyinin daha da pisləşməsinə hazır deyil və insanları, eləcə də infrastrukturu daşqınlar, meşə yanğınları və güclü istilik dalğalarından qorumaq üçün investisiyaları təcili şəkildə artırmalıdır. Qaynarinfo-nun "European Pravda"ya istinadən məlumatına görə
17.02.2026 359