ÜST-nin COVID-19 ilə bağlı yeni TÖVSİYƏLƏRİ

ÜST-nin COVID-19 ilə bağlı yeni TÖVSİYƏLƏRİÜST COVID-19-a yoluxma zamanı epidemioloji tədbirlərlə bağlı yeni tövsiyələrini açıqlayıb. Ekspertlər xəstəliyin simptomları olan xəstələrə ətrafdakılardan on gün müddətinə, xəstəliyin simptomsuz keçdiyi təqdirdə isə beş gün müddətinə təcrid olunmağı tövsiyə edirlər. Təcridolunma müddəti ekspress-testin neqativ nəticəsinə görə azaldıla bilər.

Modern.az xəbər verir ki, bundan əlavə, ÜST xəstəliyin müalicəsi ilə bağlı tövsiyələri yeniləyib, maska taxmağın vacibliyini bir daha vurğulayıb.

Bu yeni tövsiyələr 2799 nəfərin iştirak etdiyi 12 tədqiqatın məlumatına əsaslanır, tədqiqatlar isə göstərib ki, xəstəliyi simptomsuz keçirən insanlar digər insanları daha az yoluxdurur, yoluxdursa belə, yoluxmuş insanlarda xəstəlik nadir hallarda xəstəxanaya yerləşdirməyə səbəb olur.

Onuncu günə qədər ekspress-testdən istifadə edilmə təcridolunma müddətini üç gün azalda bilər. ÜST qeyd edir ki, təcridolunmanın daha qısa müddəti pandemiyanın sosial-iqtisadi nəticələrini yumşaltmağa imkan verir.

"Biz hökumətləri və işəgötürənləri SARS-CoV-2 olan insanları dəstəkləməyə çağırırıq ki, onlar təcrid olunmanın müddətini saxlaya və infeksiyanın ötürülməsi şanslarını azalda bilsinlər", – deyə ÜST-nin COVID-19-a reaksiya verilməsi üzrə proqramının aparıcı mütəxəssisi Canet Diaz qeyd edib.

ÜST, həmçinin hamilə və süd verən qadınlar üçün nirmatrelvir-ritonavir (Paxlovid brendi kimi satılır) antivirus preparatından istifadəni genişləndirməyi tövsiyə edib. Nirmatrelvir-ritonavir ÜST tərəfindən ilk dəfə 2022-ilin aprel ayında tövsiyə edilib. ÜST yüksək risk qrupuna aid olan pasiyentlərə, hətta COVID-19-u yüngül və ya orta formada keçirsələr belə, müalicə zaman həmin preparatdan istifadə etməyi təkidlə tövsiyə edir.

Eyni zamanda ÜST bir daha monoklonal anticisimlərlə (sotrovimab, kasirvirimab/imdevimab) preparatların istifadə edilməsinin məsləhət görülmədiyini vurğulayıb, çünki onların SARS-CoV-2-ın bu gün dövr edən variantlarına qarşı səmərəliliyi çox aşağıdır.

Bir gün öncə Cenevrədə keçirilən COVID-19-la bağlı mətbuat konfransında ÜST nümayəndəsi Mariya Van Kerkxove izah edib ki, virusun ötürülməsi insanlar arasındakı məsafə, havalandırma və eyni yerdə qalma müddəti kimi amillərdən asılıdır. Məhz buna görə ÜST insanları hələ də insanların həddindən çox olduğu və ya havalandırmanın zəif olduğu yerlərdə, maska taxmağa çağırır.

"Vacib olan bir sıra digər amil də var, lakin maskalar siz bağlı yerdə olanda və məsafə saxlaya bilmədikdə tövsiyə etdiyimiz tədbirlərdən biridir", ‎– deyə Van Kerkxove vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 573   Tarix: 14 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 185
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.